Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-595/2023 10.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Babazadə Gülnar Vidadi qızı, İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «Bank VTB (Azərbaycan) ASC Cavabdeh qarşı borc tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Məcburi icra tədbirləri zamanı tələbkar İddiaçı ASC tərəfindən ödənilmiş 981,75 (doqquz yüz səksən bir, 75) manat məbləğində icra ödənişi, 701,25 (yeddi yüz bir, 25) manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərci), cəmi 1.683 (bir min altı yüz səksən üç) manat, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 36,83 (otuz altı, 83) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 oktyabr 2017-ci il tarixli 2(004)-6540/2017 saylı qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı avtomobil krediti müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 112493-1-6365 saylı “Avtomobil krediti müqaviləsi” üzrə 20.445,11 ABŞ dolları məbləğində əsas borcun, 1.888,87 ABŞ dolları məbləğində faiz borcunun, 132,24 ABŞ dolları məbləğində cərimə borcunun, cəmi 22.466,22 ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi olan manatla miqdarı və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi; tələbin Cavabdeh məxsus olan və Banka ipoteka qoyulmuş, ipoteka predmeti olan “KİA Optima minik” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracdan satılması, həmin avtomobilin açıq hərracda satılaraq, satışdan əldə olunan pul vəsaitindən qeyd edilən pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nə ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli xx/xx-323800/26 saylı sifariş məktubuna əsasən Cavabdeh məxsus “KİA Optima minik” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil hərrac təşkilatçısı "xxxx" MMC vasitəsi ilə açıq hərraca çıxarılmışdır. Lakin təkrar hərracın baş tutmaması səbəbindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmeti ipoteka saxlayana təklif olunmuşdur. Hərrac təşkilatçısı "xxxx" MMC-nin 22 iyun 2022-ci il tarixli 96/22 saylı “Açıq hərracın yekunları barədə Protokolu”na əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq, Cavabdeh məxsus “KİA Optima minik” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka saxlayan İddiaçı ASC tərəfindən əldə edilmişdir. Hərrac təşkilatçısı "xxxx" MMC-nin 09 iyun 2022-ci il tarixli VTB-02/22 saylı hesab-fakturasında Cavabdeh məxsus “KİA Optima minik” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılması ilə əlaqədar 701,25 (yeddi yüz bir, 25) manat məbləğində xidmət haqqının ödənilməsi nəzərdə tutulmuşdur. 21 iyun 2022-ci il tarixli ********* saylı ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı ASC tərəfindən "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına xx.xx.2022-ci il tarixli VTB-02/22 saylı hesab-fakturaya əsasən Cavabdeh məxsus “KİA Optima minik” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərrac xidmətinin dəyəri olaraq 701,25 (yeddi yüz bir, 25) manat ödənilmişdir. 21 iyun 2022-ci il tarixli ********* saylı ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı ASC tərəfindən X1 hesabına Cavabdeh icra işi ilə əlaqədar Yasamal rayon İcra şöbəsinə 981,75 (doqquz yüz səksən bir, 75) manat məbləğində icra ödənişi ödənilmişdir. Qeyd olunan ödəniş tapşırıqlarından göründüyü kimi, 701,25 manat məbləğində hərracın keçirilməsi xərci və 981,75 manat məbləğində icra ödənişi borclu Cavabdeh əvəzinə tələbkar İddiaçı ASC tərəfindən ödənilmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakılara görə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materillarına əlavə olunmuş Yasamal Rayon Məhkəməsinin 03 oktyabr 2017ci il tarixli 2(004)-6540/2017 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı ASC-nin Cavabdeh qarşı avtomobil krediti müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 112493-1-6365 saylı “Avtomobil krediti müqaviləsi” üzrə 20.445,11 ABŞ dolları məbləğində əsas borcun, 1.888,87 ABŞ dolları məbləğində faiz borcunun, 132,24 ABŞ dolları məbləğində cərimə borcunun, cəmi 22.466,22 ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi olan manatla miqdarı və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi; tələbin Cavabdeh məxsus olan və Banka ipoteka qoyulmuş, ipoteka predmeti olan “KİA Optima minik” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracdan satılması, həmin avtomobilin açıq hərracda satılaraq, satışdan əldə olunan pul vəsaitindən qeyd edilən pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nə ödənilməsi qət edilmişdir. İş materillarına əlavə olunmuş Hərrac təşkilatçısı "xxxx" MMC-nin 22 iyun 2022-ci il tarixli 96/22 saylı “Hərracın yekunları barədə Protokolu”na əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq, Cavabdeh məxsus “KİA Optima minik” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka saxlayan İddiaçı ASC tərəfindən əldə edilmişdir. İş materillarına əlavə olunmuş 21 iyun 2022-ci il tarixli ********* saylı ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Əmlak Hərrac Mərkəzi MMC-nin "xxxx" ASC-nin 1 saylı Yasamal rayon filialında olan hesabına xx.xx.2022-ci il tarixli hesab-fakturaya əsasən xidmət haqqı olaraq 701.25 manat ödənilmişdir. İş materillarına əlavə olunmuş 21 iyun 2022-ci il tarixli ********* saylı ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı ASC tərəfindən X1 hesabına Cavabdeh icra işi ilə bağlı Yasamal rayon İcra və Probasiya şöbəsinə 981.75 manat məbləğində icra ödənişi ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 36.83 (otuz altı manat səksən üç qəpik) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 oktyabr 2017-ci il tarixli 2(004)-6540/2017 saylı qətnaməsi ilə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 112493-1-6365 saylı “Avtomobil krediti müqaviləsi” üzrə 20.445,11 ABŞ dolları məbləğində əsas borcun, 1.888,87 ABŞ dolları məbləğində faiz borcunun, 132,24 ABŞ dolları məbləğində cərimə borcunun, cəmi 22.466,22 ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi olan manatla miqdarı və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi; tələbin Cavabdeh məxsus olan və Banka ipoteka qoyulmuş, ipoteka predmeti olan “KİA Optima minik” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracdan satılması, həmin avtomobilin açıq hərracda satılaraq, satışdan əldə olunan pul vəsaitindən qeyd edilən pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nə ödənilməsi qət edilmiş, qətnamə icraya yönəldilmiş, “KİA Optima minik” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil hərracda satılmış və avtomobil İddiaçı ASC tərəfindən alınmışdır. İcra sənədinin icrası ilə bağlı Bank tərəfindən 981.75 (doqquz yüz səksən bir manat yetmiş beş qəpik) manat məbləğində icra ödənişi və 701.25 (yeddi yüz bir manat iyirmi beş qəpik) manat hərracın keçirilməsi üzrə xərclər ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə görə, “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.2-ci maddəsinə görə, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 445.1-ci maddəsinə görə,İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən: “Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir”. Bu halda isə borclunun risk dairəsinə aid olan məsələlər onun tərəfindən kreditin ödənilməsi üçün kifayət qədər gəlirliyinin təmin olunmasıdır; “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Həmin Qanunun 79.1-ci maddəsinə əsasən, icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. Həmin Qanunun 79.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə: 79.2.1. borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına; 79.2.2. bu Qanunla müəyyən edilmiş qaydada icra hərəkətlərinin həyata keçirilməsi zamanı dəvət olunmuş tərcüməçilərə, hal şahidlərinə, mütəxəssislərə və digər şəxslərə müvafiq haqqın ödənilməsinə;79.2.3. tutulmuş məbləğin tələbkara poçtla köçürülməsinə (göndərilməsinə);79.2.4. borclunun, onun əmlakının və ya məhkəmə qaydasında borcludan alınmış uşağın axtarılmasına; 79.2.5. icraat zamanı həyata keçirilmiş digər zəruri icra hərəkətlərinə sərf edilən vəsaitlər aiddir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, iddia təmin edilərək icra xərcləri cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 981.75 (doqquz yüz səksən bir manat yetmiş beş qəpik) manat məbləğində icra ödənişi və 701.25 (yeddi yüz bir manat iyirmi beş qəpik) manat hərracın keçirilməsi üzrə xərclər, cəmi 1683 (bir min altı yüz səksən üç) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36.83 (otuz altı manat səksən üç qəpik) manat məbləğində pul tutularaq iddiaçı «Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-595/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-595/2023
10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver