Məhkəmə qərarları › İş №e-2(004)-6780/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6780/2021

04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6780/2021 04.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Yelobank ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi "xxxx" ASC məhkəmə əmri haqqında ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh 2583,75 manat əsas, 893,65 manat faiz və 148,89 manat cərimə borcu olmaqla 3626,29 manat borcun, həmçinin ərizə verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun kreditor "xxxx" ASC-nin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27.10.2017-ci il tarixli 2(004)- 10022/2017 saylı əmri ilə borclu Cavabdeh 2583,75 manat əsas, 893,65 manat faiz və 148,89 manat cərimə borcu olmaqla 3626,29 manat borcun, həmçinin ərizə verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun tutulması əmr edilmişdir. Daha sonra borclu Cavabdeh əmrə etiraz verərək məhkəmə əmrini ləğv edilməsini, işin iddia icraatına keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6780/2021 saylı, 04.10.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27.10.2017-ci il tarixli 2(004)-10022/2017 saylı əmri ləğv edilmiş və məhkəmə əmrinin verilməsinə dair ərizə iddia icraatına keçirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 14.01.2015-ci il tarixli, 6—4-0-57-15 saylı müqaviləyə əsasən müəyyən olunur ki, "xxxx" ASC borcalana 24 ay müddətinə, illik 26% olmaqla, 5000 manat məbləğində kredit verməyi, borcalan isə krediti və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 14.01.2015-ci il tarixli, 6—4-0-57-15 saylı müqaviləyə 1 saylı əlavəyə əsasən müəyyən olunur ki, Cavabdeh 24 ay müddətinə, sonuncu ay 269,46 manat olmaqla, hər ay 269,37 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 14.01.2015-ci il tarixli kassa məxaric orderinə əsasən müəyyən olunur ki, Cavabdeh 5000 manat məbləğində pulu Nikail Bank ASC-dən almışdır. İş materiallarında olan 01.04.2016-cı il tarixli, 6—4-0-57-15 saylı14.01.2015-ci il tarixli müqaviləsinə əlavəyə əsasən müəyyən olunur ki, kreditin müqaviləsini şərtləri dəyişdirilərək 36 ay müddətə, 4.01.2018-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan 01.04.2016-cı il tarixli ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, cavabdeh 1-ci ay 205,77 manat olmaqla, hər ay 148,89 manat, sonuncu ay isə 148,97 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 11.10.2017-ci il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh 2583,75 manat əsas, 893,65 manat faiz və 148,89 manat cərimə borcu olmaqla 3626,29 manat məbləğində borcu vardır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2583,75 manat əsas, 893,65 manat faiz, 148,89 manat dəbbə pulu olmaqla, cəmi 3626,29 manat borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Yelobank ASC-yə, 10 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət nəfinə ödənilməlidir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdeh öhdəliklərini yerinə yetirməyərək borcunu ödəməmişdir. Məhkəmə, həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən hesab edir ki, 20 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddia əmr icraatı qaydasında verildiyindən 20 manat dövlət rüsumu ödənilmişdir. Lakin, sonradan cavabdehin ərizəsinə uyğun olaraq iddia icraatına keçirilmiş və iddia məbləği 500 manatdan yuxarı olduğu üçün ödənilməli olan 30 manat dövlət rüsumunun 10 manat ödənilməmiş hissəsi Cavabdeh tutularaq dövlət hesabına keçirilməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2583,75 manat əsas, 893,65 manat faiz, 148,89 manat dəbbə pulu olmaqla, cəmi 3626,29 manat borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Yelobank ASC-yə ödənilsin. 10 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar