Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5935/2022 12.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin cavabdeh Alıyeva (Ağayeva) Kubra Tofiq qızına qarşı “kredit” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" KB QSC Cavabdeh qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək onunla cavabdeh Alıyeva (Ağayeva) Kubra Tofiq qızı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1xx/xx/125584/14 saylı kredit müqaviləsi üzrə 234,97 manat əsas borc, 164,32 manat faiz borcu, 206,90 manat cərimə borcu, 64,17 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablamış illik faiz dərəcəsi, ümumilikdə isə 670,36 (altı yüz yetmiş manat otuz altı qəpik) manat borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Alıyeva (Ağayeva) Kubra Tofiq qızı xx.xx.2022-ci il tarixdə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia müddəti ötürüldüyündən iddianın təmin olunmamasını və işə cavabdehin iştiraki olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 izahat verərək bildirir ki, "xxxx" KB QSC ilə cavabdeh Alıyeva (Ağayeva) Kubra Tofiq qızı arasında xx.xx.2014-ci il tarixdə kredit müqaviləsi bağlanmış, həmin sənədlərə əsasən, bank tərəfindən cavabdehə illik 25 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 592 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 234,97 manat əsas borc, 164,32 manat faiz borcu, 206,90 manat cərimə borcu, 64,17 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablamış illik faiz dərəcəsi, ümumilikdə isə 670,36 manat borcu qalmışdır. Əlavə olaraq bildirir ki, 2019-cu il tarixli işin baxılmamış saxlanılması ilə bağlı qərardadda qeyd olunmuşdur ki, həmin müddət onların ziyanına hesablana bilməz. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materallarında olan iddiaçının istinad etdiyi QSC “Bank Standard” KB ilə Alıyeva (Ağayeva) Kubra Tofiq qızı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1xx/xx/125584/14 saylı kredit müqaviləsinə əsasən QSC “Bank Standard” KB Cavabdeh 24 ay müddətinə illik 25% faiz dərəcəsi ilə 592 manat məbləğində kredit verməyi, Alıyeva (Ağayeva) Kubra Tofiq qızı isə borcu müqavilə ilə müəyyən edilmiş müddətdə faizləri ilə birliktə geri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli **********467 saylı maliyyə arayışına əsasən müəyyən olunur ki, cavabdeh Alıyeva (Ağayeva) Kubra Tofiq qızının kredit müqaviləsi üzrə 234,97 manat əsas, 164,32 manat faiz, 206,9 manat cərimə borcu, 64,17 manat gecikdirilmiş vaxt üçün hesablamış illik faiz dərəcəsi, ümumilikdə isə 670,36 manat məbləğində borcu yaranmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, iddiaçı ilə cavabdeh Alıyeva (Ağayeva) Kubra Tofiq qızı arasında kredit müqaviləsi bağlanmışdır. Məhkəmə qeyd edir ki, iş materialları ilə sübut olunur ki, bankla cavabdeh Alıyeva (Ağayeva) Kubra Tofiq qızı arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış və cavabdeh Alıyeva (Ağayeva) Kubra Tofiq qızı bank qarşısında öhdəliyini pozmuşdur. Məhkəmə qeyd edir ki, bankın Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbi əsaslı olsa da, iddiaçı iddia qaldırmaq üçün iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı QSC “Bank Standard” KB ilə cavabdeh Alıyeva (Ağayeva) Kubra Tofiq qızı arasında müqavilə xx.xx.2014-ci ildə bağlanmışdır. Müqavilə müddəti xx.xx.2016-ci ildə bitmişdir. İddiaçı 2019-ci ildə iddia ilə məhkəməyə müraciət etmişdir. Yasamal rayon Məhkəməsinin 2(004)-7320/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra iddiaçı məhkəməyə ağlabatan müddətdə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddihüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, Bank Standart” KB QSC-nin cavabdeh Alıyeva (Ağayeva) Kubra Tofiq qızına qarşı kredit müqaviləsi üzrə 234,97 manat əsas borc, 164,32 manat faiz borcu, 206,90 manat cərimə borcu, 64,17 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablamış illik faiz dərəcəsi, ümumilikdə isə 670,36 (altı yüz yetmiş manat otuz altı qəpik) manat borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin xeyrinə tutulması barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: "xxxx" KB QSC-nin cavabdeh Alıyeva (Ağayeva) Kubra Tofiq qızına qarşı kredit müqaviləsi üzrə 234,97 manat əsas borc, 164,32 manat faiz borcu, 206,90 manat cərimə borcu, 64,17 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablamış illik faiz dərəcəsi, ümumilikdə isə 670,36 (altı yüz yetmiş manat otuz altı qəpik) manat borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin xeyrinə tutulması barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №e-2(004)-5935/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5935/2022
12.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver