Məhkəmə qərarları › İş №e-2(004)-5983/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5983/2022

06.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5983/2022 06.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi ilə, İddiaçı «X7 Azərbaycan» QSC-nin cavabdeh X2rşı borcun tutulması tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «X7 Azərbaycan» QSC cavabdeh X2rşı borcun tutulması tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 225.93 manat kredit üzrə əsas məbləğ borcun, 29 manat hesablanmış faiz borcunun, 26.27 manat cərimə borcunun, 2 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 1.50 manat müqavilə üzrə öhdəliklərini pozduqlarına dair cavabdehə bildirişin (pretenziyanın) göndərilməsi üzrə poçt xərcləri, cəmi 284.70 manat məbləğində borcun və dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun «X7 Azərbaycan» QSC-nin xeyrinə tutulması (ödənilməsi) barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh X6na məhkəmə tərəfindən rəsmi qaydada qeydiyyatda olduğu ünvan üzrə və eləcə də, qeydiyyatda olduğu ünvan üzrə mənzil kommunal təsərrüfatı birliyi vasitəsi ilə bildiriş göndərilmiş, cavabdeh tərəfindən məhkəməyə, qanunvericiliklə müəyyən edilmiş müddətdə iddia tələbi ilə bağlı hər hansı bir etiraz daxil olmamışdır. Məhkəmə iş materillarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, cavabdeh X6 ilə "xxxx" QSC arasında xx.xx.2016-cı il tarixli Bank hesabı, debat kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə, bank tərəfindən cavabdeh X5 700 manat məbləğində kredit limiti açılmış, kart sahibi olan cavabdeh həmin kredit kartı limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları, həmçinin nəzərdə tutulmu digər ödənişləri müqavilə ilə müəyyən edilmiş şərtlərlə Banka qaytarmağı öhdəsinə götürmüşdür. "xxxx" QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan X6 kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Borcalan dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 385.1, 386, 442, 445.1, 462.1 və 739.2-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh X3 əsas borc üzrə 225 (iki yüz iyirmi beş) manat 93 (doxsan üç) qəpik, faiz borcu üzrə 29 (iyirmi doqquz) manat, cərimə borcu üzrə 26 (iyirmi altı) manat 27 (iyirmi yeddi) qəpik, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 2 (iki) manat, müqavilə üzrə öhdəliklərini pozduğuna dair cavabdehə bildirişin (pretenziyanın) göndərilməsi üzrə poçt xərcləri 1 (bir) manat 50 (əlli) qəpik, ümumilikdə 284 (iki yüz səksən dörd) manat 70 (yetmiş dörd) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı «X7 Azərbaycan» QSC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh X1 tutularaq «X7 Azərbaycan» QSC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X3 əsas borc üzrə 225 (iki yüz iyirmi beş) manat 93 (doxsan üç) qəpik, faiz borcu üzrə 29 (iyirmi doqquz) manat, cərimə borcu üzrə 26 (iyirmi altı) manat 27 (iyirmi yeddi) qəpik, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 2 (iki) manat, müqavilə üzrə öhdəliklərini pozduğuna dair cavabdehə bildirişin (pretenziyanın) göndərilməsi üzrə poçt xərcləri 1 (bir) manat 50 (əlli) qəpik, ümumilikdə 284 (iki yüz səksən dörd) manat 70 (yetmiş dörd) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı «X7 Azərbaycan» QSC-yə ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh X4 tutularaq «X7 Azərbaycan» QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar