Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-620/2025 04.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Yasamal rayon İcra Şöbəsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Yasamal rayon İcra Şöbəsinə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Yasamal rayon İcra Şöbəsinə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, сavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Yasamal rayon icra şöbəsindən vurulmuş ziyana görə 112594 (yüz on iki min beş yüz doxsan dörd) manat məbləğində pul vəsaitinin tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı 1(101)-1283/2010 saylı cinayət işinin gedişində zərərçəkmiş şəxs kimi tanınmışdır. Həmin cinayət işi üzrə məhkəmə müəyyən etmişdir ki, "xxxx" MMC-nin təsisçisi X3 Behbudov və qeyriləri ilə əlbir olaraq İddiaçı anası X6 adına olan Mersedes-Benz s-350 markalı ** ZT *** dövlət nömrə nişanlı avtomaşını 120.000 ABŞ dollarına satacaqları və iki ay müddətində pulunu ödəyəcəklərinə 2008-ci ilin aprel ayının əvvələrində yalan vəd verib aldatmış, 10 aprel 2008-ci il tarixdə Aida Paşayevanın adından həmin avtomaşına görə X5 adına etibarnamə alınmasını təşkil edib, avtomaşının pulunu verəcəklərinə onu inandırmaq üçün "xxxx" MMC-nin ünvan 1 ünvanında "xxxx" MMC-ilı bağladığı 17 aprel 2007-ci il tarixli birgə təsərrüfat faəliyyəti haqqında müqavilə əsasında alqı-satqısına dair müqavilənin şərtinə görə yaşayış və qeyriyaşayış sahələrinin adından rəsmiləşdirilməli olmasına baxmayaraq satış üçün qəbul olunmuş avtomaşının pulunun ödəniləcəyinə təminat kimi "xxxx" MMC-nin adından ona güya 290 kvm sahəsi olan üç otaqlı iki mənzil satılması barədə 11 aprel 2008-ci il tarixli müqavilə və İddiaçı "xxxx" MMC-yə borcu olmadığı barədə maliyyə arayışı tərtib etmiş, avtomaşının pulu ödəniləndə həmin sənədləri geri qaytaracağına inandırıb avtomaşını satmış və əldə etdikləri puldan 25000 manatını İddiaçı verib 95000 manatını mənimsəyərək Aida Paşayevaya külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Məhkəmə "xxxx" MMC-nin təsisçisi X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilərək, 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Tərəfindən daha sonra "xxxx" MMC-yə qarşı müqavilənin ləğvi və pul tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət olunmuşdur. Yasamal Rayon Məhkəməsi 2(004)-1123/2013 saylı iş üzrə iddia tələbini təmin edərək, cavabdeh "xxxx" MMC-dən 75.050 manat əsas borcun və 18762 manat faiz borcu, habelə 20 manat dövlət rüsumu cəmi 93832 manat məbləğində vəsaitin tutularaq ödənməsini qət etmişdir. Bundan başqa, Yasamal Rayon Məhkəməsinin 2(004)-2766/2018 saylı iş üzrə xx.xx.2018 tarixli qətnaməsi ilə əsas borc olan 75.050 manat pulun ödənmədiyi üçün 11 aprel 2013-cü il tarixdən qətnamənin qəbul olunduğu tarixədək icra olunmadığı üçün hər il üçün 5% faiz məbləğin yəni 17.762.5 manat pulun və 30 manat dövlət rüsumunun iddaçıya ödənməsi qət edilmişdir. Belə olan halda, bu günə ümumi borcun məbləği 112594 (yüz on iki min beş yüz doxsan dörd) manatdan ibarətdir. Qeyd olunan qətnamə qanuni qüvvəyə minərək icra olunması üçün Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. Lakin qətnamə əsassız şəkildə icra olunmadığından və məcburi icra tədbirləri görülmədiyindən tərəfindən o vaxt kı, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi2-1(81)-1440/2014 saylı iş üzrə iddianı təmin edərək məcburi icra tədbiri kimi boclu "xxxx" MMC-yə məxsus ünvan 2 ünvanında yerləşən tikiliyə tələbin yönəldilməsi məqsədi ilə sonrakı icra hərəkətlərinin yerinə yetirilməsi öhdəliyi Bakı şəhəri Yasamal rayon icra şöbəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan sonra Yasamal rayon icra şöbəsi məcburi şəkildə həmin tikili üzərinə həbs qoysa da, daha sonra heç bir icra tədbiri görməmiş, əsassız və qanunsuz şəkildə qətnaməni icra etməmişdir. Yasamal rayon icra şöbəsinin qanunsuz hərəktlərinə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsi tərəfindən hüquqi qiymət verilmilşdir. Məhkəmə 2-1(81)-346/2018 saylı iş üzrə iddia tələbimi təmin edərək Yasamal Rayon Məhkəməsinin 2(004)-306/2012 saylı iş üzrə xx.xx.2012-ci il tarixli qətnaməsini və Yasamal Rayon Məhkəməsinin 2(004)-1123/13 saylı xx.xx.2013-cü il tarixli qətnaməsini və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)1440/2014 saylı 12 may 2014-cü il tarixli qərarını icra etməməklə bağlı cavabdeh Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinin hərəkətsizliyini qanunsuz saymışdır. Qeyd olunan qərardan Yasamal rayon İcra şöbəsi tərəfindən apellyasiya (2-1(103)-1305/18 saylı iş) və daha sonra kassasiya (2-1(102)-1990/18 saylı iş) şikayətləri verilsə də şikayətlər təmin olunmamış, qərar qanuni qüvvəyə minmişdir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, məhkəmə qətnamələri əsassız və qanunsuz şəkildə Yasamal rayon İcra şöbəsi tərəfindən icra olunmamışdır. "xxxx" MMC-yə məxsus ünvan 2 ünvanında yerləşən tikiliyə məcburi icra hərəkətləri tətbiq olunaraq, ona "xxxx" MMC tərəfindən vurulmuş zərər tam şəkildə qarşılana bilərdi. Bununla bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qərar da qəbul olunmuşdur. Lakin Yasamal İcra şöbəsi əsassız və qanunsuz şəkildə İcra Haqqında qanunun tələblərini pozaraq üzərinə həbs qoyulmuş əmlakla bağlı növbəti icra tədbirləri görməmişdir. Azərbaycan Respublikası İcra haqqında qanunun 53-cü maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Lakin Yasmal İcra şöbəsi qeyd olunan əmlakı nə ona təklif etmiş, nə də satılması üçün hər hansı bir addım atmışdır. AR “İcra haqqında” qanunun 23-cü maddəsinə əsasən borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda icra sənədi məhkəməyə qaytrıla bilər. Lakin hazır ki iş üzrə icra sənədinin icrası üçün kifayət qədər əmlak olduğu halda Yasamal rayon İcra şöbəsi əsassız və qanunsuz şəkildə qətnaməni icra etməmişdir. Qeyd olunan qətnamənin qəbul olunmasından artıq 10 ildən artıq müddət keçmişdir və icrası artıq faktiki olaraq mümkün deyil. Belə ki barəsində ittihamedici hökm olan "xxxx" MMC-nin təsisçisi X10 artıq vəfat edib. Əlavə olaraq üzərinə həbs qoyulmuş ünvan 2 ünvanında yerləşən tikili üzərindən həbs "xxxx" MMC tərəfindən edilmiş müraciət əsasında götürülmüşdür. Beləliklədə Yasamal rayon məhkəməsinin 2(004) -1123/2013 saylı iş üzrə qətnaməsinin icrası Yasmal rayon İcra şöbəsinin qanunsuz hərəkətsizliyi nəticəsində icrası artıq mümükün deyil. Nəticədə cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona ümumilikdə 112594 (yüz on iki min beş yüz doxsan dörd) manat maddi zərər dəymişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi İsmayılov İsmayıl iddia tələbini qəbul etməyərək, onun rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki iş materiallarında olan: Ağır Cinayətlərə dair Azərbaycan Respublikası Məhkəməsinin 1(101)-1283/2010 saylı, 29 noyabr 2010-cu il tarixli hökmünə əsasən X10 ("xxxx" MMC-nin direktoru) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib, əmlakı müsadirə olunmadan 11 (on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1123/2013 saylı, 11 aprel 2013cü il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı və X6 cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin ləğvi və pul” tələbi təmin edilərək, cavabdeh "xxxx" MMC-dən 75050 manat əsas borc və 18762 manat faiz borcu, habelə 20 manat dövlət rüsumu, cəmi 93832 manat tutularaq iddiaçılar İddiaçı və X8 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2766/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı və X6 cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbi təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 aprel 2013-cü il tarixli qətnaməsi ilə ödənilməli olan 75.000 manat pulun 11 aprel 2013-cü il tarixdən bu günə qədər ödənilməmiş qalan 5% faizi, yəni 18.762,50 manat pulun və 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçılar İddiaçı və X8 müştərək şəkildə ödənilməsi qət edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1inz(81)-1440/2014 saylı, 12 may 2014-cü il tarixli qərardan görünür ki, məcburi icra tədbiri kimi borclu "xxxx" MMC-yə məxsus ünvan 3 ünvanında yerləşən tikiliyə tələbin yönəldilməsi məqsədi ilə sonrakı icra hərəkətlərinin yerinə yetirilməsi öhdəliyi Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-346/2018 saylı, 23 fevral 2018ci il tarixli qərarı ilə Yasamal Rayon Məhkəməsinin 2(004)-306/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsini və Yasamal Rayon Məhkəməsinin 2(004)-1123/13 saylı 11 aprel 2013cü il tarixli qətnaməsini və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1440/2014 saylı 12 may 2014-cü il tarixli qərarın icra etməməklə bağlı cavabdeh Bakı şəhəri Yasamal rayon icra və probasiya Şöbəsinin hərəkətsizliyinin qanunsuz sayılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1305/2018 saylı, 23 may 2018-ci il tarixli qərardadından görünür ki, iddiaçılar X4, İddiaçı və X2 cavabdeh Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə qarşı “hərəkətsizliyi qanunsuz sayılması” tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 346/2018 saylı iş üzrə qəbul etdiyi 23 fevral 2018-ci il tarixli qərarından cavabdehin apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və apellyasiya şikayətinin qəbulundan imtina edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-1990/2018 saylı, 07 noyabr 2018-ci il tarixli qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1305/2018 saylı, 23 may 2018-ci il tarixli qərardadından cavabdeh Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş şikayət kassasiya icraatının mümkün sayılmaması və kassasiya şikayətinin qəbulundan imtina edilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1123/2013 saylı, 11 aprel 2013cü il tarixli icra sənədi üzrə Yasamal rayon İcra şöbəsinin 3638 saylı icra işindəki materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin xx.xx.2013-cü il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1123/2013 saylı, 11 aprel 2013-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-955/2015 saylı, 31 mart 2015ci il tarixli qərardadı ilə verilmiş təqdimat təmin edilərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-306/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədi üzrə ünvan 4 ünvanında yerləşən mənzilin üzərinə həbsin qoyulması qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-955/2015 saylı, 16 iyun 2015-ci il tarixli qərardadı ilə 31 mart 2015-ci il tarixli qərardadının əsaslandırıcı hissəsinin 5-ci abzasında və nəticə hissəsinin 2-ci abzasında ünvan 4 ünvanında yerləşən “mənzilin üzərinə həbs qoyulsun” sözləri “tikilinin üzərinə həbs qoyulsun” kimi oxunması qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-955/2015 saylı, 24 iyul 2017-ci il tarixli qərardadı ilə icra sənədi üzrə borclu olmayan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ünvan 4 ünvanında yerləşən tikilinin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-1/2020 saylı, 07 yanvar 2020-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramin Muradovun icra sənədi üzrə icra edilməyən və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli qərarlarının ləğv edilməsi və icra sənədi, icra hərəkətlərinin davam etdirilməsi üçün icra şöbəsinə göndərilməsinə qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən Bakı şəhər Yasamal rayon icra şöbəsinə ünvanlanmış 29.04 2019-cu il tarixli məktubun məzmunundan görünür ki, xx.xx.1959-cu il təvəllüdlü X10 xx.xx.2012-ci il tarixdə Müalicə Müəssisəsində vəfat etmişdir. AR Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən AR ƏN Yasamal Rayon İcra Şöbəsinə ünvanlanmış 15 yanvar 2020-ci il tarixli məktubundan görünür ki, “Vergi ödəyicilərinin dövlət reyestri”ndə olan məlumata əsasən "xxxx" Məhdud Məsuliyyət!: Cəmiyyətinin (VÖEN **********) ünvanı AZ1006, Bakı şəhəri, Yasamal rayonu, Yunis Dağlı ev 3-dür. Cəmiyyətin rəhbəri xx.xx.1959-cu il təvəllüdlü Qurbanov Rauf oğludur. AR Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən AR ƏN Yasamal Rayon İcra Şöbəsinə ünvanlanmış 18 fevral 2020-ci il tarixli məktubundan görünür ki, “Vergi ödəyicilərinin dövlət reyestri”ndə olan məlumata əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2004-cu ii tarixdə ********** nömrəli VÖEN-lə hüquqi şəxs qismində Vergilər Nazirliyinin Bakı şəhəri X13 Üzrə Baş İdarəsində qeydiyyata alınmışdır. Eyni zamanda bildirildi ki, cəmiyyətin hüquqi varisinin olubolmaması barədə vergi orqanında məlumat yoxdur. Müəssisənin fəaliyyəti hal-hazırda aktiv vəziyyətdədir. AR Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən AR ƏN Yasamal Rayon İcra Şöbəsinə ünvanlanmış 26 fevral 2020-ci il tarixli məktubundan görünür ki, Agentliyin Daşınar əmlakın rəsmi reyestrinin avtomatlaşdırılmış informasiya sistemində sorğuda qeyd edilən hüquqi şəxs "xxxx" MMC-nin adına heç bir traktor və digər mexaniki nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1123/2013 saylı, 11 aprel 2013-cü il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-dən 75050 manat əsas borc və 18762 manat faiz borcu, habelə 20 manat dövlət rüsumu, cəmi 93832 manat pulun tutularaq, iddiaçılar İddiaçı və X8 ödənilməsi qət edilmişdir. Bundan əlavə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2766/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 aprel 2013-cü il tarixli qətnaməsi ilə ödənilməli olan 75.000 manat pulun 11 aprel 2013-cü il tarixdən bu günə qədər ödənilməmiş qalan 5% faizi, yəni 18.762,50 manat pulun və 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçılar İddiaçı və X8 müştərək şəkildə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Müvafiq qətnamələr qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. Mülki iş hal-hazırda da icra mərhələsindədir, icra tədbirləri davam etdirilir, qeyd edilən qətnamələr bu günə kimi icra edilməmişdir. Hal-hazırda İddiaçı cavabdeh Yasamal rayon icra şöbəsinə qarşı qətnamələrin icra edilməməsi nəticəsində vurulmuş maddi ziyanın tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı müvafiq qətnamələr ilə onun xeyrinə tutulan pulu Yasamal rayon İcra şöbəsindən tələb edir. Məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Çünki iddiaçı tərəfindən zərərin mövcud olması və ona maddi zərər vurulmasına səbəb olan cavabdehlərin qanunsuz hərəkətlərinin təsdiqi barədə sübutlar təqdim edilməmiş və o, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Əksinə iş materiallarında olan sübutlarla iddianın əsassız olması müəyyən olunur. Belə ki, məhkəmə tərəfindən icra işinin materialları araşdırılmışdır. məhkəmə belə qənaətə gəlir ki, icra məmuru tərəfindən lazımi tədbirlərin görülməsi (borclunun əmlakının üzərinə həbs qoyulması barədə təqdimatın verilməsi, borclunun adına olan əmlakın olub-olmamasının, hüquqi varisinin olub-olmamasının araşdırılması və s.) iş materialları ilə təsdiq olunur. Belə olduğu halda, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Yasamal rayon İcra Şöbəsinə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Yasamal rayon İcra Şöbəsinə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-620/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-620/2025
04.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver