Məhkəmə qərarları › İş №e-2(004)-676/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-676/2024

25.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-676/2024 25.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı LPO “NBCBANK" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iştirakı ilə, İddiaçı LPO “NBCBANK" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 Fəhruz qızı və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO “NBCBANK" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh3, Cavabdeh1 Fəhruz qızı və Cavabdeh2 qarşı "kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən cəmi 42533,14 (qırx iki min beş yüz otuz üç manat on dörd qəpik) manat borc olmaqla - bundan 28738,17 (iyirmi səkkiz min yeddi yüz otuz səkkiz manat on yeddi qəpik) manat əsas, 11337,40 (on bir min üç yüz otuz yeddi manat qırx qəpik) manat faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 2457,84 (iki min dörd yüz əlli yeddi manat səksən dörd qəpik) manat faiz borcu, iş üzrə ödənilmiş 218 (iki yüz on səkkiz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 87 (səksən yeddi) manat rüsumun cavabdehlər Cavabdeh3, Cavabdeh1 Fəhruz qızı və Cavabdeh2 müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 54.93 kv.m olan yaşayış sahəsinə yönəlməsini, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh3, Cavabdeh1 Fəhruz qızı və Cavabdeh2 müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 20 dekabr 2018-ci il tarixli 10/1654/DİK saylı Kredit müqaviləsinə əsasən borcalana 36 (otuz altı) ay müddətinə illik 23 (iyirmi üç) faiz dərəcəsi ilə 45000 (qırx beş min) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi xx.xx.2007-ci il tarixli MHseriyalı ******* nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 54.93 kv.m olan yaşayış sahəsi ipotekaya qoyulmuş və bu barədə Bank ilə ipoteka qoyan arasında 20 dekabr 2018-ci il tarixli İpoteka müqaviləsi bağlanmışdır. Borcalan Cavabdeh3 kredit verilərkən Cavabdeh2 və Cavabdeh1 Fəhruz qızı ilə Bank arasında 20 dekabr 2018-ci il tarixli dörd tərəfli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 3.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********043 saylı xx.xx.2023-cü il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixinə Cavabdeh3kredit üzrə cəmi borcu 42533,14 (qırx iki min beş yüz otuz üç manat on dörd qəpik) manat təşkil edir. Bundan 28738,17 (iyirmi səkkiz min yeddi yüz otuz səkkiz manat on yeddi qəpik) manat əsas, 11337,40 (on bir min üç yüz otuz yeddi manat qırx qəpik) manat faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün faiz məbləği 2457,84 (iki min dörd yüz əlli yeddi manat səksən dörd qəpik) manat borcu təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı LPO “NBCBANK" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X5 iddia tələbinə uyğun izahat verərək iddia tələbinin tam edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh3 AZEMİS vasitəsilə elektron formada ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının üzrlü səbəbdən təxirə salınmasını xahiş etmiş, lakin ərizədə göstərilənlərə dair hər hansı sübut təqdim etməmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “NBCBANK" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 20 dekabr 2018-ci il tarixli, 10/1654/DİK saylı əsas kredit müqaviləsinə əsasən “NBCBANK" ASC-nin “Əhmədli” filialı tərəfindən Cavabdeh3 36 ay müddətinə illik 23% dərəcəsi ilə 45000 manat məbləğində kredit verilmişdir. Kassa məxaric orderindən görünür ki, Cavabdeh3 45000 manat məbləğində krediti bankdan təhvil almışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 10/1654/DİK nömrəli ipoteka müqaviləsindən görünür ki, kredit müqavilələri üzrə pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh3 ilə “Bank” arasında xx.xx.2018-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ ilə X2 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzil Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ ilə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” ******* nömrəli Çıxarışdan görünür ki, X2 məxsus ünvan 1 ünvanında yerləşən mənzil “NBCBANK" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan “NBCBANK" ASC-nin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış məktubundan görünür ki, X2 məxsus ünvan 1 ünvanında yerləşən mənzil olan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması xahiş edilmişdir. İş materiallarında olan Cavabdeh3 tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli, notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, X2 məxsus ünvan 1 ünvanında yerləşən mənzilin “NBCBANK" ASC-yə ipotekaya qoyulmasına etiraz etmir. İpoteka müqaviləsinin şərtləri ilə tanışdır və bankda olan əsas, faiz və digər borclar ödənilmədiyi təqdirdə tutmanın məhkəməyə müraciət etmədən həmin əmlaka yönəldilməsinə razıdır və bu halda Bankın tələbinə əsasən əmlakı könüllü olaraq boşaltmağı öhdəsinə götürür. “NBCBANK" ASC ilə X4 və Cavabdeh1 Fəhruz qızı arasında bağlanmış 20 dekabr 2018-ci il tarixli 10/1654/DİK saylı zaminlik müqaviləsinə əsasən, X4 və Cavabdeh1 Fəhruz qızı bank qarşısında Cavabdeh3 20 dekabr 2018-ci il tarixli, 10/1654/DİK saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüş və müqavilə öhdəliklərin tam icra olunmasına qədər qüvvədədir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 218 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-676/2024 saylı qərardadına əsasən mülki iş üzrə məhkəmə məhkəmə-mühasibatlıq və əmlakın qiymətləndirilməsi ekspertizaları təyin edilmiş, iş rəy verilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş və mülki iş üzrə icraat rəy alınanadək dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/505 saylı ekspert rəyi xx.xx.2024-cü il tarixdə və 27 avqust 2024cü il tarixli 9/508-10/639 saylı ekspert rəyləri xx.xx.2024-cü il tarixində məhkəməyə daxil olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/505 saylı ekspert rəyinin nəticə hissəsindən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixə, yəni müqavilənin bitmə tarixinə 28536,41 (iyirmi səkkiz min beş yüz otuz altı manat qırx bir qəpik) manat əsas borc, 10378,87 (on min üç yüz yetmiş səkkiz manat səksən yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 38915,28 (otuz səkkiz min doqquz yüz on beş manat iyirmi səkkiz qəpik) manat; xx.xx.2023-cü il, yəni sualda göstərilən tarixə 28536,41 (iyirmi səkkiz min beş yüz otuz altı manat qırx bir qəpik) manat əsas borc, 10378,87 (on min üç yüz yetmiş səkkiz manat səksən yeddi qəpik) manat faiz borcu və gecikdirilmiş vaxt üçün 2441,45 (iki min dörd yüz qırx bir manat qırx beş qəpik) manat faiz borcu olmaqla, cəmi 41356,73 (qırx bir min üç yüz əlli altı manat yetmiş üç qəpik) manat borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 avqust 2024-cü il tarixli 9/508-10/639 saylı ekspert rəyinin tədqiqatının nəticə hissəsindən müəyyən olunur ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 124970 manat, 10% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən 112470 manat məbləğində təşkil edir. İşin faktiki hallarından görünür ki tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, 20 dekabr 2018-ci il tarixli, 10/1654/DİK saylı əsas kredit müqaviləsinə əsasən “NBCBANK" ASC-nin “Əhmədli” filialı tərəfindən Cavabdeh3 36 ay müddətinə 45000 manat məbləğində pul verilmiş, Cavabdeh3 isə həmin pulu müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə qaytarmağı öz öhdəsinə götürmüş, lakin müqavilənin şərtlərini pozaraq, həmin öhdəlikləri icra etməmişdir. Hazırda ekspert rəyi əsas götürülməklə məhkəmə hesab edir ki, əsas borc üzrə 28536,41 (iyirmi səkkiz min beş yüz otuz altı manat qırx bir qəpik) manat əsas borc, 10378,87 (on min üç yüz yetmiş səkkiz manat səksən yeddi qəpik) manat faiz borcu və gecikdirilmiş vaxt üçün 2441,45 (iki min dörd yüz qırx bir manat qırx beş qəpik) manat faiz borcu olmaqla, cəmi 41356,73 (qırx bir min üç yüz əlli altı manat yetmiş üç qəpik) manat Cavabdeh3 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə digər cavabdehlər, yəni zaminlər Cavabdeh1 Fəhruz qızı və Cavabdeh2 qarşı olan hissədə hesab edir ki, iddiaçı “NBCBANK" ASC ilə X4 və Cavabdeh1 Fəhruz qızı arasında bağlanmış 20 dekabr 2018-ci il tarixli 10/1654/DİK saylı zaminlik müqaviləsinin müddəti 20 dekabr 2021-ci il tarixdə bitmiş, lakin iddiaçı “NBCBANK" ASC iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə, yəni müqavilənin müddəti bitdikdən 2 il sonra məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı “NBCBANK" ASC zaminlər Cavabdeh1 Fəhruz qızı və Cavabdeh2 qarşı müqavilənin müddətinin bitdiyi tarixdən 1 il ərzində məhkəməyə müraciət etmədiyindən iddia tələbi zaminlər, yəni digər cavabdehlər Cavabdeh1 Fəhruz qızı və Cavabdeh2 qarşı kredit borcunun müştərək qaydada tutulması hissəsində əsassız olmaqla təmin edilməməlidir. Mülki Məcəllənin 470.1-ci və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər MM-də və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Həmçinin məhkəmə hesab edir ki, Cavabdeh3 tərəfindən kredit müqaviləsinin müddəti keçdikdən sonra borcun ödənilməsi gecikdirildiyindən və tərəflər arasında bağlanılmış müqavilələrin müddəti bitdikdən sonra əlavə faizlərin hesablanması müqavilədə nəzərdə tutulmadığından, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz hesabı ilə pul tələb etməyə haqlıdır. Məhkəmə eyni zamanda iddianın tələbin ipoteka predmeti olan əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbləri bu hissəsi də əsaslıdır. Bu səbəbdən iddia həmin hissəsi də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Bu Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Məhkəmə yuxarıda göstərilən qanunvericilik aktlarına və iş materiallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh3 tutulmalı olan borc ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməli, həmin əmlak ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılmalı, bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, “İpoteka haqqında” AR Qanununun tələblərinə görə ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə qətnaməsində müvafiq olaraq göstərilməlidir. Belə ki, “İpoteka haqqında” AR Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, həmin qiymət də qətnamədə göstərilməlidir. İş materiallarından göründüyü kimi xx.xx.2018-ci il tarixli 10/1654/DİK nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən mənzilin likvid dəyəri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 avqust 2024-cü il tarixli 9/508-10/639 saylı ekspert rəyinə əsasən 112470 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh tərəfin təqdim etdiyi "xxxx" MMC-nin 11 sentyabr 2024-cü il tarixli qiymətləndirmə hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin likvid dəyəri 136000 manat, bazar dəyəri 150000 manat təşkil edir. Məhkəmə qeyd edir ki, “İpoteka haqqında” AR Qanununa əsasən ipoteka predmetinin ilkin satış qiyməti deyəndə onun bazar dəyəri deyil, likvid dəyəri nəzərdə tutulur. “İpoteka haqqında” AR Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Məhkəmə qeyd edir ki, ipoteka müqaviləsi ilə ipoteka predmeti olan mənzilin bazar dəyəri müəyyən edilsə də, həmin müqavilədə əmlakın likvid dəyəri müəyyən edilməmişdir. Lakin iş üzrə təyin olunmuş əmtəəşünaslıq ekspertizasından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ipoteka predmetinin likvid dəyəri müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə ipoteka müqaviləsində qeyd olunan məbləğ mötəbər sübut kimi qəbul edilməməli və ipoteka predmetinin ilkin satış qiyməti mötəbər sübut Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza rəyinə əsasən müəyyən edilmiş əmlakın likvid dəyəri əsas tutulmaqla müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti (likvid dəyər) – 112470 manat nəzərə alınmaqla göstərilməlidir. “İpoteka haqqında” AR Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Məhkəmə hesab edir ki, ipoteka predmetinin satışından əldə olunacaq məbləğ borcun ödənilməsinə kifayət etməyəcəyi təqdirdə, ödənilməmiş qalan məbləğ ümumi qaydada icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh3 28536,41 (iyirmi səkkiz min beş yüz otuz altı manat qırx bir qəpik) manat əsas borc, 10378,87 (on min üç yüz yetmiş səkkiz manat səksən yeddi qəpik) manat faiz borcu və gecikdirilmiş vaxt üçün 2441,45 (iki min dörd yüz qırx bir manat qırx beş qəpik) manat faiz borcu, iş üzrə ödənilmiş 218 (iki yüz on səkkiz) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 87 (səksən yeddi) manat rüsum olmaqla, cəmi 41 661,73 (qırx bir min altı yüz altmış üç manat yetmiş üç qəpik) manat məbləğində pul iddiaçı LPO “NBCBANK" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulmalı, tutma ipoteka ilə yüklü edilmiş likvid qiyməti 112470 (yüz on iki min dörd yüz yetmiş) manat müəyyən edilməklə Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməli, mənzil açıq hərracdan satılması və ipoteka predmetinin satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədiyi halda ödənilməmiş qalan borc ümumi qaydada icra edilməli, iş üzrə təyin edilmiş ekspertiza xərcləri Cavabdeh3 aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh3 28536,41 (iyirmi səkkiz min beş yüz otuz altı manat qırx bir qəpik) manat əsas borc, 10378,87 (on min üç yüz yetmiş səkkiz manat səksən yeddi qəpik) manat faiz borcu və gecikdirilmiş vaxt üçün 2441,45 (iki min dörd yüz qırx bir manat qırx beş qəpik) manat faiz borcu, iş üzrə ödənilmiş 218 (iki yüz on səkkiz) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 87 (səksən yeddi) manat rüsum olmaqla, cəmi 41 661,73 (qırx bir min altı yüz altmış üç manat yetmiş üç qəpik) manat məbləğində pul iddiaçı LPO “NBCBANK" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulsun. Tutma ipoteka ilə yüklü edilmiş likvid qiyməti 112470 (yüz on iki min dörd yüz yetmiş) manat müəyyən edilməklə Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilsin, mənzil açıq hərracdan satılsın, ipoteka predmetinin satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədiyi halda ödənilməmiş qalan borc ümumi qaydada icra edilsin. Keçirilmiş ekspertiza xərclərinin əvəzi olan 200 (iki yüz) manat məbləğində pul Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFTBİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar