Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5948/2024 25.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 vərəsəsi Cavabdeh iddiaçı"xxxx" ASC-nin xeyrinə nağd kredit üzrə 10824,95 manat əsas borc olmaqla, cəmi 10824,95 manat borc, kart krediti üzrə 147,61 manat əsas borc olmaqla, cəmi 147,61 manat borcun və ödənilmiş 122,92 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X7 arasında xx.xx.2021-ci il tarixli BPM**********97 nömrəli X15 müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X5 illik 21 %-lə, 48 ay müddətinə 14700 manat məbləğində kredit verilmiş və illik 24 %-lə, 36 ay müddətinə 300 manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Elektron informasiya sistemindən əldə olunmuş məlumata əsasən, X7 xx.xx.2022ci il tarixdə vəfat etmişdir. 2 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, Cavabdeh vərəsəlik işi açılmışdır. Bankın Müştəri Xidməti Departamenti tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, nağd kredit üzrə 10824,95 manat əsas borc olmaqla, cəmi 10824,95 manat borc, kart krediti üzrə 147,61 manat əsas borc olmaqla, cəmi 147,61 manat borcu qalmışdır. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 122,92 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2-29958/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmişdir. Lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh X9 izahatında iddia tələbini qəbul etdiyini, maddi vəziyyəti ilə əlaqədar borcu ödəyə bilmədiyini bildirmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə X7 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********97 nömrəli X15 müqaviləsinə əsasən X5 illik 21 %-lə, 48 ay müddətinə 14700 manat məbləğində kredit verilmiş və illik 24 %-lə, 36 ay müddətinə 300 manat məbləğində kredit limiti ayrılmış, borcalan isə bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 276589 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, reyestrdə 2V-930 nömrə ilə qeyd edilmiş “Qanun üzrə X11 Şəhadətnamə” görünür ki, X4 vərəsəsi Cavabdeh müəyyən edilmiş və X11 şəhadətnamə ilə verilən miras əmlak X4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 125.1 kv.m olan mənzildən ibarətdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, reyestrdə 2V-931 nömrə ilə qeyd edilmiş “Qanun üzrə X11 Şəhadətnamə” görünür ki, X4 vərəsəsi Cavabdeh müəyyən edilmiş və X11 şəhadətnamə ilə verilən miras əmlak X4 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 58,5 kv.m olan mənzildən ibarətdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin X4 vərəsəsi Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda 2 saylı Bakı ASAN xidmət mərkəzində notariat ofisindən verilən məlumata əsasən mirasın qəbul edilməsinə dair Cavabdeh X11 şəhadətnamə verilməsinin müəyyən edilməsi qeyd edilmiş və "xxxx" ASC ilə X7 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********97 nömrəli X15 müqaviləsinə əsasən mərhum X4 yaranmış borcunun 5 (beş) gün müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar bank tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdeh şəxs xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, "xxxx" ASC ilə X7 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********97 nömrəli X15 müqaviləsinə əsasən X4 "xxxx" ASC-yə Nağd kredit ilə əlaqədar olaraq nağd kredit üzrə 10824,95 manat əsas borc olmaqla, cəmi 10824,95 manat borc, kart krediti üzrə 147,61 manat əsas borc olmaqla, cəmi 147,61 manat borcu mövcuddur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 122,92 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir. Məhkəmə araşdırmasında müəyyən olundu ki, "xxxx" ASC ilə X7 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********97 nömrəli X15 müqaviləsinə əsasən X5 illik 21 %-lə, 48 ay müddətinə 14700 manat məbləğində kredit verilmiş və illik 24 %-lə, 36 ay müddətinə 300 manat məbləğində kredit limiti ayrılmışdır. X1 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir və 2 saylı Bakı ASAN xidmət mərkəzində notariat ofisində barəsində vərəsəlik işi açılmışdır. xx.xx.2022ci il tarixdə vəfat etmiş X4 vərəsəsi Cavabdeh 2 saylı Bakı ASAN xidmət mərkəzində notariat ofisində xx.xx.2022-ci il tarixdə “Qanun üzrə X11 Şəhadətnamə” verilmişdir. Cavabdeh kredit alanın hüquqi varisi kimi iddiaçı "xxxx" ASC-dən götürülən kredit vəsaitini müvafiq müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Hal-hazırda X3 vərəsəsi Cavabdeh banka nağd kredit üzrə 10824,95 manat əsas borc, kart krediti üzrə 147,61 manat əsas borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli qərarında göstərilir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. Qanunvericiliyin tələbinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Göründüyü kimi, cavabdeh ərindən miras qalmış əmlakı qəbul etməklə qanun üzrə X11 şəhadətnamə almışdır. Eyni zamanda sübuta ehtiyacı olmayan haldır ki, miras əmlak olan mənzillərin dəyəri ümumi borcdan, yəni 10972,56 (10824,95 +147,61=10972,56) manatdan artıqdır. Həmçinin, cavabdeh miras qoyanın borclarının mirasdan çox olması ilə bağlı sübutetmə yükünün üzərində olmasına baxmayaraq, qəbul etdiyi miras əmlakın dəyərinin mirasın passivindən az olmasına dair hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh borcalanın hüquqi varisi olaraq bank qarşısında öhdəlikləri yarandığından, "xxxx" ASC ilə X7 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********97 nömrəli X15 müqaviləsi üzrə borcalanın nağd kredit üzrə 10824,95 manat əsas borcu və kart krediti üzrə 147,61 manat əsas borcunun Cavabdeh tutulmasına dair iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 123,32 (122,92+0,40=123,32) manat da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli BPM**********97 nömrəli X15 müqaviləsinə əsasən nağd kredit ilə əlaqədar əsas borc üzrə 10824,95 (on min səkkiz yüz iyirmi dörd manat doxsan beş qəpik) manat məbləğində pul, kart krediti ilə əlaqədar əsas borc üzrə 147,61 (bir yüz qırx yeddi manat altmış bir qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi, 123,32 (122,92+0,40=123,32) (bir yüz iyimri üç manat otuz iki qəpik) manat pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-5948/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5948/2024
25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver