Məhkəmə qərarları › İş №e-2(004)-682/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-682/2025

06.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-682/2025 06.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi X1 qızının iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “cavabdeh "xxxx"ASC-nin üzərinə sonuncu ilə aramızda bağlanılmış xx.xx.2023-cü il tarixli, İK-363083/23 nömrəli müqavilə üzrə vaxtında əvvəl icra edilmiş borcu öhdəliklərin icrasına yönəltmə və həmin müqavilə üzrə faiz və cərimə borclarının qanunsuz və əsassız hissəsinisilmə öhdəliklərinin qoyulması barədə” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, Müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı “cavabdeh "xxxx"ASC-nin üzərinə sonuncu ilə aramızda bağlanılmış xx.xx.2023-cü il tarixli, İK-363083/23 nömrəli müqavilə üzrə vaxtında əvvəl icra edilmiş borcu öhdəliklərin icrasına yönəltmə və həmin müqavilə üzrə faiz və cərimə borclarının qanunsuz və əsassız hissəsinisilmə öhdəliklərinin qoyulması barədə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixli, İK-363083/23 nömrəli müqavilə ilə "xxxx"ASC-dən 20200 manat miqdarında kredit götürmüşdür. İlk başlar iddiaçı da, qarşı tərəf də öhdəliklərini icra edir, krediti ödəmə tarixindən asılı olmayaraq, ödəniş vaxtında borcun ödənilməsinə yönəldilirdi. Lakin sonradan ödənişlər hesabda saxlanılaraq öhdəliyin icrasına yönəldilməmişdir. İddiaçı tərəfindən cavabdehə dəfələrlə xəbərdalıq edilməsinə baxmayaraq cavabdeh qanunsuz hərəkətlərini davam etdirmişdir. İddiaçı da göstərilən səbəbdən öhdəliyinin icrasını ləngitməli olmuşdur. Cavabdeh tərəfindən təqdim edilmiş bildirişə əsasən müqavilə üzrə xx.xx.2024-cü il tarixə olan iddiaçının borcu 13395.97 manat əsas, 335.80 manat faiz, 1583.03 manat cərimə olmaqla cəmi 15314.80 manat təşkil etməkdədir. Qeyd edilən borc müqavilə şərtlərinə və qanuna uyğun hesablanmamışdır və həqiqəti əks etdirmir. Buna görə də borc məbləğinin müqavilə və qanuna uyğun hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İddiaçı məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, hazırki tələbə məhkəmə qaydasında baxılmalı deyildir və mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsinə əsasən, notariusun icra qeydləri icra sənədi hesab edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, tərəflər arasında bağlanmış sözügedən kredit müqaviləsi üzrə notariusun icra qeydi mövcud olmaqla həmin icra qeydi hazırda icra mərhələsindədir. Lakin, iddia tələbi üzrə həmin icra qeydi borclu (hazırki iş üzrə iddiaçı) tərəfindən mübahisələndirilməmişdir. Odur ki, icra qeydi (icra sənədi) hüquqi baxımdan qüvvədə olduğu müddətdə icra qeydində nəzərdə tutulmuş öhdəlikdən kənar formada müqavilə üzrə öhdəliyin yenidən müəyyənləşdirilməsi mümkün deyildir. Bu, öz-özlüyündə qüvvədə olan icra sənədi ilə ziddiyyət təşkil etməklə hüquqi baxımdan 2 (iki) bir-birinə zidd (fərqli) icra sənədi (icra qeydi və məhkəmə qərarı) ortaya çıxacaqdır. İddiaçı isə mülki iş üzrə ümumilikdə keçirilmiş 3 (üç) məhkəmə iclasında iştirak etmədiyindən sözügedən nöqsanın aradan qaldırılması, tələbin dəqiqləşdirilməsinin izah edilməsi mümkün olmamışdır. Məhkəmə izah edir ki, iddiaçının tələbinə notariusun icra qeydinin mübahisələndirilməsi çərçivəsində baxılmalıdır. İcra sənədinin icrasının gecikdirilməsi məqsədilə hüquqdan sui-istifadə etmək qadağandır. Qeyd olunan xüsusatlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 114.1.4-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261, 263, 264, 266-cı maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı Cavabdeh ASC-yə qarşı “cavabdeh "xxxx"ASC-nin üzərinə sonuncu ilə aramızda bağlanılmış xx.xx.2023-cü il tarixli, İK-363083/23 nömrəli müqavilə üzrə vaxtında əvvəl icra edilmiş borcu öhdəliklərin icrasına yönəltmə və həmin müqavilə üzrə faiz və cərimə borclarının qanunsuz və əsassız hissəsinisilmə öhdəliklərinin qoyulması barədə” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. **********07 nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardad tərəflərə təqdim edildikdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar