Məhkəmə qərarları › İş №e-2(004)-6421/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6421/2025

25.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6421/2025 25.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "kredit müqaviləsi üzrə pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 06 may 2022-ci il tariхli, 103804- 218795\3 nömrəli krеdit müqaviləsi üzrə 857,03 manat məbləğində əsas bоrc və 1.07 manat faiz borcu оlmaqla, ümumilikdə 858,10 (səkkiz yüz əlli səkkiz manat, on qəpik) manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı ASC ilə X3 arasında bağlanmış 06 may 2022-ci il tariхli, 103804-218795\3 nömrəli krеdit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 20.5% dərəcəsi ilə 3500 (üç min beş yüz) manat məbləğində krеdit vеrilmişdir. X3 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. X1 vərəsələrinin olub-olmaması araşdırılarkən məlum olmuşdur ki, X2 dair xx.xx.2024-cü il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində vərəsəlik işi açılmışdır. Bundan sonra 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinə vəkil sorğusu verilmiş və sorğu nəticəsində müəyyən edilmişdir ki, X1 vərəsəsi kimi Cavabdeh tanınmış və bu barədə xx.xx.2025 və xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələr verilmişdir. Həmin Şəhadətnamələrə əsasən Cavabdeh miras əmlaklardan tam hissədə pay almışdır. Bundan sonra X1 vərəsəsi olaraq, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Cavabdeh xəbərdarlıq məktubu göndərilmiş, lakin Banka olan borc ödənilməmişdir. 01 oktyabr 2025-ci il tarixinə kredit müqaviləsi üzrə 857,03 manat məbləğində əsas bоrc və 1,07 manat faiz borcu оlmaqla, ümumilikdə 858,10 (səkkiz yüz əlli səkkiz manat on qəpik) manat məbləğində kredit bоrcu yaranmışdır. Krеdit müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, lakin iddiaçı məhkəməyə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq, iddianı müdafiə etdiyini bildirmiş, İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: "xxxx" ASC (bank) ilə X3 (borcalan) arasında bağlanmış 06 may 2022-ci il tariхli, 103804-218795/3 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, bank borcluya 36 ay müddətinə, illik 20.5% dərəcəsi ilə 3500 (üç min beş yüz) manat məbləğində şəxsi istehlak məqsədi ilə kredit verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Banka” qaytarmağı öhdəsinə götürmüşdür. 06 may 2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, "xxxx" ASC tərəfindən 3500 manat məbləğində kredit X2 verilmiş, o da öz növbəsində həmin məbləği qəbul edərək oderi imzalamışdır. Bakı şəhəri Yasamal rayon VVAQ şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 460648 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində qaraciyər hüceyrəli xərçəng səbəbindən vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1374 nömrə ilə qeyd edilmişdir. 3 saylı Bakı "Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən Ağsu Rayon Vəkil Bürosunun vəkili Nümayəndə ünvanlanmış 1491 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, "Elektron notariat” informasiya sistemində aparılmış yoxlama nəticəsində sözügedən şəxsin ölümü ilə əlaqədar 3 saylı Bakı "ASAN xidmət Mərkəzindəki notariat ofisində xx.xx.2024-cü il tarixdə vərəsəlik işi açılmış və xx.xx.2025ci il və xx.xx.2025-ci il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında" şəhadətnamələrin verildiyi müəyyən edilmişdir. Həmin vərəsəlik hüququ haqqında şəhadətnamələrin surəti ona göndərilmişdir. Həmin məktuba əlavə edilmiş: 3 saylı Bakı "Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli, reyestrdə 2V-176 nömrəsi ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən gönür ki, xx.xx.2024-cü il tarixində vəfat etmiş X1 vərəsəsi oğlu - Cavabdehdur və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nın yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə X2 verilmiş **********42-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən mənzilin mərhuma məxsus 1 otaq hissəsindən ibarətdir. 3 saylı Bakı "Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli, reyestrdə 2V-205 nömrəsi ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən gönür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X1 vərəsəsi oğlu Cavabdehdur və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-29-59/2-1866/2025 saylı cavab məktubuna əsasən mərhum - X1 vəfatı ilə əlaqədar onun vərəsəsinə ödəniləcək vəsait orta aylıq əmək haqqının üç misli miqdarında müavinət 2392.23 ( iki min üç yüz doxsan iki manat 23 qəpik) manat, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət xx.xx.2024-xx.xx.2024-cü il tarixli (SN 00008 nömrəli 0678496) xəstəlik vərəqəsi üzrə 533.45 (beş yüz otuz üç manat 45 qəpik) manat və xx.xx.2024-xx.xx.2024-cü il tarixli (SN 00008 nömrəli 0729006) xəstəlik vərəqəsi üzrə 107.60 (bir yüz yeddi manat 60 qəpik) manat pul məbləğindən ibarətdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" ASC ilə X3 arasında bağlanmış 06 may 2022-ci il tariхli, 103804-218795/3 nömrəli kredit müqaviləsi üzrə borclananın banka 857,03 (səkkiz yüz əlli yeddi manat üç qəpik) manat məbləğində əsas, 1,07 (bir manat yeddi qəpik) manat məbləğində faiz borcu, cəmi 858,10 (səkkiz yüz əlli səkkiz manat, on qəpik) manat borcu vardır və kredit müqaviləsi üzrə gecikmə 329 gün təşkil edir. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan və və ona əlavə olunmuş qaimədən görünür ki, bank tərəfindən Cavabdeh 7 (yeddi) gün müddətində borcun ödənilməsi, əks təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. “GARANT POST” sürətli poçt daşıma xidmətinin (270275) nömrəli qaiməsinin surətindən görünür ki, həqiqətən də “GARANT POST” tərəfindən “azari express” sürətli poçt xidməti vasitəsilə (270275) nömrəli qaimə ünvan 3 ünvanına Cavabdeh adına məktub göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, borcalan kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, müqavilə üzrə kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Kredit alan X3 xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Borcalan X1 vərəsələrinin müraciəti əsasında xx.xx.2024-cü il tarixdə V- 165/2024 nömrəli vərəsəlik işi açılmış, vərəsələr dairəsi müəyyən edilmiş, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində Cavabdeh "Qanun üzrə vərəsəlik hüququ haqqında" şəhadətnamələr verilmişdir. Qanunvericiliyin tələbinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Lakin borclunun vərəsəsi miras payını qəbul etsə də, banka olan kredit borcunu ödəməkdən yayınmışdır. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borcun ödənilməsini kredit alanın vərəsəsindən tələb etməkdə haqlıdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Eyni zamanda sübuta ehtiyacı olmayan haldır ki, miras kütləsinə daxil olan əmlakın dəyəri ümumi borcdan artıqdır. Cavabdeh isə borcun ödənilməsini təsdiq edən sübutlarlarını məhkəməyə təqdim etməmişdir. Həmçinin miras qoyanın borclarının mirasdan çox olması ilə bağlı sübutetmə yükünün üzərində olmasına baxmayaraq, qəbul etdiyi miras əmlakın dəyərinin mirasın passivindən az olmasına dair hər hansı sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh borcalanın hüquqi varisi olaraq bank qarşısında öhdəlikləri yarandığından, "xxxx" ASC (bank) ilə X3 (borcalan) arasında bağlanmış 06 may 2022-ci il tariхli, 103804-218795/3 saylı kredit müqaviləsi üzrə borcalanın 857,03 (səkkiz yüz əlli yeddi manat üç qəpik) manat məbləğində əsas, 1,07 (bir manat yeddi qəpik) manat məbləğində faiz borcunun cavabdehdən tutulmasına dair iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. AR Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 857,03 (səkkiz yüz əlli yeddi manat üç qəpik) manat əsas, 1,07 (bir manat yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 858,1 (səkkiz yüz əlli səkkiz manat on qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi - 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar