Məhkəmə qərarları › İş №e-2(004)-5936/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5936/2023

14.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5936/2023 14.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı ləğv prosesində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kreditin, faiz borcunun, cərimə borcunun və ödənilmiş dövlət rüsumunun ödənilməsi» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı ləğv prosesində olan "xxxx" QSC Cavabdeh qarşı «kreditin, faiz borcunun, cərimə borcunun və ödənilmiş dövlət rüsumunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli LM111901257 nömrəli restrukturizasiya müqaviləsi bağlanmışdır. xx.xx.2014-cü il tarixli 1xx/xx/87746/14 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 361.52 (üç yüz altmış bir manat əlli iki qəpik) manat restrukturizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu məbləğə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin müqavilə üzrə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 269,43 (iki yüz altmış doqquz manat qırx üç qəpik) manat əsas, 4.74 ( dörd manat yetmiş dörd qəpik) manat faiz, 0.04 (dörd qəpik) manat məbləğində cərimə borcu, 40.40 (qırx manat, qırx qəpik) məbləğində gecikdirilmiş vaxt üçün hesablanan 5% məbləğ olmaqla ümumilikdə 314.61 (üç yüz on dörd manat, 61 qəpik) manat məbləğində borcu qalmışdır. Göstərilənlərə əsasən, Cavabdeh 269,43 (iki yüz altmış doqquz manat qırx üç qəpik) manat əsas, 4.74 ( dörd manat yetmiş dörd qəpik) manat faiz, 0.04 (dörd qəpik) manat məbləğində cərimə borcu, 40.40 (qırx manat, qırx qəpik) məbləğində gecikdirilmiş vaxt üçün hesablanan 5% məbləğ olmaqla ümumilikdə 314.61 (üç yüz on dörd manat, 61 qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarında olan ləğv prosesində olan "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli LM111901257 nömrəli restrukturizasiya müqaviləsinə əsasən cavabdehin borcu restrukturizasiya olunmuş və cavabdeh 12 ay müddətinə 361.52 (üç yüz altmış bir manat 52 qəpik) manat pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan arayışdan görünür ki, ləğv prosesində olan "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli LM111901257 nömrəli restrukturizasiya müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə cavabdehin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 269,43 (iki yüz altmış doqquz manat qırx üç qəpik) manat əsas, 4.74 ( dörd manat yetmiş dörd qəpik) manat faiz, 0.04 (dörd qəpik) manat məbləğində cərimə borcu, 40.40 (qırx manat, 40 qəpik) məbləğində gecikdirilmiş vaxt üçün hesablanan 5% məbləğ olmaqla ümumilikdə 314.61 (üç yüz on dörd manat, 61 qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan ləğv prosesində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı bildirişdən görünür ki, Cavabdeh borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, ləğv prosesində olan "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli LM111901257 nömrəli restrukturizasiya müqaviləsinə əsasən cavabdehin borcu restrukturizasiya olunmuş və cavabdeh 12 ay müddətinə 361.52 (üç yüz altmış bir manat 52 qəpik) manat pulu ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu məbləğə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin müqavilə üzrə ləğv prosesində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 269,43 (iki yüz altmış doqquz manat qırx üç qəpik) manat əsas, 4.74 ( dörd manat yetmiş dörd qəpik) manat faiz, 0.04 (dörd qəpik) manat məbləğində cərimə borcu, 40.40 (qırx manat, 40 qəpik) məbləğində gecikdirilmiş vaxt üçün hesablanan 5% məbləğ olmaqla ümumilikdə 314.61 (üç yüz on dörd manat, 61 qəpik) manat məbləğində borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 739 (əsas borca münasibətdə), 741 (faiz borcuna münasibətdə), 445.7 (gecikdirilmiş faiz borcuna münasibətdə), 462 (cəriməyə münasibətdə) maddələri çıxış edir. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. MM-in 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Beləliklə, iş materiallarından görünür ki, kredit müqaviləsi üzrə “Borcalan” Cavabdeh “Borcverən” ləğv prosesində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti qarşısında öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur. Nəticə etibarilə, MM-in 739, 741, 445.7 və 462-ci maddələrinin dispozisiya şərtləri sözügedən iddia tələbinin hüquqi və faktiki əsasları eynilik təşkil edir. Belə ki, “Borcverən” pul məbləğini “Borcalan”a ödəmiş, “Borcalan” isə həmin pul məbləğini faizlər ilə geri qaytarılması öhdəliyini icra etməməklə müqavilə öhdəliklərini pozmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, MM-in 445.7-ci maddəsinin tələbləri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqe nəzərə alınmaqla gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği əsaslı və yolveriləndir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 (otuz) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 269,43 (iki yüz altmış doqquz manat qırx üç qəpik) manat əsas, 4.74 ( dörd manat yetmiş dörd qəpik) manat faiz, 0.04 (dörd qəpik) manat məbləğində cərimə borcu, 40.40 (qırx manat, 40 qəpik) məbləğində gecikdirilmiş vaxt üçün hesablanan 5% məbləğ olmaqla ümumilikdə 314.61 (üç yüz on dörd manat, 61 qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı ləğv prosesində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kreditin, faiz borcunun, cərimə borcunun və ödənilmiş dövlət rüsumunun ödənilməsi» tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 269,43 (iki yüz altmış doqquz manat qırx üç qəpik) manat əsas, 4.74 ( dörd manat yetmiş dörd qəpik) manat faiz, 0.04 (dörd qəpik) manat məbləğində cərimə borcu, 40.40 (qırx manat, 40 qəpik) məbləğində gecikdirilmiş vaxt üçün hesablanan 5% məbləğ olmaqla ümumilikdə 314.61 (üç yüz on dörd manat, 61 qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı ləğv prosesində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar