Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-652/2024 17.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı bank olmayan kredit təşkilatı (BOKT) İddiaçı cavabdehlər Cavabdeh və Zamin qarşı «kreditin, faiz borcunun, cərimə borcunun və ödənilmiş dövlət rüsumunun ödənilməsi» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı bank olmayan kredit təşkilatı (BOKT) İddiaçı cavabdehlər Cavabdeh və Zamin qarşı «kreditin, faiz borcunun, cərimə borcunun və ödənilmiş dövlət rüsumunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bank olmayan kredit təşkilatı (BOKT) İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 102 İM nömrəli kredit müqaviləsinə əsasən borcluya 12 ay müddətinə, illik 35 % olmaqla 5300 (beş min üç yüz ) manat məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq Zamin ilə 102 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər müqavilənin şərtilərini pozaraq dövri olaraq ödəməli olduğu məbləğə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişlər. Nəticədə cavabdehlərin müqavilə üzrə bank olmayan kredit təşkilatı (BOKT) İddiaçınə 5300 (beş min üç yüz) manat məbləğində əsas borc, 876,22 (səkkiz yüz yetmiş altı manat iyirmi iki qəpik) manat hesablanmış faiz, 563,84 (beş yüz altmış üç manat səksən dörd qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 6740,06 (altı min yeddi yüz qırx manat altı qəpik) manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 5300 (beş min üç yüz) manat əsas 876,22 (səkkiz yüz yetmiş altı manat iyirmi iki qəpik) manat hesablanmış faiz, 563,84 (beş yüz altımış üç manat səksən dörd qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 6740,06 (altı min yeddi yüz qırx manat altı qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 87,80 (səksən yeddi manat səksən qəpik) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarında olan iddiaçı bank olmayan kredit təşkilatı (BOKT) İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 102 İM nömrəli kredit müqaviləsinə əsasən cavabdeh 12 ay müddətinə, illik 35 % olmaqla 5300 (beş min üç yüz) manat məbləğində pulu ödəməyi götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 102 nömrəli zaminlik müqaviləsinə əsasən müəyyən olunur ki, bank olmayan kredit təşkilatı (BOKT) İddiaçı ilə Zamin arasında əsas öhdəliyin təmini üsulu kimi zaminlik münasibətləri rəsmiləşdirilmiş, əsas müqavilə üzrə öhdəliyin təminatı tədbiri qismində zamin qismində Zamin məsuliyyəti üzərinə götürmüşdür. Müqavilə üzrə zamin əsas borclu ilə bərabər məsuliyyət daşıyır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, bank olmayan kredit təşkilatı (BOKT) İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 102 İM nömrəli kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh və Zamin bank olmayan kredit təşkilatı (BOKT) "xxxx" Məhdud Məsuliyyətli 5300 (beş min üç yüz) manat əsas, 876,22 (səkkiz yüz yetmiş altı manat iyirmi iki qəpik) manat hesablanmış faiz, 563,84 (beş yüz altımış üç manat səksən dörd qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 6740,06 (altı min yeddi yüz qırx manat altı qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan bank olmayan kredit təşkilatı (BOKT)»AzFinans Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh və Zamin ünvanladığı bildirişdən görünür ki, sonunculara borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, bank olmayan kredit təşkilatı (BOKT) İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 102 İM nömrəli kredit müqaviləsinə əsasən borcluya 12 ay müddətinə, illik 35 % olmaqla 5300 (beş min üç yüz ) manat məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zamini Zamin ilə 102 nömrəli Zaminlik müqaviləsi bağlanmışdır.Cavabdehlər müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu məbləğə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin müqavilə üzrə bank olmayan kredit təşkilatı (BOKT) İddiaçınə 5300 (beş min üç yüz) manat əsas, 876,22 (səkkiz yüz yetmiş altı manat iyirmi iki qəpik) manat hesablanmış faiz, 563,84 (beş yüz altımış üç manat səksən dörd qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 6740,06 (altı min yeddi yüz qırx manat altı qəpik) manat məbləğində borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (cəriməyə münasibətdə), 467-ci (cərimə məbləğinin məhkəmə tərəfindən azaldılmasına münasibətdə), 472 (zaminliyə münasibətdə), 739 (əsas borca münasibətdə) və 741-ci (faiz borcuna münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. MM-in 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-in 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-in 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Beləliklə, iş materiallarından görünür ki, kredit müqaviləsi üzrə “Borcalanlar” Cavabdeh və Zamin “Borcverən” bank olmayan kredit təşkilatı (BOKT) İddiaçı qarşısında öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdurlar. Nəticə etibarilə, MM-in 472, 462, 467, 739, 741-ci maddələrinin dispozisiya şərtləri sözügedən iddia tələbinin hüquqi və faktiki əsasları eynilik təşkil edir. Belə ki, “Borcverən” pul məbləğini “Borcalan”a ödəmiş, “Borcalan” isə həmin pul məbləğini faizlər ilə geri qaytarılması öhdəliyini icra etməməklə müqavilə öhdəliklərini pozmuşdur. Məhkəmə MM-in 467-ci maddəsinə əsasən, cərimə pulunu 563.84 manat məbləğində deyil, 500 (beş yüz) manat məbləğində tutmağı məqsədə müvafiq hesab edir. Məhkəmə mülki münasibətlərin sabitliyinin, inkişafının təmin edilməsi məqsədilə mülki hüquq subyektlərinin qanunvericiliyə, iradə sərbəstliyi əsasında bağladıqları müqavilə öhdəliklərinə hörmət ruhunda tərbiyələndirilməsini zəruri hesab edir. Cərimə pulunun 500 (beş yüz) manatdan aşağı məbləğdə müəyyən edilməsi bazar iqtisadiyyatının təşviq edilməsi, mövcud iqtisadi şərtlər, biznes maraqları nəzərə alınmaqla iddiaçı nöqteyi-nəzərdən, 500 (beş yüz) manatdan yuxarı məbləğdə müəyyənləşdirilməsi isə ümumi öhdəliyin həcmi, əhəmiyyəti nəzərə alınmaqla cavabdeh nöqteyi-nəzərdən məqsədə müvafiq hesab edilmir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdehlər tərəfindən iddia tələbinin təkzib edilməsi ilə bağlı sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 87,80 (səksən yeddi manat səksən qəpik) manat məhkəmə xərci cavabdehlərə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 5300 (beş min üç yüz) manat əsas, 876,22 (səkkiz yüz yetmiş altı manat iyirmi iki qəpik) manat hesablanmış faiz, 500 (beş yüz) manat cərimə borcu olmaqla ümumilikdə 6676,22 (altı min yeddi yüz qırx manat altı qəpik) manat və ödənilmiş 87,80 (səksən yeddi manat səksən qəpik) manat dövlət rüsumu alınaraq iddiaçı bank olmayan kredit təşkilatı (BOKT) İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı bank olmayan kredit təşkilatı (BOKT) İddiaçı cavabdehlər Cavabdeh və Zamin qarşı «kreditin, faiz borcunun, cərimə borcunun və ödənilmiş dövlət rüsumunun ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 5300 (beş min üç yüz) manat əsas, 876,22 (səkkiz yüz yetmiş altı manat iyirmi iki qəpik) manat hesablanmış faiz, 500 (beş yüz) manat cərimə borcu olmaqla ümumilikdə 6676,22 (altı min yeddi yüz qırx manat altı qəpik) manat və ödənilmiş 87,80 (səksən yeddi manat səksən qəpik) manat dövlət rüsumu alınaraq iddiaçı bank olmayan kredit təşkilatı (BOKT) İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-652/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-652/2024
17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver