Məhkəmə qərarları › İş №e-2(004)-624/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-624/2024

09.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-624/2024 09.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Aaaf-İnşaat MMC-yə, Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Aaaf-İnşaat MMC-yə, Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə hazırlıq iclası 09 yanvar 2024-cü il tarixə, saat 09:30-a təyin edilmişdir. 30 dekabr 2023-cü il tarixdə iddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin əsllərinin, AR Mülki Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən ödənilmiş 122 manat məbləğində dövlət rüsumunun və 0.40 manat məbləğində xidmət haqqının iddiaçıya geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarının 9.1-ci bəndinə əsasən cavabdehin işə baxılmasını tələb etməsi onun məhkəməyə yazdığı ərizə ilə və yaxud məhkəmə iclas protokoluna imza edilməklə rəsmiləşdirilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC tərəfindən iddia ərizəsinin qaytarılması barədə ərizə verildiyindən iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Aaaf-İnşaat MMC-yə, Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası-X1 vasitəsilə ilə dövlət rüsumu kimi ödənilmiş 122 manat məbləğində pul və 0.40 manat məbləğində xidmət haqqı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən "xxxx" ASC-yə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5, 259, 263, 264,268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Aaaf-İnşaat MMC-yə, Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası-X1 vasitəsilə ilə vasitəsi ilə dövlət rüsumu kimi ödənilmiş 122 və manat pul və 0.40 manat məbləğində xidmət haqqı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən "xxxx" ASC-yə qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar