Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-614/2023 09.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, məcburi icra tədbirləri zamanı İddiaçı ASC tərəfindən ödənilmiş 490,88 manat məbləğində icra ödənişi, 350,63 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərci), cəmi 841,51 manat, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh məhkəmə tərəfindən rəsmi qaydada qeydiyyatda olduğu ünvan üzrə və eləcə də, qeydiyyatda olduğu ünvan üzrə mənzil kommunal təsərrüfatı birliyi vasitəsi ilə bildiriş göndərilmiş, lakin bildirişin cavabdehə çatdırılması mümkün olmamışdır. Məhkəmə iş materillarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, Sumqayıt Şəhər Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli 2(060)-14658/2016 saylı qətnaməsi ilə (hakim T.N.Mahmudova) İddiaçı ASC-nin Cavabdeh qarşı avtomobil krediti müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 113701-1-6988 saylı “Avtomobil krediti müqaviləsi”nin ləğv edilməsi; Cavabdeh 6.365,32 ABŞ dolları məbləğində əsas borcun, 480,28 ABŞ dolları məbləğində faiz borcunun, 27,40 ABŞ dolları məbləğində cərimə borcunun, cəmi 6.873 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində kredit borcunun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi; tələbin İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1377xx-xx-9440 saylı ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan “Chevrolet Aveo minik” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi; avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunan məbləğin kredit borcunun və 30 manat məbləğinin İddiaçı ASC-nin xeyrinə ödənilməsi;satışdan əldə olunan vəsait hesabına cavabdehin banka olan borcu ödənildikdən sonra qalan məbləğin Cavabdeh qaytarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2017-ci il tarixli 2(105)-520/2017 saylı qətnaməsi ilə (sədrlik edən hakim T.Q.Məmmədov) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(060)-14658/2016 saylı qətnaməsinə borc məbləğinə və ipoteka predmetinin ilkin satış qiymətinə aid hissələrdə dəyişiklik edilərək, Cavabdeh 6.274,28 ABŞ dolları məbləğində əsas kredit borcu, 303,22 ABŞ dolları məbləğində faiz borcu, 27,01 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 6.604,51 ABŞ dolları məbləğində pul (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) alınaraq İddiaçı ASC-nə ödənilməsi; ipoteka predmeti olan “Chevrolet Aveo minik” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda ilkin satış qiyməti 11.000 manat məbləğində müəyyən olunması; qalan hissələrdə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Hərrac təşkilatçısı "xxxx" MMC-nin 15 avqust 2022-ci il tarixli 49/01 saylı “Hərracın yekunları barədə Protokolu”na əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq, Cavabdeh məxsus “Chevrolet Aveo minik” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka saxlayan İddiaçı ASC tərəfindən əldə edilmişdir. Hərrac təşkilatçısı "xxxx" MMC-nin 02 avqust 2022-ci il tarixli 103 saylı hesabfakturasında Cavabdeh məxsus “Chevrolet Aveo minik” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılması ilə əlaqədar 350,63 (üç yüz əlli, 63) manat məbləğində (297,14 manat xidmət haqqı və 53,49 manat 18% ƏDV) xidmət haqqının ödənilməsi nəzərdə tutulmuşdur. 12 avqust 2022-ci il tarixli ********* saylı ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı ASC tərəfindən "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına xx.xx.2022-ci il tarixli 103 saylı hesabfakturaya əsasən Cavabdeh məxsus “Chevrolet Aveo minik” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərrac xidmətinin dəyəri olaraq 297,14 (iki yüz doxsan yeddi, 14) manat ödənilmişdir. 12 avqust 2022-ci il tarixli ********* saylı ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı ASC tərəfindən X1 hesabına xx.xx.2022-ci il tarixli 103 saylı hesab-fakturaya əsasən 53,49 (əlli üç, 49) manat ƏDV ödənilmişdir. 12 avqust 2022-ci il tarixli ********* saylı ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı ASC tərəfindən X1 hesabına Cavabdeh icra işi ilə əlaqədar Sumqayıt şəhəri üzrə İcra İdarəsinə 490,88 (dörd yüz doxsan, 88) manat məbləğində icra ödənişi ödənilmişdir. xx.xx.2022-ci il tarixli pretenziya məktubuna əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İcra haqqında Azərbaycan Respublikası qanununun 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Həmin qanunun 79.1-ci maddəsinə əsasən icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. Həmin maddənin 2-ci bəndinə əsasən borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına, bu Qanunla müəyyən edilmiş qaydada icra hərəkətlərinin həyata keçirilməsi zamanı dəvət olunmuş tərcüməçilərə, hal şahidlərinə, mütəxəssislərə və digər şəxslərə müvafiq haqqın ödənilməsinə, tutulmuş məbləğin tələbkara poçtla köçürülməsinə (göndərilməsinə), icraat zamanı həyata keçirilmiş digər zəruri icra hərəkətlərinə sərf edilən vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aiddir. Həmin qanunun 81.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin maddəsin 2-ci bəndinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, məcburi icra tədbirləri zamanı tələbkar "xxxx" ASC tərəfindən ödənilmiş 490,88 manat məbləğində icra ödənişi, 350,63 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərci), cəmi 841,51 manat Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Belə ki, iş materialları ilə iddiaçı Bank VTB Azərbaycan ASC tərəfindən icra ödənişlərinin həyata keçirildiyi icra ödənişləri üçün çəkilən xərcin ödənildiyi iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məcburi icra ödənişləri borclu tərəfindən ödənilməli olduğundan, bu ödənişlər tələbkar tərəfindən ödənilmişdir ki, bu da borclunun əsassız varlanması ilə nəticələnmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh məcburi icra tədbirləri zamanı İddiaçı ASC tərəfindən ödənilmiş 490,88 manat məbləğində icra ödənişi, 350,63 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərci), cəmi 841,51 manat məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-614/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-614/2023
09.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver