Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6048/2022 26.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul tələbi və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul tələbi və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 93655.08 manat əsas, 1136.32 manat faiz, cəmi 94791.4 manat pul, iddia ərizəsinə görə ödənilmiş 374.74 manat dövlət rüsumu və bildirişin İqtisadiyyat Nazirliyi yanında ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyatı ilə bağlı 45 manat ödənişin tutulması, tutmanın Cavabdeh məxsus, Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi, ev 130C, mənzil 103, (Yeni qaydalarla: AZ 1096 ünvan 1 ünvanda yerləşən mənzilə yönəldilməsi, ipoteka predmetinin açıq hərrac vasitəsilə satılaraq bankın kredit tələbinin satılmış əmlakın hesabına ödənilməsi; ipoteka predmetinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh 1 ay ərzində həmin evi tərk etmədiyi halda məcburi qaydada çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli 153/21 saylı kredit müqaviləsinə əsasən təminatlılıq əsasında illik 8 % dərəcəsi ilə 168 ay müddətinə 97600 manat məbləğində ipoteka krediti verilmişdir. Kredit Müqaviləsinin təminatı olaraq tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi, ev 130C, mənzil 103, Yeni qaydalarla: AZ 1096 Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi, ev 130C, M14, m7 ünvanda yerləşən mənzil ipoteka götürülmüş və bununla bağlı tərəflər arasında xx.xx.2021-ci il tarixli 153/21 saylı Alqı-Satqı və İpoteka Müqaviləsi bağlanmışdır. İpoteka Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin1 saylı Bakı Ərazi İdarəsinin daşınmaz əmlak dövlət reyestrində 3731 nömrəli reyestr kitabının 349240 nömrəli vərəqində qeydiyyata alınmışdır. Borcalan ipoteka ilə təmin olunmuş xx.xx.2021-ci il tarixli 153/21 saylı Kredit Müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli 153/21 saylı Kredit Müqaviləsi üzrə öhdəliklər vaxtında yerinə yetirilmədiyi üçün ona pretenziya məktubu göndərilmiş və bunun heç bir nəticəsi olmamışdır. Bоrcun ödənilməsi tələbi ilə cаvаbdеhə dəfələrlə mürаciət оlunmаsınа, tərəflərindən məsələnin məhkəmədən kənаr qаydаdа həll еdilməsi üçün mümkün оlаn bütün tədbirlərin görülməsinə bахmаyаrаq, Cavabdeh bоrcun qаytаrılmаsı üçün hеç bir təşəbbüs göstərməmişdir. Cаvаbdеhə göndərilmiş pretenziya məktubu, o cümlədən, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş də cаvаbsız qаlmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini tam qəbul etdiyini bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikası MM-nin 739-cu maddəsinə əsasən kredit müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İddiaçı ASC ilə Cavabdeh (borc alan) arasında bağlanmış 03 dentyabr 2021-ci il tarixli 153/21 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalana 168 ay müddətinə illik 8 faiz hesablanmaq şərti ilə 97600 manat məbləğində ipoteka kredit vermiş, borc alan isə əsas borcun və hesablanmış faizlərin ödənilməsini müqavilədə göstərilmiş qaydada həyata keçirməyi öhdəsinə götürmüşdür. Kredit borcalana Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi, ev 130C, mənzil 103, Yeni qaydalarla: AZ 1096 Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi, ev 130C, M14, m7 ünvanda yerləşən və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 21 may 2021-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** və reyetr nömrəsi **********36-05301-093109 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilən daşınmaz əmlakın alınmasına verilmişdir. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra edərək cavabdeh - borc alana krediti versə də, borc alan müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Maliyyə Arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka xx.xx.2022-ci il tarixinə olan borcu əsas borc üzrə 93655.08 manat , faiz borcu üzrə 1136.32 manat, cəmi 94791.4 manat təşkil edir. Beləliklə, cavabdeh – borc alan müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh – borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi İddiaçı ASC ilə Cavabdeh (alıcı-ipoteka qoyan) arasında bağlanmış 03 dentyabr 2021-ci il tarixli 153/21 nömrəli Alqı-satqı və ipoteka müqaviləsi ilə təmin olunmuşdur. Alqı-satqı və ipoteka müqaviləsinə əsasən satıcı Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi, ev 130C, mənzil 103, Yeni qaydalarla: AZ 1096 Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi, ev 130C, M14, m7 ünvanda yerləşən və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 21 may 2021-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** və reyetr nömrəsi **********36-05301-093109 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı alıcı-ipoteka qoyanın mülkiyyətinə vermişdir. Alıcıipoteka qoyan daşınmaz əmlakı bu müqavilə üzrə yaranmış hüquqa əsasən onunla kreditor-ipoteka saxlayan arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə kreditor-ipoteka saxlayana vermişdir. Azərbaycan Respublikası MM-nin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” Qanunun 1.0.6, 3.1, 10.4, 11.1, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Cavabdeh əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə ki, Qanunun 34.1.1-ci maddəsində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. İş materiallarında olan iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul tələbi və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iş üzrə ipoteka predmetinin ilkin satış qiymətinin 122000 manat müəyyən edilməklə yekun məhkəmə qərarının qəbul edilməsi xahiş olunmuşdur. İş materiallarında olan Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı ASC-nin ona qarşı qaldırdığı 94791,4 manat pul və tələbin ona məxsus Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi, ev 130C, mənzil 103, Yeni qaydalarla: AZ 1096 Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi, ev 130C, M14, m7 ünvanda yerləşən mənzilə yönəldilməsi barədə iddia tələbini tam etiraf edir. İpoteka predmeti olan mənzilin bazar dəyərinin 122000 manat müəyyən edilməsinə etiraz etmir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Belə ki, İş materiallarında olan Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı ASC-nin ona qarşı qaldırdığı 94791,4 manat pul və tələbin ona məxsus Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi, ev 130C, mənzil 103, Yeni qaydalarla: AZ 1096 Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi, ev 130C, M14, m7 ünvanda yerləşən mənzilə yönəldilməsi barədə iddia tələbini tam etiraf edir. İpoteka predmeti olan mənzilin bazar dəyərinin 122000 manat müəyyən edilməsinə etiraz etmir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən etiraf edilərək, qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Məhkəmə həmçinin iddianın iddia ərizəsinə görə ödənilmiş 374.74 manat dövlət rüsumu və bildirişin İqtisadiyyat Nazirliyi yanında ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyatı ilə bağlı 45 manat ödənişin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, Cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməmələri nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu və digər xərcləri ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu Cavabdeh alınmaqla yanaşı eyni zamanda, iddiaçının dövlət rüsumunu və digər xərcləri ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və digər xərclər Cavabdeh aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilərək, Cavabdeh 93.655,08 manat əsas borc, 1136,32 manat faiz borcu olmaqla, cəmi 94.791,4 manat məbləğində borc, bildirişin qeydiyyatı ilə bağlı olaraq ödənilmiş 45 manat məbləğində pul vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş 374,74 manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia tələbi Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Məshəti Gəncəvi küçəsi, ev 130C, mənzil 103 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən mənzilə yönəldilərək, mənzil açıq hərracda satılmalı, mənzilin ilkin satış qiyməti 122.000 manat müəyyən edilməklə, onun satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilməli, iddiaçının tələbi ödənildikdən sonra Bakı şəhəri, Nizami rayonu, Məshəti Gəncəvi küçəsi, ev 130C, mənzil 103 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən mənzilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh verilməli, mənzilin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti mövcud borcun ödənilməsinə kifayət etməzsə qalan məbləğ Cavabdeh tutulmalı, Bakı şəhəri, Nizami rayonu, Məshəti Gəncəvi küçəsi, ev 130C, mənzil 103 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən mənzil açıq hərracda satıldıqdan sonra Cavabdeh həmin mənzildən çıxarılmalı və həmin mənzil 1 (bir) ay ərzində boşaldılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan əlavə Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 93.655,08 (doxsan üç min altı yüz əlli beş manat səkkiz qəpik) manat əsas borc, 1136,32 (min yüz otuz altı manat otuz iki qəpik) manat faiz borcu olmaqla, cəmi 94.791,4 (doxsan dörd min yeddi yüz doxsan bir manat qırx qəpik) manat məbləğində borc, bildirişin qeydiyyatı ilə bağlı olaraq ödənilmiş 45 (qırx beş) manat məbləğində pul vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş 374,74 (üç yüz yetmiş dörd manat yetmiş dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Məshəti Gəncəvi küçəsi, ev 130C, mənzil 103 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən mənzilə yönəldilərək, açıq hərracda satılsın. Bakı şəhəri, Nizami rayonu, Məshəti Gəncəvi küçəsi, ev 130C, mənzil 103 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 122.000 (yüz iyirmi iki min) manat müəyyən edilməklə, onun satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilsin. İddiaçının tələbi ödənildikdən sonra Bakı şəhəri, Nizami rayonu, Məshəti Gəncəvi küçəsi, ev 130C, mənzil 103 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən mənzilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh verilsin. Bakı şəhəri, Nizami rayonu, Məshəti Gəncəvi küçəsi, ev 130C, mənzil 103 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən mənzilin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti mövcud borcun ödənilməsinə kifayət etməzsə qalan məbləğ Cavabdeh tutulsun. Bakı şəhəri, Nizami rayonu, Məshəti Gəncəvi küçəsi, ev 130C, mənzil 103 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən mənzil açıq hərracda satıldıqdan sonra Cavabdeh həmin mənzildən çıxarılsın və həmin mənzil 1 (bir) ay ərzində boşaldılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-6048/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6048/2022
26.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver