Məhkəmə qərarları › İş №e-2(004)-655/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-655/2024

26.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-655/2024 26.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25 iyul 2022 il tariхli, 106804-821467/2 nömrəli kredit müqaviləsinə əsasən 8338,73 (səkkiz min üç yüz otuz səkkiz manat yetmiş üç qəpik) manat əsas, 850,95 (səkkiz yüz əlli manat doxsan beş qəpik) manat faiz olmaqla, ümumilikdə 9189,68 (doqquz min yüz səksən doqquz manat altmış səkkiz qəpik) manat pulun və ödənilmiş 112,30 (yüz on iki manat otuz qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh istehlak məqsədləri üçün illik 19,5% dərəcəsi ilə 48 ay müddətinə 10000 manat məbləğində kredit verilmiş və bununla bağlı 25 iyul 2022 il tariхli, 106804-821467/2 nömrəli kredit müqaviləsi bağlanılmışdır. Lakin, sözügedən müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə "xxxx" ASCyə 8338,73 (səkkiz min üç yüz otuz səkkiz manat yetmiş üç qəpik) manat əsas, 850,95 (səkkiz yüz əlli manat doxsan beş qəpik) manat faiz olmaqla, ümumilikdə 9189,68 (doqquz min yüz səksən doqquz manat altmış səkkiz qəpik) manat borcu yaranmışdır. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək iddiaçının iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddia tələbini qəbul etdiyini bildirmişdir. İş materiallarında olan 25 iyul 2022 il tariхli, 106804-821467/2 nömrəli kredit müqaviləsinə əsasən müəyyən olunur ki, "xxxx" ASC tərəfindən cavabdehə illik 19,5% dərəcəsi ilə 48 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il bildirişdən görünür ki, borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış 25 iyul 2022 il tariхli, 106804-821467/2 nömrəli kredit müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 (əsas borca münasibətdə) və 741-ci (faiz borcuna münasibətdə) maddələri çıxış edir. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Beləliklə, iş materiallarından görünür ki, kredit müqaviləsi üzrə “Borcalan” Cavabdeh “Borcverən” "xxxx" ASC qarşısında öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşlar. Nəticə etibarilə, tərəflər arasında bağlanmış 25 iyul 2022 il tariхli, 106804-821467/2 nömrəli kredit müqaviləsinin şərtləri və MM-in 739 və 741-ci maddələrinin dispozisiya şərtləri sözügedən iddia tələbinin hüquqi və faktiki əsasları eynilik təşkil edir. Belə ki, “Borcverən” pul məbləğini “Borcalan”a ödəmiş, “Borcalan” və zamin isə həmin pul məbləğini faizlər ilə geri qaytarılması öhdəliyini icra etməməklə müqavilə öhdəliklərini pozmuşlar. Məhkəmə ümumi borcun faiz hissəsi ilə bağlı münasibətlərin hüquqi əsası kimi MMin 385-ci maddəsinin çıxış etməsi mövqeyi ilə razı deyil. Belə ki, məhkəmə qeyd edir ki, Tərəflər arasında yaranmış müqavilə münasibətləri kredit (borc) münasibətləridir və həmin münasibətlər MM-in xüsusi hissəsinin müvafiq normaları ilə (Borc müqaviləsi) tənzimlənir. Məhz sözügedən bölmədə nəzərdə tutulmuş 741-ci maddə xüsusi norma kimi sırf borc üzrə faizlər ilə bağlı münasibətləri tənzimləmək üçün nəzərdə tutulduğundan xüsusi norma olduğu halda MM-in ümumi normalarına (385ci maddə) istinad edilməsinə hüquqi əsas yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh istehlak məqsədləri üçün illik 19,5% dərəcəsi ilə 48 ay müddətinə 10000 manat məbləğində kredit verilmiş və bununla bağlı 25 iyul 2022 il tariхli, 106804- 821467/2 nömrəli kredit müqaviləsi bağlanılmışdır. Lakin, sözügedən müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə "xxxx" ASC-yə 8338,73 (səkkiz min üç yüz otuz səkkiz manat yetmiş üç qəpik) manat əsas, 850,95 (səkkiz yüz əlli manat doxsan beş qəpik) manat faiz olmaqla, ümumilikdə 9189,68 (doqquz min yüz səksən doqquz manat altmış səkkiz qəpik) manat borcu yaranmışdır. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. İddia ərizəsində qeyd olunan xüsusatların cavabdeh tərəfindən qəbul edilməsi xüsusatı məhkəmə tərəfindən nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun məbləği 112,30 (yüz on iki manat otuz qəpik) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 8338,73 (səkkiz min üç yüz otuz səkkiz manat yetmiş üç qəpik) manat əsas, 850,95 (səkkiz yüz əlli manat doxsan beş qəpik) manat faiz olmaqla, ümumilikdə 9189,68 (doqquz min yüz səksən doqquz manat altmış səkkiz qəpik) manat pul və ödənilmiş 112,30 (yüz on iki manat otuz qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 8338,73 (səkkiz min üç yüz otuz səkkiz manat yetmiş üç qəpik) manat əsas, 850,95 (səkkiz yüz əlli manat doxsan beş qəpik) manat faiz olmaqla, ümumilikdə 9189,68 (doqquz min yüz səksən doqquz manat altmış səkkiz qəpik) manat pul və ödənilmiş 112,30 (yüz on iki manat otuz qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar