Məhkəmə qərarları › İş №e-2(004)-608/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-608/2022

08.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-608/2022 08.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşviq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" X1 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş 3141,60 manat məbləğində maddi ziyanın tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 28.06.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsində etibarnamə əsasında idarə etdiyi “Hyundai Sonata” minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə "xxxx" X3 məxsus olan 2 ədəd “Tuğçular dəmir H-12” tipli işıq dirəyini vuraraq sıradan çıxarmış və nəticədə müəssisəyə 3141,60 manat dəyərində maddi ziyan yetirmişdir. Hadisə ilə bağlı Bakı şəhər DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilən 28.06.2021-ci il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında protokola və TP ******* saylı İnzibati Tənbeh vermə haqqında qərara əsasən Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs kimi tanınmışdır. Hadisə baş verən zaman “Hyundai Sonata” minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası olmamışdır. Cavabdeh maddi ziyanın ödənilməsi üçün dəfələrlə müəssisəyə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir. hadisə nəticəsində zərər dəymiş işıq dirəyi dövlət mülkiyyətidir, istismarı və texniki xidmətinin təşkili məqsədi ilə "xxxx" X2 balansına verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü, 1096.1-1096.2 və 1108.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırılması zamanı müəyyən etmişdir ki, iş materiallarında olan Bakı şəhər DYPİ-nin Müşayiət-Eskort Bölüyünün baş inspektoru R.Rüstəmli tərəfindən tərtib edilmiş 28.06.2021-ci il tarixli, İXP ******* saylı İnzibati Xəta haqqında Protokoldan görünür ki, Cavabdeh 28.06.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsində etibarnamə əsasında idarə etdiyi “Hyundai Sonata” minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə "xxxx" X3 məxsus olan 2 ədəd “Tuğçular dəmir H- 12” tipli işıq dirəyini vuraraq sıradan çıxarmışdır. TP ******* saylı, 28.06.2021-ci il tarixli qərara əsasən Cavabdeh AR İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 40 manat məbləğində cərimə olunmuşdur. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya zərər vurulması iş materialları ilə tam olaraq, təsdiq olunmuşdur. Habelə, iş materiallarındakı "xxxx" X5 tərəfindən tərtib edilmiş 29.06.2021-ci il tarixli Aktdan görünür ki, 2 ədəd “Tuğçular dəmir H-12” tipli işıq dirəyinə dəymiş ziyan 3141,60 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh həmin məbləği ödəməkdən imtina etmişdir. Mülki qanunvericiliyə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq, məhkəməyə müraciət etmiş, tələb əsaslı olduğundan təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8..1.1-ci maddəsinə görə məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1000 manatadək olduqda 30 manat, 8.1.2-ci maddəsinə görə isə iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.14-cü maddəsinə görə məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələrdövlət rüsumu ödəməkdən azad olunurlar. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyinə və iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğuna görə, ödənilməli 51,40 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş 3141,60 (üç min bir yüz qırx bir manat 60 qəpik) manat məbləğində maddi ziyan və 30 (otuz) manat dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" X4 ödənilsin. Cavabdeh 51,40 (əlli bir manat 40 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinin hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar