Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-6356/2022 13.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızı, iddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh Akif qızına qarşı “pul” tələbinə dair mülki işə kiçik iddia üzrə (sadələşdirilmiş icraat üzrə) icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Azərbaycan” QSC Cavabdeh Akif qızına qarşı “pul” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixli müqavilə üzrə Cavabdeh Akif qızından əsas borc məbləği üzrə 129,19 manat, hesablanmış və ödənilməmiş faiz borcu üzrə 14,73 manat, cərimə borcu üzrə 8,85 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə yaranmış borca görə 4 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərclərinə görə 1,50 manat olmaqla, cəmi 158,27 manat məbləğində borcun və ərizə verilməsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun «X1 Azərbaycan» QSC-nin хeyrinə tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixdə «X1 Azərbaycan» QSC və Cavabdeh arasında “Bank hesabı, debet kart, kredit kart və zaminlik haqqında” qarışıq müqavilə bağlanmışdır. Müqaviləsinin 4.26-cı maddəsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 400 manat məbləğində kredit kartı limiti ayrılmışdır. «X1 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, o, öhdəliyini icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. Cavabdehin həmin müqaviləyə əsasən «X1 Azərbaycan» QSC-yə 129,19 manat əsas borcu, 14,73 manat faiz borcu, 8,85 manat cərimə borcu, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 4 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üçün poçt xərclərinə görə 1,50 manat, ümumilikdə isə 158,27 manat borcu yaranmışdır. Həmçinin qeyd edilmişdir ki, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh banka sonuncu kredit ödənişləri xx.xx.2022-ci il tarixində 50 manat və xx.xx.2022-ci il tarixində 20 manat məbləğlərində olmuşdur. Daha sonra iddiaçı “X1 Azərbaycan” QSC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, mülki iş üzrə Cavabdeh Akif qızı iddia ərizəsində qeyd edilən borc məbləğini tam ödəmişdir. Bu səbəbdən iddia tələbindən imtina edir və mülki işə xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə mülki iş materiallarını və iddiaçının imtina ərizəsini nəzərdən keçirib hesab edir ki, iddiaçının iddia tələbindən imtinası təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa mülki iş üzrə icraata xitam verilə bilər. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Beləliklə məhkəmə analoji münasibətləri tənzimləyən qeyd olunan normaları tətbiq edərək hesab edir ki, iddiaçının iddiadan imtinaya dair məhkəməyə verdiyi ərizəsi təsdiq edilməli və bununla da iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.1, 262.4, 262.5-ci, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh Akif qızına qarşı “pul” tələbinə dair mülki işin icraatına iddiaçının iddiadan imtina etməsi əsası ilə xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddiaçı “X1 Azərbaycan” QSC tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən işə baxan Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-6356/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-6356/2022
13.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver