Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6222/2022 27.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit müqaviləsi üzrə mübahisələr barədə” kiçik iddia ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında sadələşdirilmiş qaydada baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada xx.xx.2018-ci il tarixli 0002İ saylı kredit müqaviləsi üzrə 428,11 manat əsas borc, 285,83 manat faiz borcu, cəmi 714,14 manat borcun, Cavabdeh xx.xx.2019-cu il tarixli 0003İ saylı kredit müqaviləsi üzrə 600 manat əsas borc, 418,60 manat faiz borc, cəmi 1018,60 manat borcun və ödənilmiş 37,32 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verldikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş lakin, cavabdehlər tərəfindən iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 445, 468, 741-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Belə ki, məhkəmə araşdırmasında müəyyən edildi ki, İddiaçı QSC BOKT-nin Bakı filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 0002İ saylı kredit müqaviləsinə əsasən ona12 ay müddətinə illik 21%-lə istehlak məqsədilə 800 manat və xx.xx.2019-cu il tarixli 0003İ saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 21%-lə istehlak məqsədilə 600 manat məbləğində kredit verilmişdir. xx.xx.2018-ci il tarixli 0002İ saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Təşkilatın Bakı filialı ilə Zamin arasında bağlanmış xx.xx.2018-ci il tarixli 0002Z-1 saylı zaminlik müqaviləsinin şərtlərinə görə zamin, borclu Təşkilat qarşısında öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımaq öhdəliyini üzərinə götürmüşdür. Borcalan Cavabdeh xx.xx.2018-ci il tarixli 0002İ saylı kredit müqaviləsi üzrə 428,11 manat əsas borcu, 285,83 manat faiz borcu, cəmi 714,14 manat borcu, xx.xx.2019-cu il tarixli 0003İ saylı kredit müqaviləsi üzrə 600 manat əsas borcu, 418,60 manat faiz borcu, cəmi 1018,60 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Habelə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Ona görə də məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh və Zamin müştərək qaydada xx.xx.2018-ci il tarixli 0002İ saylı kredit müqaviləsi üzrə 428,11 manat əsas borc, 285,83 manat faiz borcu, cəmi 714,14 manat borc, Cavabdeh xx.xx.2019-cu il tarixli 0003İ saylı kredit müqaviləsi üzrə 600 manat əsas borc, 418,60 manat faiz borc, cəmi 1018,60 manat borc və 37,32 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada xx.xx.2018-ci il tarixli 0002İ saylı kredit müqaviləsi üzrə 428,11 manat əsas borc, 285,83 manat faiz borcu olmaqla, cəmi 714,14 (yeddi yüz on dörd manat 14 qəpik) manat borc tutularaq, İddiaçı QSC-nin xeyrinə ödənilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 0003İ saylı kredit müqaviləsi üzrə 600 manat əsas borc, 418,60 manat faiz borcu olmaqla,cəmi 1018,60 (bir min on səkkiz manat 60 qəpik) manat borc tutularaq, İddiaçı QSC-nin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh və Zamin 37,32 (otuz yeddi manat 32 qəpik) manat dövlət rüsumu tutularaq, İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-6222/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6222/2022
27.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver