Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-6489/2020 15.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon məhkəməsinin hakimi Xəlilova Təhminə Cəmil qızı, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kiçik iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC-nin ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Azərbaycan Respublikası MPM-nin 4-cü fəslinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 40.1.-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 40.2.-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. İddiaçı Yasamal rayon Məhkəməsinə müraciət etməsini tərəflər arasında bağlanmış müqavilənin 5.4 və 5.5-ci bəndləri ilə əsaslandırmışdır. Müqavilənin 5.4-cü bəndinə əsasən bu müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq Bakı şəhəri məhkəmələri vasitəsilə həll ediləcəkdir. Müqavilənin 5.5-ci bəndinə əsasən mübahisə iddiaçının fəaliyyət göstərdiyi rayonun məhkəməsinə verilə bilər. İddiaçı hal-hazırda Bakı şəhəri Yasamal rayon ərazisində fəaliyyət göstərməsinə dair sübutu iddia ərizəsinə əlavə etməmişdir. Eyni zamanda müqavilədən görünür ki, mübahisələrin ərazi aidiyyəti barədə razılaşma məcburi xarakter daşımır. Bundan başqa tərəflər arasında bağlanılmış müqavilədə iddiaçının ünvanı ünvan 1 kimi qeyd edilmişdir. İddia ərizəsinə əlavə edilmiş dövlət reyestindən çıxarışdanda görünür ki, İddiaçı MMC-nin hüquqi ünvanı Sumqayıt şəhərində yerləşir. Bundan əlavə iddia ərizəsindən görünür ki, cavabdehlər Şəki rayonunda qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4.2-ci maddəsinə əsasən 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Hesab edirəm ki, ərizəyə aidiyyəti üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsində baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 108, 263-264, 266-268, 284-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı MMC-nin ərizəsinin qəbul edilməsindən imtina edilsin. İzah edilsin ki, iddiaçı hazırki ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə və ya Şəki rayon Məhkəməsinə müraciət etməlidir. Qərardaddan şikayət verilə bilməz. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №e-2(004)-6489/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-6489/2020
15.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver