Məhkəmə qərarları › İş №e-2(004)-6894/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6894/2021

29.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6894/2021 29.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh «K@TV1» əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafıq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 18 manat 30 qəpik abunə haqqı qismində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik məbləğində bank xidməti haqqının, ümumilikdə 198 manat 70 qəpik məbləğində pulun İddiaçı MMCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «K@TV1» əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanmasi üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xəttləri çəkir. Lakin son zamanlar bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında 15.05.2008-ci il. 15.03.2011-ci il. 01.10.2014-cü il 29.03.2015-ci il və 04.01.2018-ci il tarixlərdə (5 illik) hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. ünvan 1 ünvanında yaşamış Səbuhi Rəsulov ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil «K@TV1» xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini 01.03.2014-cü il tarixinədək etmiş və həmin ünvan 23.05.2014-ci il tarixdə 24 manat 90 qəpik borc ilə şəbəkədən ayrılmışdır. 23.07.2014-cü il tarixdə "xxxx" hüquq fırmasının və «K@TV1» kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 1077 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə tərtib edilmiş aktdan görünür ki, yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçı ММС-уə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Qeyd olunan ünvanın şəbəkədən ayrıldığı 23.05.2014cü il tarixdən 23.07.2014-cü il tarixli qanunsuz qoşulma faktı aşkar edilənədək müddət 61 gün təşkil edir. Bu isə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərtilə cavabdehin iddiaçıya kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma noticəsində vurduğu zərər 18 manat 30 qəpik təşkil edir. Belə ki, İddiaçı MMC "xxxx" hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat pul ödəyir. Pul tələbinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya göndərilmiş, lakin cavabdeh tərəfindən bu günədək dəymiş zərərin əvəzi ödənilməmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdiə və əlavə olaraq izahatında bildirdi ki, iddiaçı tərəfindən rəsmi qaydada cavabdehə borcun ödənilməsi barədə bildiriş göndərilmiş, lakin bildirişin cavabdehə çatdırılması mümkün olmamışdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbini qismən etiraf edərək bildirdi ki, o, iddiaçının tələb etdiyi əsas məbləği, yəni 18.30 manat məbləğində pulu ödəməyə razıdır, lakin qalan 150 manatın isə tutulmasına etiraz edir. Belə ki, keçən 7 il ərzində ona qarşı heç kim pul tələbinə dair iddia qaldırmamışdır. Halbuki qanunla ona qarşı pul tələbinə dair 3 il müddətində iddia qaldırmalı idilər. O iddiaçıya olan borclarını ödəmiş, yalnız internet xəttindən istifadə etmişlər. Onun oğlunun toyu olduqdan bir neçə ay sonra onlar Xırdalan şəhərində yerləşən evə köçmüş, hazırki mübahisə predmeti olan mənzilə ilə arada bir baş çəkməyə gəlmişlər. Odur ki məhkəmədən iddia tələbinin 18.30 manatın tutulması hissəsində təmin edilməsi, qalan hissədə isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 04.02.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında 40 saylı MKİS-nin 03.09.2014-cü il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır və mənzil onun adınadır. İş materiallarında olan İddiaçı MMC-nin «KATV 1» kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 1077 N nömrəli, 23.07.2014-cü il tarixli aktın surətindən görünür ki, "xxxx" MMC-nin əməkdaşları Nərimanov küçəsi, ev 207, mənzil 9da kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman həmin mənzilin sakini tərəfindən «KATV1» kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğunu aşkar etmişlər. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş 19.07.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı MMC ilə ünvan 2 ünvanında yaşayan Səbuhi Rəsulov arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən 11.10.2009-cu il tarixdə bu ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulub. 01.03.2014-cü il tarixinədək isə son ödəməsini edib. 23.05.2014-cü il tarixində 24 manat 90 qəpik borc ilə şəbəkədən ayrılıb. İş materiallarında olan 05.10.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, hüquqi xidmətə görə 150 (yüz əlli) manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən "xxxx" LLC-yə ödənilmişdir. İş materiallarında olan və məhkəmə araşdıırması zamanı tətqiq edilmiş video CDdən görünür ki, ünvan 3 ünvanında yerləşən 9 nömrəli mənzilində KATV1 Kabel Televiziyasının şəbəkəsinə qanunsuz qoşulma olmuşdur. Azərbaycan Respublikası «Telekommunikasiya haqqında» Qanununun 35.3-cü maddəsinə əsasən telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin maddənin 2-ci bəndinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC-nin kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində abunə haqqı kimi vurulmuş zərər qismində 18 (on səkkiz) manat 30 (otuz) qəpik miqdarında pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə iddia tələbinin 150 (yüz əlli) manat hüquqi xidmət haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki iddiaçı şəbəkəyə qanunsuz qoşulmaların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında 15.05.2008-ci il, 15.03.2011-ci il, 01.10.2014-cü il, 29.03.2015-ci il və 04.01.2018-ci il tarixlərdə (5 illik) hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələrin imzalanınmasına istinad edərək cavabdehdən 150 (yüz əlli) manat hüquqi xidmət haqqının cavabdehdən iddiaçının xeyrinə tutulmasını tələb etsə də, məhkəməyə bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, hətta belə müqavilələr mövcud olmuş olsa belə bu hal iddianın həmin hissədə təmin edilməsi üçün əsas ola bilməzdi. Belə ki, iddiaçı isdər iddia ərizəsində istərsə də, nümayəndəsinin izahatında həmin müqavilələr, istifadəçilərin şəbəkəyə qanunsuz qoşulmaların qarşısının alınması məqsədi ilə hüquqi xidmətlərin göstərilməsinə dair bağlanılmış xidmət müqaviləsidir. MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmənin nümayəndəyə və ya vəkilin göstərdiyi yardıma görə xərclərin konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verə bilər. Məhkəmə hesab edir ki, qanunvericilik məhz işə məhkəmədə baxılması ilə əlaqədar nümayəndəyə və ya vəkilin göstərdiyi yardıma görə xərclərin digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilə bilinməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Məhkəmə iddia tələbini bu hissədə təmin etməyərkən həm də, onu da nəzərə alır ki, iş materialları ilə İddiaçı MMC-nin «KATV 1» kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında "xxxx" MMC-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktın 23.07.2014-cü il tarixdə tərtib olunmasına baxmayaraq, iddiaçı tərəfindən Cavabdeh işi ilə əlaqədar olaraq hüquqi xidmətin göstərilməsi ilə bağlı Ədalət A firmasına 150 (yüz əlli) manat məbləğində xidmət haqqı 05.10.2021-ci il tarixdə yəni aktın tərtib edilməsindən 7 il sonra ödənilmiş, iddiaçının nümayəndəsi isə bu ziddiyətli halla bağlı məntiqli açıqlama verə bilməmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı MMC-nin kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində abunə haqqı kimi vurulmuş zərər qismində 18 (on səkkiz) manat 30 (otuz) qəpik miqdarında pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş üzrə ödənilmiş dövlət rüsumunun 50 %-i, yəni 15 (on beş) manatı iddiaçıya aid edilməli, qalan 50 %-i, yəni 15 (on beş) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində abunə haqqı kimi vurulmuş zərər qismində 18 (on səkkiz) manat 30 (otuz) qəpik miqdarında pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 50 %-i, yəni 15 (on beş) manatı iddiaçıya aid edilsin, qalan 50 %-i, yəni 15 (on beş) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar