Məhkəmə qərarları › İş №e-2(004)-6020/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6020/2023

21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6020/2023 21.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kreditin, kredit faizlərinin, cərimənin və ödənilmiş dövlət rüsumunun ödənilməsi» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «kreditin, kredit faizlərinin, cərimənin və ödənilmiş dövlət rüsumunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 341658- CNS-45092 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli 341658-CNS-32970 saylı kredit müqaviləsi üzrə Banka xx.xx.2023-cü il tarixə mövcud olan xx.xx.2023-cü il tarixə mövcud olan borcu kapitallaşdırılmış və o, 3.133,19 (üç min bir yüz otuz üç, 19) manat məbləğində borcu illik 3 (üç) faiz hesablanması şərti ilə 59 (əlli doqquz) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2023-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 3.133,19 (üç min bir yüz otuz üç manat, on doqquz qəpik) manat məbləğində əsas borc, 19,50 (on doqquz manat, əlli qəpik) manat məbləğində faiz borcu, 3,55 (üç manat, əlli beş qəpik) manat məbləğində cərimə, ümumilikdə isə 3.156,24 (üç min bir yüz əlli altı manat, iyirmi dörd qəpik) manat manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən, Cavabdeh xx.xx.2023-cü il tarixə banka borclu olduğu 3.133,19 (üç min bir yüz otuz üç manat on doqquz qəpik) manat məbləğində əsas borc, 19,50 (on doqquz, əlli qəpik) manat məbləğində faiz borcu, 3,55 (üç manat əlli beş qəpik) manat məbləğində cərimə, ümumilikdə isə 3.156,24 (üç min bir yüz əlli altı manat iyirmi dörd qəpik) manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 51,56 (əlli bir manat əlli altı qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarına əsasən Cavabdeh xx.xx.2023-cü il tarixli 341658-CNS-45092 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli 341658-CNS-32970 saylı kredit müqaviləsi üzrə Banka xx.xx.2023-cü il tarixə mövcud olan xx.xx.2023-cü il tarixə mövcud olan borcu kapitallaşdırılmış və o, 3.133,19 (üç min bir yüz otuz üç, 19) manat məbləğində borcu illik 3 (üç) faiz hesablanması şərti ilə 59 (əlli doqquz) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli 341658-CNS-45092 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən xx.xx.2023-cü il tarixinə cavabdehin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 3.133,19 (üç min bir yüz otuz üç manat, on doqquz qəpik) manat məbləğində əsas borc, 19,50 (on doqquz manat, əlli qəpik) manat məbləğində faiz borcu, 3,55 (üç manat, əlli beş qəpik) manat məbləğində cərimə, ümumilikdə isə 3.156,24 (üç min bir yüz əlli altı manat, iyirmi dörd qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, sonuncuya borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 341658-CNS-45092 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli 341658- CNS-32970 saylı kredit müqaviləsi üzrə Banka xx.xx.2023-cü il tarixə mövcud olan xx.xx.2023-cü il tarixə mövcud olan borcu kapitallaşdırılmış və o, 3.133,19 (üç min bir yüz otuz üç manat on doqquz qəpik) manat məbləğində borcu illik 3 (üç) faiz hesablanması şərti ilə 59 (əlli doqquz) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən yazılı bildiriş göndərilməklə cavabdehə pul məbləğinin ödənilməsi təklif edilmiş, beləliklə, pretenziya qaydasına əməl olunmuşdur. Göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun 3.133,19 (üç min bir yüz otuz üç manat, on doqquz qəpik) manat məbləğində əsas borc, 19,50 (on doqquz manat, əlli qəpik) manat məbləğində faiz borcu, 3,55 (üç manat, əlli beş qəpik) manat məbləğində cərimə, ümumilikdə isə 3.156,24 (üç min bir yüz əlli altı manat, iyirmi dörd qəpik) manat məbləğində borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Mübahisənin qanuni əsası qismində tərəflər arasında bağlanmış müvafiq müqavilə şərtləri və aşağıdakı hüquq normaları çıxış edir. MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Beləliklə, iş materiallarından görünür ki, kredit müqaviləsi üzrə “Borcalan” Cavabdeh “Borcverən” İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur. Nəticə etibarilə, tərəflər arasında bağlanmış müvafiq müqavilə şərtləri və MM-in 462.1, 739 və 741-ci maddələrinin dispozisiya şərtləri sözügedən iddia tələbinin hüquqi və faktiki əsasları eynilik təşkil edir. Belə ki, “Borcverən” pul məbləğini “Borcalan”a ödəmiş, “Borcalan” isə həmin pul məbləğini faizlər ilə geri qaytarılması öhdəliyini icra etməməklə müqavilə öhdəliklərini pozmuşdur. Məhkəmə ümumi borcun faiz hissəsi ilə bağlı münasibətlərin hüquqi əsası kimi MMin 385-ci maddəsinin çıxış etməsi mövqeyi ilə razı deyil. Belə ki, məhkəmə qeyd edir ki, Tərəflər arasında yaranmış müqavilə münasibətləri kredit (borc) münasibətləridir və həmin münasibətlər MM-in xüsusi hissəsinin müvafiq normaları ilə (Borc müqaviləsi) tənzimlənir. Məhz sözügedən bölmədə nəzərdə tutulmuş 741-ci maddə xüsusi norma kimi sırf borc üzrə faizlər ilə bağlı münasibətləri tənzimləmək üçün nəzərdə tutulduğundan xüsusi norma olduğu halda MM-in ümumi normalarına (385ci maddə) istinad edilməsinə hüquqi əsas yoxdur. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 51,56 (əlli bir manat əlli altı qəpik) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3.133,19 (üç min bir yüz otuz üç manat on doqquz qəpik) manat məbləğində əsas borc, 19,50 (on doqquz manat, əlli qəpik) manat məbləğində faiz borcu, 3,55 (üç manat əlli beş qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə isə 3.156,24 (üç min bir yüz əlli altı manat iyirmi dörd qəpik) manat məbləğində pul və məhkəməyə müraciət etmək üçün ödənilmiş 51,56 (əlli bir manat əlli altı qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kreditin, kredit faizlərinin, cərimənin və ödənilmiş dövlət rüsumunun ödənilməsi» tələbi üzrə iddiası təmin edilsin. Cavabdeh 3.133,19 (üç min bir yüz otuz üç manat on doqquz qəpik) manat məbləğində əsas borc, 19,50 (on doqquz manat, əlli qəpik) manat məbləğində faiz borcu, 3,55 (üç manat əlli beş qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə isə 3.156,24 (üç min bir yüz əlli altı manat iyirmi dörd qəpik) manat məbləğində pul və məhkəməyə müraciət etmək üçün ödənilmiş 51,56 (əlli bir manat əlli altı qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar