Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-6075/2022 16.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xudayev Kərim Bahəddin oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “əsassız mənimsənilmiş pulun qaytarılması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı “əsassız mənimsənilmiş pulun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC-dən 367448 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı tərəfindən iddia ərizəsinə dövlət rüsumunun düzgün ödənilməsi barədə müvafiq sübut əlavə edilmədiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsinə dair qəbz iddia ərizəsinə əlavə edilsə də, həmin qəbzdən rüsumun iddia ərizəsinin verildiyi məhkəmənin, yəni Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin balansına köçürülməsi müəyyən edilmir. Bundan başqa, iddiaçı tərəfindən elektron imza vasitəsilə imzalanmış iddia ərizəsində də dövlət rüsumunun ödənilməsi barəsində məlumat qrafasında dövlət rüsumunun ödənilməsinə dair qəbzə və dövlət rüsumunun məbləğinə dair məlumatlar göstərilməmiş, ödənişin rüsumdan azad edildiyi qeyd edilmişdir. Bu səbəbdən iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş qəbzə əsasən ödənilmiş 657 manata pulun, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə hazırki iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənildiyini müəyyən etmək mümkün olmamışdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki iş üzrə iddianın qiyməti 367448 manatdan ibarətdir və iddia ərizəsinin verilməsi üçün tələb olunan dövlət rüsumunun məbləği 657,45 manat təşkil edir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.4-cü maddəsinə əsasən iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində Cavabdeh QSC-nin hüquqi ünvanını düzgün göstərməmişdir. Belə ki, iddia ərizəsində Cavabdeh QSC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1eriallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, Cavabdeh QSC-nin hüquqi ünvanı ünvan 2ublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə iddia ərizəsinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədiyini, həmçinin iddia ərizəsinin məzmununa riayət edilmədiyini nəzərə alıb hesab edir ki, İddiaçı Cavabdeh QSC-yə qarşı “əsassız mənimsənilmiş pulun qaytarılması” tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu, 152-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı “əsassız mənimsənilmiş pulun qaytarılması” tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-6075/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-6075/2022
16.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver