Məhkəmə qərarları › İş №e-2(004)-631/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-631/2024

22.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-631/2024 22.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, İmanzadə Ziya Yadigar oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 04 aprel 2023-cü il tarixli 340831-CNS-43863 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 10.545,04 (on min beş yüz qırx beş, 04) manat məbləğində əsas borc, 321,54 (üç yüz iyirmi bir, 54) manat məbləğində faiz borcu, 59,00 (əlli doqquz, 00) manat məbləğində cərimə, ümumilikdə isə 10.925,58 (on min doqquz yüz iyirmi beş, 58) manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 122,78 (bir yüz iyirmi iki, 78) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında bağlanmış 04 aprel 2023-cü il tarixli 340831-CNS-43863 saylı“ Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli 340831- CNS-39641 saylı kredit müqaviləsi üzrə Banka xx.xx.2023-cü il tarixə mövcud olan borcu kapitallaşdırılmış və o, 10.545,04 (on min beş yüz qırx beş, 04) manat məbləğində borcu illik 11 (on bir) faiz hesablanması şərti ilə 59 (əlli doqquz) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2023-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 10.545,04 (on min beş yüz qırx beş, 04) manat məbləğində əsas borc, 321,54 (üç yüz iyirmi bir, 54) manat məbləğində faiz borcu, 59,00 (əlli doqquz, 00) manat məbləğində cərimə, ümumilikdə isə 10.925,58 (on min doqquz yüz iyirmi beş, 58) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. Daha sonra İddiaçı iddia tələbini həcminin azaldılmasına dair məhkəməyə ərizə verərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 04 aprel 2023-cü il tarixli 340831- CNS-43863 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi"nə əsasən xx.xx.2024-cü il tarixə banka borclu olduğu 10.266,58 (on min iki yüz altmış altı, 58) manat məbləğində əsas borc, 59,00 (əlli doqquz, 00) manat məbləğində cərimə, ümumilikdə isə 10.325,58 (on min üç yüz iyirmi beş, 58) manat məbləğində pulun və ödənilmiş 122,78 (bir yüz iyirmi iki, 78) manat dövlət rüsumunun Cavabdeh tutularaq “Bank VTB (Azərbaycan)" ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Bank "BTB” Açıq Səhmdar Cəmiyyəti tərəfindən AZEMİS vasitəsilə ərizə ilə müraciət edərək, işə səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan cavabdeh banka ərizə ilə müraciət edərək, onunla bank arasında bağlanmış xx.xx.2022-ci il tarixli 340831-CNS-39641 müqavilə üzrə xx.xx.2023-cü il tarixə banka olan borcunun kapitallaşdırılaraq ödənilməsi məqsədilə yeni müqavilənin bağlanmasını xahiş etmişdir. İş materiallarında olan Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 04 aprel 2023-cü il tarixli, 340831-CNS-43863 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən müqavilə bağlanmış və müqaviləyə əsasən 59 ay müddətinə illik 11% ödəmək şərti ilə 10545,04 (on min beş yüz qırx beş manat dörd qəpik) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş arayışdan görünür ki, xx.xx.2024-cü il tarixinə cavabdehin xx.xx.2023-cü il tarixli 340831-CNS-43863 saylı müqavilə üzrə əsas borcu 10266,58 manat, cərimə borcu 59 manat olmaqla, ümumilikdə 10325,58 manat təşkil edir. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-ci il bildirişdən müəyyən olunur ki, cavabdehə müqavilə üzrə öhdəliklərin icra edilməsi üçün 3 (üç) gün vaxt verilmiş və bu müddət ərzində öhdəliklər icra edilmədiyi halda, pul tələblərinin ödənilməsi üçün qanunvericiliyə uyğun tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı Bank VTB (Azərbaycan) ASC müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 122,78 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, kredit üzrə Cavabdeh tərəfindən 600 manat ödəniş edilmişdir. Qeyd olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı Bank VTB (Azərbaycan) ASC-dən aldığı kredit vəsaitini müvafiq müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 122,78 manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh 10.266,58 (on min iki yüz altmış altı manat əlli səkkiz qəpik) manat əsas borc, 59 (əlli doqquz) manat cərimə olmaqla, cəmi 10325,58 (on min üç yüz iyirmi beş manat əlli səkkiz qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olan 122,78 (yüz iyirmi iki manat yetmiş səkkiz qəpik) manat iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 04 aprel 2023-cü il tarixli 340831-CNS-43863 saylı kredit müqaviləsi üzrə 10266,58 manat (on min iki yüz altmış altı manat əlli səkkiz qəpik) manat məbləğində əsas borc, 59 (əlli doqquz) manat məbləğində cərimə olmaqla, 10325,58 (on min üç yüz iyirmi beş manat əlli səkkiz qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olan 122,78 (yüz iyirmi iki manat yetmiş səkkiz qəpik) manat pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar