Məhkəmə qərarları › İş №e-2(004)-595/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-595/2025

10.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-595/2025 10.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 11176.99 (on bir min yüz yetmiş altı manat doxsan doqquz qəpik) manat əsas borc, 997.31 (doqquz yüz doxsan yeddi manat otuz bir qəpik) manat faiz borcu və 245.25 (iki yüz qırx beş manat iyirmi beş qəpik) cərimə borcu olmaqla ümumilikdə 12419.55 (on iki min dörd yüz on doqquz manat əlli beş qəpik) manat məbləğində borcun və dövlət rüsumu qismində ödənilmiş 127.26 (yüz iyirmi yeddi manat iyirmi altı qəpik) manat pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 11-Y-2-0- 661-23 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 17% dərəcəsi ilə 36 ay müddətinə 15500 manat məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmış, müqavilə öhdəliklərinə əməl etməmişdir. 03 oktyabr 2024-cü il tarixədək Cavabdeh iddiaçı banka xx.xx.2023-cü il tarixli 11-Y-2-0-661-23 nömrəli kredit müqaviləsi üzrə 11176.99 (on bir min yüz yetmiş altı manat doxsan doqquz qəpik) manat əsas borc, 997.31 (doqquz yüz doxsan yeddi manat otuz bir qəpik) manat faiz borcu və 245.25 (iki yüz qırx beş manat iyirmi beş qəpik) cərimə borcu olmaqla ümumilikdə 12419.55 (on iki min dörd yüz on doqquz manat əlli beş qəpik) manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Tərəflər tərəf məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 11-Y-2-0-661-23 nömrəli kredit müqaviləsinə əsasən müəyyən edilir ki, Yelo Bank” ASC tərəfindən Cavabdeh istehlak məqsədi ilə illik 17% dərəcəsi ilə 36 ay müddətinə 15500 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 11-Y-2-0-661-23 nömrəli kredit müqaviləsinin 1 saylı Əlavəsinə əsasən, Borcalan Cavabdeh ödəniş qrafiki müəyyən edilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, borclu Cavabdeh müqavilə öhdəlikləri üzrə 11176.99 (on bir min yüz yetmiş altı manat doxsan doqquz qəpik) manat əsas borc, 997.31 (doqquz yüz doxsan yeddi manat otuz bir qəpik) manat faiz borcu və 245.25 (iki yüz qırx beş manat iyirmi beş qəpik) cərimə borcu olmaqla ümumilikdə 12419.55 (on iki min dörd yüz on doqquz manat əlli beş qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı ASC-nin borclu Cavabdeh ünvanladığı xx.xx.2023-cü il bildirişdən görünür ki, borclu Cavabdeh borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 421 (müqavilənin ləğvinə aid hissədə), 462 (cərimə öhdəliyinə münasibətdə), 739 (əsas borca münasibətdə) və 741-ci (faiz borcuna münasibətdə) maddələri çıxış edir. MM-in 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur MM-in 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göstərilən hüquqi mövqe əsas götürülməklə məhkəmə hesab edir ki, müqavilə tərəfinə pretenziya ünvanlandığı vaxtdan etibarən müqavilə ləğv edilmiş hesab edilir. Beləliklə, iş materiallarından görünür ki, kredit müqaviləsi üzrə “Borcalan” Cavabdeh “Borcverən” İddiaçı ASC qarşısında öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur. Nəticə etibarilə, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış Kredit müqaviləsinin şərtləri və MM-in 421, 462, 739 və 741-ci maddələrinin dispozisiya şərtləri sözügedən iddia tələbinin hüquqi və faktiki əsasları eynilik təşkil edir. Belə ki, “Borcverən” pul məbləğini “Borcalan”a ödəmiş, “Borcalan” isə həmin pul məbləğini faizlər ilə geri qaytarılması öhdəliyini icra etməməklə müqavilə öhdəliklərini pozmuşdur. Məhkəmə ümumi borcun faiz hissəsi ilə bağlı münasibətlərin hüquqi əsası kimi MMin 385-ci maddəsinin çıxış etməsi mövqeyi ilə razı deyil. Belə ki, məhkəmə qeyd edir ki, Tərəflər arasında yaranmış müqavilə münasibətləri kredit (borc) münasibətləridir və həmin münasibətlər MM-in xüsusi hissəsinin müvafiq normaları ilə (Borc müqaviləsi) tənzimlənir. Məhz sözügedən bölmədə nəzərdə tutulmuş 741-ci maddə xüsusi norma kimi sırf borc üzrə faizlər ilə bağlı münasibətləri tənzimləmək üçün nəzərdə tutulduğundan xüsusi norma olduğu halda MM-in ümumi normalarına (385ci maddə) istinad edilməsinə hüquqi əsas yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 11-Y-2-0-661-23 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 17% dərəcəsi ilə 36 ay müddətinə 15500 manat məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmış, müqavilə öhdəliklərinə əməl etməmişdir. Cavabdeh iddiaçı banka xx.xx.2023-cü il tarixli 11-Y-2-0- 661-23 nömrəli kredit müqaviləsi üzrə 11176.99 (on bir min yüz yetmiş altı manat doxsan doqquz qəpik) manat əsas borc, 997.31 (doqquz yüz doxsan yeddi manat otuz bir qəpik) manat faiz borcu və 245.25 (iki yüz qırx beş manat iyirmi beş qəpik) cərimə borcu olmaqla ümumilikdə 12419.55 (on iki min dörd yüz on doqquz manat əlli beş qəpik) manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində zəruri sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmiş, aktiv təkzibetmə funksiyası həyata keçirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 127.26 (yüz iyirmi yeddi manat iyirmi altı qəpik) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli 11-Y-2-0-661-23 nömrəli kredit müqaviləsi üzrə 11176.99 (on bir min yüz yetmiş altı manat doxsan doqquz qəpik) manat əsas borc, 997.31 (doqquz yüz doxsan yeddi manat otuz bir qəpik) manat faiz borcu və 245.25 (iki yüz qırx beş manat iyirmi beş qəpik) cərimə borcu olmaqla ümumilikdə 12419.55 (on iki min dörd yüz on doqquz manat əlli beş qəpik) manat məbləğində borcun və dövlət rüsumu qismində ödənilmiş 127.26 (yüz iyirmi yeddi manat iyirmi altı qəpik) manat pulun tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 11-Y-2-0-661-23 nömrəli kredit müqaviləsi üzrə 11176.99 (on bir min yüz yetmiş altı manat doxsan doqquz qəpik) manat əsas borc, 997.31 (doqquz yüz doxsan yeddi manat otuz bir qəpik) manat faiz borcu və 245.25 (iki yüz qırx beş manat iyirmi beş qəpik) cərimə borcu olmaqla ümumilikdə 12419.55 (on iki min dörd yüz on doqquz manat əlli beş qəpik) manat məbləğində borcun və dövlət rüsumu qismində ödənilmiş 127.26 (yüz iyirmi yeddi manat iyirmi altı qəpik) manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar