Məhkəmə qərarları › İş №e-2(004)-646/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-646/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-646/2025 03.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh (X3 qanun üzrə vərəsəsi) qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 vərəsəsi Cavabdeh (qanuni nümayəndəsi Niayeş Omid vasitəsi ilə) iddiaçı "xxxx" ASC-nin xeyrinə nağd kredit üzrə 1872.4 manat əsas borc olmaqla, cəmi 1872.4 manat və ödənilmiş 38.72 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X6 arasında xx.xx.2019-cu il tarixli BPM**********97 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X5 illik 28 %-lə, 60 ay müddətinə 2980 manat nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 228644 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X6 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 5 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş nömrəli məktubdan görünür ki, Cavabdeh 5 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən vərəsəlik işi açılmış və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın Gənclik filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, X3 xx.xx.2024cü ilədək Banka ödənilməmiş nağd kredit üzrə 1872.40 manat əsas borc olmaqla, cəmi 1872.4 manat borcu qalmışdır. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2-16832/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 elektron kabinet vasitəsilə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, iddiaçının iddia tələbinə iddia müddəti tətbiq edilməsini və iddia ərizəsinin bu əsasla da rədd olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, e-2(004)-646/2025 nömrəli iş üzrə iddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi üzrə qətnamə qəbul ediməsini xahiş etmişdir. Həmin tələb üzrə iddia müddəti ötürülmüşdür. Məlum olduğu kimi, "xxxx" ASC ilə cavabdehin anası X6 arasında xx.xx.2019-cu il tarixli BPM**********97 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X5 illik 28 %-lə, 60 ay müddətinə 2980 manat nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 228644 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X6 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Həmin Müqavilənin 3-cü bəndində Əlavə Şərtlər bölümünün 3.2-ci bəndində qeyd olunub ki, Tərəflər arasında münasibətlər bu xidmət müqaviləsi və bu xidmət müqaviləsinin ayrılmaz tərkib hissəsi olan “Fiziki şəxslərə Bank xidmətinin göstərilməsi üzrə Xidmət müqavilələrinin Standart Şərtləri (Bundan sonra Standart Şərtlər) ilə tənzimlənir. X9 Şərtlər bölümünün 3.3-cü bəndində qeyd olunub ki, “Müştəri bu “Xidmət müqaviləsi”ni, Bankın cari tariflərini və Standart Şərtləri” oxuduğunu, başa düşdüyünü və bütün bəndlər ilə tam razı olduğunu təsdiq edir. Və bu müqavilə şərtləri hər iki tərəfdən imzalanaraq tərəflər bu şərtlər əsasında razılığa gəliblər. Bank tərəfindən Standart müqavilə şərtləri sistemə yüklənilib və bu Standart müqavilə şərtlərinin tərəflər arasında imzalanmış müqavilə şərtlərinin ayrılmaz hissəsi olduğu nəzərdə tutulub. Standart müqavilə şərtlərinin 7-ci fəslində isə görünür ki, mərhum X3 ilə bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə mərhum X3 xx.xx.2021-ci ildə vəfat etməsi xitam olunur. Məhz həmin Belə ki, 7-ci fəslidə “DİGƏR STANDART ŞƏRTLƏR” başlığı ilə qeyd olunur ki, 1. Bu fəsildə qeyd edilmiş “Standart Şərtlər” Müştəri ilə imzalanacaq istənilən “Xidmət Müqaviləsi”nin tərkib hissəsidir və hər bir xidmət üzrə müvafiq “Xidmət Müqaviləsi” qüvvəyə mindiyi andan etibarən qüvvəyə minir və Tərəflər arasındakı müvafiq münasibətlərə şamil edilir. 2. “Xidmət Müqaviləsi”nin vaxtından əvvəl ləğv edilməsi və nəticələri 2.1. «Xidmət Müqaviləsi»nə aşağıdakı hallarda və qaydada vaxtından əvvəl xitam verilə bilər: 2.1.1. Tərəflərin qarşılıqlı razılığı əsasında; 2.1.2. Müştəri tərəfindən – yazılı ərizə ilə müraciəti əsasında, bir şərtlə ki, Müştərinin Bank qarşısında hazırki «Xidmət Müqaviləsi» üzrə təqdim olunan xidmətlər üzrə heç bir öhdəlik olmasın; 2.1.3. Bank tərəfindən – «Xidmət Müqaviləsi» üzrə təqdim olunan xidmətlərdən 1 (bir) il ərzində istifadə etmədiyi halda; məhkəmə qərarı əsasında; Müştəri vəfat etdikdə; Qeyd edilənlərə əsaslanaraq, tərəflər arasında bağlanmış olan xx.xx.2019-cu il tarixli müqavilə mərhum X3 xx.xx.2021-ci il tarixində vəfat etməsi tarixində xitam olunmuşdur. Müqavilənin xx.xx.2021ci il tarixində xitam olunması isə artıq 3 illik iddia müddətinin ötməsi səbəbinə əsas yaradır. Qeyd edilənlər əsasında hesab edirlər ki, iddiaçının iddia tələbi əsassız və qanunsuz olmaqla birlikdə həm də iddiaçı iddia müddətini də ötürmüşdür. Belə ki, X6 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Yəni onun vəfat etməsi ilə birlikdə iddiaçı ilə onun arasında bağlanmış Kredit müqaviləsinə, həmin Müqavilə, bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan “Fiziki şəxslərə Bank xidmətinin göstərilməsi üzrə Xidmət müqavilələrinin Standart Şərtləri”, Mülki Məcəllənin tələbləri əsasında xitam verilir və həmin Müqavilə üzrə borc tələb edilə bilən hala, başqa bir ifadə ilə vədəsi gəlir. Məlum olduğu kimi, müqavilə üzrə iddia müddəti 3 ildir. Bu müqavilə üzrə 3 illik iddia müddəti mərhum X3 vəfat etdiyi xx.xx.2021-ci il tarixindən işləməyə başlayır və xx.xx.2024-cü il tarixində sona çatır. İddiaçı isə Məhkəməyə xx.xx.2024-ci il tarixində, yəni 3 illik iddia müddətini ötürəndən sonra iddia ərizəsi ilə müraciət etmişdir. Bu durum iddiaçının bu iddia tələbi üzrə həm də iddia müddətini ötürdüyünü göstərir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının nümayəndəsi Nümayəndə4 elektron kabinet vasitəsilə məhkəməyə ərizə verərək, mülki iş üzrə baxış iclasının xx.xx.2025-ci il tarixə, saat 10:30-a təyin edildiyini, iş üzrə iddianı tam müdafiə etdiklərini, kredit müqaviləsinin xx.xx.2019-cu il tarixdə 60 ay müddətinə bağlandığını, həmin müddəti nəzərə alaraq müqavilənin müddətinin xx.xx.2024-cü il tarixdə bitdiyini və iddia müddətinin bundan sonrakı 3 il ərzində davam etdiyinin müəyyən edilməsini, iddia müddətinin xx.xx.2027-ci il tarixədək davam etdiyini, həmin vəsatətin əsassız olduğundan rədd edilməsini və qeyd edilənləri nəzərə alaraq iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 elektron kabinet vasitəsilə məhkəmə ərizə verərək, iş üzrə məhkəmənin iclasının xx.xx.2025-ci il tarixə, saat 10:30-a təyin edildiyini, həmin saatda başqa iclası olduğu üçün bu iclasın başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan "xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********97 nömrəli kredit müqaviləsinə əsasən borc verən "xxxx" ASC borcalan X5 60 ay müddətinə, illik 28% ödəmək şərtilə 2980 manat məbləğində kredit verməyi, borcalan isə həmin kreditdən şəxsi istehlak məqsədləri üçün istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən xx.xx.2019-cu il tarixli, BPM**********97 nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavə ilə borcalan X6 60 ay müddətinə, illik 28% ödəmək şərtilə 2980 manat məbləğində kredit götürmüş, hər ay ödəniş məbləği 92.8 manat təşkil edir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ İİ 228644 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X6 xx.xx.2021-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2231 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişə (pretenziya) əsasən "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin “Nərimanov" filialı ilə X6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********97 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 60 ay müddətinə, illik 28 faiz dərəcəsi hesablanmaqla 2980 manat məbləğində kredit verilmişdir. Elektron informasiya sistemindən əldə olunmuş çıxarışa əsasən X6 xx.xx.2021-ci il tarixində vəfat etmişdir. 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən təqdim edilmiş 151 saylı, xx.xx.2024-cü il tarixli məktubuna əsasən X1 Şahnisə Tahir qızının vərəsəsi olduğu müəyyən edilmişdir. Qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tərəfindən ödənilməmişdir. Bankın məsul əməkdaşlarının borcun qaytarılması ilə bağlı müraciətlər etməsinə baxmayaraq, üzərinə düşən öhdəliyin tam icra olunmasında heç bir müsbət nəticə əldə olunmamışdır. Qeyd edilən xx.xx.2019cu il tarixli, BPM**********97 nömrəli kredit müqaviləsinə əsasən X3 vərəsəsi Cavabdeh müqavilə üzrə əsas borca görə 1872.4 manat və buna müvafiq olaraq hesablanmış faiz borclarının mövcud olduğu, kredit müqaviləsi üzrə yaranmış öhdəliyini tam olaraq 5 gün müddətində yerinə yetirməyi təklif etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Poçt göndərişinə əsasən Cavabdeh Omid qızına bildiriş xx.xx.2024-cü il tarixdə göndərilmişdir. İş materiallarında olan maliyyə arayışına əsasən X3 "xxxx" ASC-yə xx.xx.2019-cu il tarixli, BPM**********97 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 1872.40 manat əsas borcu yaranmışdır. Sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə 185.92 manat məbləğində olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisinində təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.2021-ci il tarixdə ölmüş X3 vərəsəsi- Cavabdehdır. Verilən miras əmlak: "xxxx" KB ASC-nin xx.xx.2023-cü il tarixli, HTİD-OUT-00432-2023 nömrəli məktubuna əsasən; Hesab nömrəsi: AZ68UBAZ**********1010AZN001 - 16513,75 manat, Hesab nömrəsi: AZ14UBAZ**********1010AZN004 - 1.84 manat, Hesab nömrəsi: AZ32UBAZ**********010AZN001 - 3.09 manat, Hesab nömrəsi: AZ12UBAZ**********1010AZN001 - 0.33 manat. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzdində fəaliyyət göstərən Məhkəmə Ekspertiza Mərkəzinin 9/1595/2025 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********97 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq cavabdeh X3 iddiaçı "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixə olan əsas borcu 1.871,14 manat məbləğində müəyyən edilir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əsasən,müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307.1-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia müddəti ilə bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, "xxxx" ASC ilə X6 arasında xx.xx.2019-cu il tarixdə BPM**********97 nömrəli kredit müqaviləsi bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. X6 xx.xx.2021-ci il tarixdə ölmüşdür və qızı (cavabdeh) Cavabdeh xx.xx.2023-cü il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinində təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında onun vərəsəsi müəyyən edilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürülsə də, bu öhdəlik lazımınca icra edilməmişdir. Öhdəliyin lazımınca icra edilməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Hazırda iddiaçı 1872.4 manat məbləğində kredit bоrcunun, 38.72 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının cavabdeh X3 vərəsəsi Cavabdeh tutularaq ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfin vəsatəti üzrə məhkəmə iş üzrə tam və obyektiv nəticəyə gəlinməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Ekspert rəyinə əsasən cavabdeh X3 xx.xx.2019-cu il tarixli, BPM**********97 nömrəli kredit müqaviləsi üzrə iddiaçı "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixə olan əsas borcu 1.871,14 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borc hissəsində ekspert rəyində göstərilən məbləğdə, yəni 1871.14 manat məbləğində təmin olunmalıdır. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə qeyd edir ki, xx.xx.2019-cu il tarixli, BPM**********97 nömrəli müqavilə 60 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixə qədər bağlanmışdır. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Göründüyü kimi, qanunvericiliyin mənasına görə iddia müddətinin axımı xx.xx.2024-cü il tarixdən başlanılır. Bundan başqa, iş materiallarına əsasən müəyyən olunur ki, həmin müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 185.92 manat məbləğində ödəniş edilmişdir. Mülki Məcəllənin 380ci maddəsinə əsasən borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir və fasilədən sonra iddia müddəti yenidən başlanır. Beləliklə, iddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətini ötürməmişdir. Məhkəmə iddiaçının 38.72 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqının cavabdehdən tutularaq ona ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 38.72 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı, bundan başqa 100 manat məbləğində məhkəmə-mühasibatlıq ekspertizası xərci cavabdehə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh (X3 qanun üzrə vərəsəsi) 1871.14 manat və dövlət rüsumu və bank xidmət haqqı olaraq ödənilmiş 39.12 manat məbləğində pul tutularaq iddiaçı “Azərbaycan Beynəlxalq Bankı ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (X3 qanun üzrə vərəsəsi) 1871.14 (bir min səkkiz yüz yetmiş bir manat on dörd qəpik) manat və dövlət rüsumu və bank xidmət haqqı olaraq ödənilmiş 39.12 (otuz doqquz manat on iki qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı 100 (bir yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO********************44, S.W.İ.F.T. BİK: CTREAZ22, MEM VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar