Məhkəmə qərarları › İş №e-2(004)-6639/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-6639/2024

20.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-6639/2024 20.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xudayev Kərim Bahəddin oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığından ərizə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Füzuli rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 136535 nömrəli Ölüm haqqında Şəhadətnamədən görünür ki, X2 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan “X5” MMC-nin direktoru X2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, “X5” MMC-nin hüquqşünası Nümayəndə şirkətin adından: bütün dövlət orqanlarında şirkəti təmsil etmək, müqavilələri imzalamaq, iddia ərizələrini imzalamaq; mübahisələrin məhkəməyə qədər qaydada (pretenziya qaydasında) nizama salınması üzrə tədbirlər görmək; mülki işlərin, kommersiya mübahisələrinə, inzibati mübahisələrə, inzibati xətalara dair işlərin həlli və cinayət işlərinin həlli üçün zəruri olan bütün prosessual hərəkətləri etmək, o cümlədən iddia tələblərindən tam və ya qismən imtina etmək; iddianın predmetini, əsasını və həcmini dəyişdirmək; məhkəmə aktlarından şikayət vermək və şikayətdən imtina etmək. Həmin işlər üzrə şirkəti birinci instansiya, apellyasiya və kassasiya instansiyası məhkəmələrində nümayəndə kimi birlikdə və ya ayrı-ayrılıqda təmsil etmək, sənədləri imzalamaq, şirkəti təmsil etmək səlahiyyəti etibar edilmişdir. Etibarnamədə etibarnamənin xx.xx.2025-ci il tarixədək qüvvədə olması qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.7-ci maddəsinə əsasən etibarnaməni etibarnamənin qüvvəsinə etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması nəticəsində xitam verilir. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən etibarnaməyə xitam verildikdə onun verildiyi şəxs və ya hüquq varisləri dərhal etibarnaməni qaytarmağa borcludurlar. Qeyd edilənlərə əsasən İddiaçı MMC-nin direktoru X2 tərəfindən İddiaçı MMC-nin hüquqşünası Nümayəndə verilmiş xx.xx.2024-cü il tarixli etibarnaməyə etibarnamədə etibarnamənin xx.xx.2025-ci il tarixədək qüvvədə olmasının qeyd edilməsinə baxmayaraq, X1 xx.xx.2020-ci il tarixdə ölməsi ilə xitam verilmişdir. Bu baxımdan qüvvədə olmayan etibarnamə əsasında “X5” MMC-nin işçisinin məhkəməyə verdiyi iddia icraata qəbul edilə bilməz və geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra–MPM) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi 152.4-cü maddə). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qanunvericiliyin yuxarıda qeyd edilən normalarına riayət edilmədiyi üçün İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263, 264- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar