Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6295/2024 28.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh (X1 qanun üzrə vərəsəsi) 01 dekabr 2022-ci il tarixli, YSNPU07854 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 2908,8 manat, faiz borcuna görə 118,65 manat, cərimə borcuna görə 344,59 manat olmaqla, cəmi 3372,04 manat məbləğində pulun və 54 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı – İddiaçı ASC-nin Şirvan filialı ilə borclu X3 arasında bağlanmış 01 dekabr 2022-ci il tarixli, YSNPU07854 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 14 % olmaqla 36 ay müddətinə 4800 manat məbləğində cavabdehə kredit verilmişdir. Tərəflər arasında bağlanmış 01 dekabr 2022-ci il tarixli, YSNPU-07854 saylı kredit müqaviləsinə görə, cavabdeh öhdəliklərini vaxtı vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən 01 Dekabr 2022-ci il tarixli, YSNPU- 07854 saylı kredit müqaviləsi üzrə borcun məbləği əsas borcuna görə 2908,8 manat, faiz borcuna görə 118,65 manat, cərimə borcuna görə 344,59 manat olmaqla, cəmi 3372,04 manat təşkil edir. Yasamal Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli Ölüm haqqında şəhadətnaməsinə əsasən, X3 xx.xx.2024-cü ildə vəfat etmişdir. Hal-hazırda Bank Azərbaycan Respublikası MM-nin 1306.1. madddəsinə (vərəsələrin kreditorlar qarşısında məsuliyyəti) əsaslanaraq, borclu X1 xx.xx.2024-cü ildə vəfat etdiyini nəzərə alaraq, onun yuxarıda adı çəkilən 01 dekabr 2022-ci il tarixli, YSNPU-07854 saylı kredit müqaviləsinə görə borcunu onun qanun üzrə 1-ci dərəcəli vərəsəsindən tələb edir. 7 saylı Bakı Asan Xidmət Mərkəzində notariat ofisinin sorğularına verdiyi xx.xx.2024-cü il tarixli 1995 saylı cavab məktubu ilə xx.xx.2024-cü il tarixli 2V-425 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surəti göndərilmişdir. xx.xx.2024-cü il tarixli 2V-425 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən borclunun qanun üzrə vərəsəsi - Cavabdehdur. Bu səbəbdən 01 dekabr 2022-ci il tarixli, YSNPU-07854 saylı kredit müqaviləsüi üzrə qalıq borc tam şəkildə X1 qanun üzrə vərəsəsi - Cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə X3 arasında bağlanmış 01 dekabr 2022-ci il tarixli, YSNPU07854 saylı Kredit müqaviləsindən görünür ki, bank trəfindən kredit alana illik faiz dərəcəsi 14 % olmaqla 36 ay müddətinə 4800 manat məbləğində kredit vermişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X1 01 dekabr 2022-ci il tarixli, YSNPU07854 saylı Kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 25 noyabr 2024-cü il tarixə 2908,8 manat əsas, 118,65 manat faiz, 344,59 manat cərimə borcu olmaqla, cəmi 3372,04 manat borcu yaranmışdır. İş materiallarına olan Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2024-cü il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, Reyestrdə 2V-425 nömrə ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X1 vərəsəsi oğlu Cavabdehdur və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən Miras əmlak "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubuna əsasən mərhum X2 məxsus xx.xx.2024-cü il tarixə qalığı 12578,77 manat olan ******************** nömrəli və digər cari hesablardan ibarətdir. İş materiallarında olan İddiaçı ASC-nin X1 vərəsəsi Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda borclunun vərəsəsi olaraq İddiaçı ASC ilə X3 arasında bağlanmış 01 dekabr 2022-ci il tarixli, YSNPU07854 saylı Kredit müqaviləsi üzrə yaranmış borcu ödəməsi, əks təqdirdə bank tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 54 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli qərarında göstərilir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. Qanunvericiliyin tələbinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, İddiaçı ASC ilə X3 arasında bağlanmış 01 dekabr 2022-ci il tarixli, YSNPU07854 saylı Kredit müqaviləsindən görünür ki, bank trəfindən kredit alana illik faiz dərəcəsi 14 % olmaqla 36 ay müddətinə 4800 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürmüşdür. X3 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Cavabdeh anası X1 qanun üzrə vərəsəsi olaraq ondan miras qalmış əmlakı qəbul etməklə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Şəhadətnamə verilən Miras əmlak "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubuna əsasən mərhum X2 məxsus xx.xx.2024-cü il tarixə qalığı 12578,77 manat olan ******************** nömrəli və digər cari hesablardan ibarətdir. Qanunvericiliyin tələbinə görə Cavabdeh X1 vərəsəsi olaraq onun kreditoru olan İddiaçı ASC-yə olan borcunu alınmış aktivdə özünün payına mütənasib surətdə ödəməli olduğu halda, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu qaytarmamışdır. Nəticədə həmin müqavilə üzrə cavabdehin banka 25 noyabr 2024-cü il tarixə 2908,8 manat əsas, 118,65 manat faiz, 344,59 manat cərimə borcu olmaqla, cəmi 3372,04 manat borcu yaranmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə etiraz təqdim etsə də, məhkəmə hesab edir ki, etiraz əsassızdır. İş materialları ilə də təsdiq olunur ki, Cavabdeh X1 vərəsəsi olaraq mərhumun miras əmlakını qəbul etmişdir. Bu baxımdan vərəsə Cavabdeh miras qoyan X1 kreditorlarının mənafelərini alınmış aktivdə payına mütənasib surətdə borclu kimi tam ödəməyə borcludur. Qeyd edilməlidir ki, sübuta ehtiyacı olmayan haldır ki, miras əmlakın dəyəri ümumi borcdan, yəni 3372,04 manatdan artıqdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas və faiz borcun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə, iddianın cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, 01 dekabr 2022-ci il tarixli, YSNPU07854 saylı kredit müqaviləsi üzrə hesablanmış 344,59 manat cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 50 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı, cavabdehdən iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2908,8 (iki min doqquz yüz səkkiz manat səksən qəpik) manat əsas, 118,65 (yüz on səkkiz manat altmış beş qəpik) manat faiz borcu, 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 3077,45 (üç min yetmiş yeddi manat qırx beş qəpik) manat borc pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 54 (əlli dörd) manat pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 284-5.3, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2908,8 (iki min doqquz yüz səkkiz manat səksən qəpik) manat əsas, 118,65 (bir yüz on səkkiz manat altmış beş qəpik) manat faiz borcu, 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 3077,45 (üç min yetmiş yeddi manat qırx beş qəpik) manat borc pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 54 (əlli dörd) manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-6295/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6295/2024
28.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver