Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6847/2021 13.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh ASC-nin nümayəndəsi X1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs MMC-nin nümayəndəsi Bayramov Ələkbər Gəray oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı (Maraqlı şəxs MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “artıq hesablanmış borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı (Maraqlı şəxs MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “artıq hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla “Nikoyl” İKB-nin 6 saylı filialı arasında bağlanmış 27.06.2013-cü il tarixli 17-A-1-0-2622-13 saylı kredit müqaviləsi üzrə tutulmuş 10644 manat borcun əsassız hesablanmış 5244 manat hissəsinin silinməsi və əsasız hesablanmış 5244 manat pulun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun, hüquqi yardım üçün vəkilə ödənilmiş 90 manat pulun Cavabdeh ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında bildirdi ki, iddiaçı “Renault Tondar” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobili 2013cü ildə Maraqlı şəxs MMC-dən 15 000 manata almışdır. Həmin avtomobil üçün 4800 manat ilkin ödəniş etmiş, qalan 10200 manatı isə “Nikoyl” İKB-nin 6 saylı filialı ilə 27.06.2013-cü il tarixli 17-A-1-0-2622-13 saylı Kredit Müqaviləsi bağlayaraq 36 ay müddətinə 21 % olmaqla kredit götürmüşdür. Həmin avtomobil kredit müqaviləsinin təminatı kimi göstərilmiş, hətta Maraqlı şəxs MMC həmin kredit müqaviləsi üzrə 27 iyun 2013-cü il tarixdə 17-A-1-0-2622-13 savlı zaminlik müqaviləsi ilə zamin durmuşdur. Daha sonra, iddiaçı qeyd olunan avtomobili daha yaxşı avtomobil almaq üçün satmaq qərarına gəlmişdir. Başqa şəxsə etibarnamə əsasında avtomobili satmışdır. Razılaşmaya əsasən ilkin ödəniş iddiaçıya verilmiş və həmin şəxs avtomobilin müqaviləsi üzrə onun borclarını ödəməli və avtomobil yiiklülükdən azad oluduqdan sonra verdiyi etibarnamə əsasında avtomobili öz adına keçirməli idi. Lakin həmin şəxs avtomobilin kredit borclarını ödəməmiş və cavabdeh təşkilat da, qanunsuz olaraq avtomobili həmin şəxsin əlindən almışdır. Zamin Maraqlı şəxs MMC isə iddiaçının əvəzinə 10644 manat pulu cavabdeh təşkilata ödəmişdir. Avtomobil 2960 manata satılmışdır. Bu səbəbdən də, Maraqlı şəxs MMC iddiaçını məhkəməyə verərək 7654 manat məbləğində pulu ondan reqres qaydada tələb etmişdir. Avtomobil dəyərindən ucuz satılmış və avtomobilin dəyəri amortizasiya nəzərə alınmaqla 12000 manat olmuşdur. İddiaçının banka 10644 manat borcu olmamışdır. Onun borcu 5400 manat olmuşdur. Belə olan halda, hesablanmış artıq borc silinməli və ödənilmiş artıq borc iddiaçıya qaytarılmalıdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı isə “Nikoyl” İKB-nin 6 saylı filialı ilə bağlanmış kredit müqaviləsi əsasında bankdan 10200 manat kredit götürmüşdür. İddiaçı kredit müqaviləsi üzrə öhdəliyini icra etmədiyi üçün bank tərəfindən məhkəməyə müraciət edilmiş və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 02 may 2014-cü il tarixli 2(010)-1916/2014 nömrəli qətnaməsi ilə borcun tutulması və tutmanın ipoteka predimetinə yöndəldilməsi qət edilmişdir. Hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs MMC-nin nümayəndəsi Bayramov Ələkbər Gəray oğlu izahatında bildirdi ki, İddiaçı ilə “Nikoyl” İKB-nin 6 saylı filialı arasında bağlanmış bağlanmış kredit müqaviləsi üzrə Maraqlı şəxs MMC zamin olmuşdur. Bayramov Ələkbər Gəray oğlu kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmiş və 10644 manat borcu Maraqlı şəxs MMC ödəmişdir. 2690 manat geri qaytarılıb. Qalan 7954 manat borcun Bayramov Ələkbər Gəray oğlundan tutularaq Maraqlı şəxs MMC-yə ödənilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən və qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrindən müəyyən edilir ki, 27.06.2013-cü il tarixli 17-A-1-0-2622-13 saylı kredit müqaviləsinə əsasən “Nikoyl” İKB İddiaçı 36 ay müddətinə illik 21 faiz ödəmək şərti ilə 10200 manat kredit vermişdir. İddiaçı üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq “Nikoyl” İKB ilə İddiaçı arasında 27.06.2013-cü il tarixində 17-A-1-0-2622-13 saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ipoteka predmeti olan İddiaçı məxsus 2013-cü il buraxılışlı, “Renault Tondar’’ markalı, ** ET *** qeydiyyat nişanlı avtomobil, dəyəri tərəflərin razılığı ilə 14800 manat qiymətləndirərək Banka ipotekaya qoyulmuşdur. Bundan başqa, kreditin təminatı olaraq bankla Maraqlı şəxs MMC arasında zaminlik müqaviləsi bağlanmış və zamin borclu ilə bərabər kredit müqaviləsi üzrə yaranmış öhdəliklərini üzərinə götürmüşdür. Sonradan İddiaçı müqavilə üzrə borcu ödəmədiyindən, “Nikoyl” İKB İddiaçı qarşı məhkəmədə iddia qaldırmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 may 2014-cü il tarixli 2(010)-1916/2014 nömrəli qətnaməsi ilə “Nikoyl” İKB-nin iddiası təmin edilmiş, İddiaçı 27 iyun 2013-cü il tarixli 17-A-1-0-2622-13 saylı kredit müqaviləsinə 9784,05 manat əsas borc, 1171,57 manat faiz borcu və 198,21 manat dəbbə pulu olmaqla cəmi 11153,83 manat məbləğində pul vəsaitinin, 30 manat ödənilmiş dövlət rüsumunun, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsində bildirişin qeydiyyata alınması üçün iddiaçı tərəfindən ödənilmiş rüsumun əvəzi olaraq 10 manat pulun alınaraq “Nikoyl” İKB-yə ödənilməsi, tutmanın İddiaçı məxsus ipoteka predmeti olan “Renault Tondar” markalı ** ET *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və borcun həmin ipoteka predmetinin satışından əldə ediləcək pul vəsaiti hesabına ödənilməsi, kreditin təminatı olan ipoteka predmetinin satışından əldə olunacaq pul vəsaiti hesabına iddiaçının tələbi tam ödənildikdən sonra, satışdan qalan məbləğin borcluya, yəni iş üzrə cavabdeh İddiaçı qaytarılması qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 may 2014-cü il tarixli 2(010)-1916/2014 nömrəli qətnaməsi qətnaməsi qanuni qüvvəyə minmişdir və icraya yönəldilmişdir. İpoteka predimeti olan “Renault Tondar” markalı ** ET *** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracdan 2690 manata satılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16.08.2019-cu il tarixli 2(010)-4270/2019 nömrəli qətnaməsi ilə Maraqlı şəxs MMC-nin iddiası təmin edilmiş, zamin kimi Maraqlı şəxs MMC tərəfindən 27 iyun 2013-cü il tarixli 17-A-1-0-2622-13 saylı kredit müqaviləsi üzrə “Nikoyl” İKB–yə ödənilmiş 7954 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı alınaraq Maraqlı şəxs MMC–yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 29.04.2021-ci il tarixli 2(103)-4139/2021 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16.08.2019-cu il tarixli 2(010)-4270/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 may 2014-cü il tarixli 2(010)-1916/2014 nömrəli qətnaməsi ilə 27 iyun 2013-cü il tarixli 17-A-1-0-2622-13 saylı kredit müqaviləsi üzrə İddiaçı “Nikoyl” İKB-yə olan kredit borcunun məbləği müəyyən edilmiş və kredit borcunun İddiaçı tutularaq “Nikoyl” İKB-yə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 may 2014-cü il tarixli 2(010)-1916/2014 nömrəli qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Ona görə də, kredit müqaviləsi üzrə hesablanmış borcun məbləği mübahisələndirilə və yenidən sübut edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 441.1-ci maddəsinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 1091.1-maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin maddənin 2-ci bəndinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı (Maraqlı şəxs MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “artıq hesablanmış borcun silinməsi” tələbi əsassız olduğundan rədd edilməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı (Maraqlı şəxs MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “artıq hesablanmış borcun silinməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 74 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-6847/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6847/2021
13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver