Məhkəmə qərarları › İş №e-2(004)-6011/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6011/2023

21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6011/2023 21.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı «kreditin, cərimə borcunun və ödənilmiş dövlət rüsumunun ödənilməsi» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı «kreditin, cərimə borcunun və ödənilmiş dövlət rüsumunun ödənilməsi» tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin direktoru Nümayəndə ilə xx.xx.2023-cü il tarixdə "xxxx" MMC arasında imzalanmış faktorinq müqaviləsinə əsasən 11 may 2020-ci il tarixli WTCN-006226 nömrəli nisyə alqı-satqı müqaviləsi ilə tələbetmə hüququ İddiaçı MMC-yə güzəşt edilmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 11 may 2020-ci il tarixli WTCN-006226 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən alıcı Cavabdeh ümumi dəyəri 1200 (bir min iki yüz) manat olan Samsung G973 ds 128 markalı mobil telefonu 6 ay müddətinə nisyə-alqı satqı müqaviləsinin şərtləri əsasında tarixdə almışdır. Müqavilənin 4-cü bəndinə uyğun olaraq alıcı Cavabdeh 11 iyun 2020-ci il tarixdən başlayaraq hər ayın 20-dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 200 (iki yüz) manat ödəniş etməlidir. Cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin 11 may 2020-ci il tarixli WTCN-006226 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən 1100 (bir min yüz) manat əsas, 110 (yüz on) manat cərimə borcu olmaqla ümumilikdə 1210 ( bir min iki yüz on) manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor İddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən, Cavabdeh 1100 (bir min yüz) manat əsas, 110 (yüz on) manat cərimə olmaqla ümumilikdə 1210 ( bir min iki yüz on) manat və dövlət rüsumu olaraq ödənilmiş 32 (otuz iki) məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 11 may 2020-ci il tarixli WTCN-006226 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı "xxxx" MMC alıcı Cavabdeh ümumi nisyə dəyəri 1200 (bir min iki yüz) manat olan Samsung G973 ds 128 markalı mobil telefonu 6 ay müddətinə müddətinə nisyə-alqı satqı müqaviləsinin şərtləri əsasında satmışdır. Müqavilə üzrə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müqaviləyə əlavə edilən ödəniş cədvəli əsasında müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) hissə-hissə ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 11 may 2020-ci il tarixli WTCN-006226 nömrəli nisyə alqısatqı müqavilənin 1 saylı Əlavəsinə əsasən müəyyən olunur ki, "xxxx" MMC-nin Cavabdeh qarşı tələb hüququ İddiaçı MMC-yə keçmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 11 may 2020-ci il tarixli WTCN-006226 nömrəli nisyə alqısatqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 1100 (bir min yüz) manat əsas, 110 (yüz on) manat cərimə olmaqla ümumilikdə 1210 ( bir min iki yüz on) manat borcu vardır. İş materiallarında olan İddiaçı Cavabdeh ünvanladığı bildirişdən görünür ki, sonuncuya borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 11 may 2020-ci il tarixli WTCN-006226 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı "xxxx" MMC alıcı Cavabdeh ümumi nisyə dəyəri 1200 (bir min iki yüz) manat olan Samsung G973 ds 128 markalı mobil telefonu 6 ay müddətinə müddətinə nisyə-alqı satqı müqaviləsinin şərtləri əsasında satmışdır. X1” MMC-nin direktoru Nümayəndə ilə xx.xx.2023-cü il tarixdə "xxxx" MMC ilə imzalanmış 11 iyul 2023-cü il tarixli 002 nömrəli faktorinq müqaviləsinə əsasən 11 may 2020-ci il tarixli WTCN-006226 nömrəli nisyə alqı-satqı müqaviləsi ilə tələb etmə hüququ hüquqi şəxs olan İddiaçı MMC-yə güzəşt edilmişdir. Nisyə alqı-satqı müqaviləsinin 4-cü bəndinə uyğun olaraq alıcı Cavabdeh 11 iyun 2020-ci il tarixdən başlayaraq hər ayın 20dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 200 (iki yüz) manat ödəniş etməlidir. Cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin 11 may 2020-ci il tarixli WTCN-006226 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 1100 (bir min yüz) manat əsas, 110 (yüz on) manat cərimə olmaqla ümumilikdə 1210 ( bir min iki yüz on) manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 193 (tələbin güzəştinə münasibətdə), 462 (dəbbə puluna münasibətdə), 600.4 (əsas öhdəliyə münasibətdə) və 655.1-ci (əsas öhdəliyə münasibətdə) maddələri çıxış edir. MM-in 193.1-ci maddəsinə əsasən, güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. MM-in 193.2-ci maddəsinə əsasən, əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir. MM-in 193.3-cü maddəsinə əsasən, əvvəlki sahib tələb əsasında bu hüququn və tələbin güzəşti barədə lazımınca təsdiqlənmiş sənədi də əldə edənə verməlidir. Bu sənədin təsdiqlənməsi üçün zəruri xərclər yeni sahibin üzərinə qoyulur. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-in 655.1-ci maddəsinə əsasən, faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. İddia tələbinin faktiki və hüquqi halları ilə MM-in 193, 462, 600.4 və 655.1-ci maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 32 (otuz iki) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1100 (bir min yüz) manat əsas, 110 (yüz on) manat cərimə olmaqla ümumilikdə 1210 ( bir min iki yüz on) manat və ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumu alınaraq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 1100 (bir min yüz) manat əsas, 110 (yüz on) manat cərimə olmaqla ümumilikdə 1210 ( bir min iki yüz on) manat və ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumu alınaraq İddiaçınəödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar