Məhkəmə qərarları › İş №e-2(004)-6977/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6977/2021

14.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6977/2021 14.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə tərtib olunmuş akt üzrə 583.20 manat, təbii qazdan istifadəyə görə 307.65 manat, 30 (otuz) manat dövlət rüsumunun əvəzi və 65 manat vəkil xərci olmaqla, cəmi 985,85 (doqquz yüz səksən beş manat səksən beş qəpik) manat məbləğində pul tutulması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01.05.2020-ci il tarixli 14/1844 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********00296 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı 40021999 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkiliş aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, 08.05.2020-ci il tarixli, ******* saylı akt əsasında 583,20 manat İddiaçı İB-nə zərər dəymişdir. Bundan başqa cavabdeh tərəfindən təbii qazdan istifadə edilmiş, lakin istifadə edilmiş təbii qazın dəyəri ödənilməmişdir. Belə ki, 2020-ci ilin may ayından 2021-ci ilin avqust ayı da daxil olmaqla, cavabdehin təbii qazdan istifadə nəticəsində yaranmış borcu 467.65 manat təşkil edir. Bundan başqa, cavabdeh tərəfindən ümumilikdə 2021-ci ildə 160 manat ödəniş edilmişdir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 583.20 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Cavabdeh istifadə edilmiş təbii qazın dəyərini ödəməməsi nətəsində yaranmış borcu ilə birlikdə iddiaçıya cəmi 890.85 manat pul ödəməlidir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 01 dekabr 2021-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh ilkin dinləmə zamanı bildirmişdir ki, iddia tələbini qismən qəbul edir, Abşeron rayonu Hökməli qəsəbəsində torpaq sahəsi alaraq fərdi ev tikdirmiş, 2020-ci ilin mart ayının axırlarında, Novruz bayramı vaxtı həmin evə ailə üzvləri ilə birlikdə köçmüşdür. Həmin vaxt orada az sayğacı yox idi, bir qaz xətti keçirdi, oradan nazik bir boru ilə evə xətt çəksə də, həmin xəttə də qaz olmamış, demək olar ki, o qazdan istifadə etməmişdir. Dəymiş ziyanı çox yüksək hesab edir. 583 manat məbləğində qazdan istifadə etməsi mümkün deyil. May ayında sayğac qoşuldu. Sayğac qoşulduqdan sonra aylıq qaz ödənişlərini edirdi, hazırki 307 manat borcu olduğunu etiraf edir. Ancaq dəymiş ziyanın mələği ilə razılşamır. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 (bir) m3 üçün 0,10 manat məbləğində müəyyən edilməklə ”Azəriqaz” İstehsalat Birliyi ilə Cavabdeh arasında Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 01.05.2021-ci il tarixdə, 14/1844 saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının götəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. 08.05.2020-ci il tarixli ******* nömrəli akta əsasən, istehlakçı Cavabdeh fərdi yaşayış evinə baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar istifadə etdiyi aşkar olunmuşdur. 31.05.2021-ci il tarixdə İddiaçı tərəfindən qərar qəbul edilərək, itirilmiş qazın sərfiyyatı 5832 m3 müəyyən edilmişdir. 24 sentyabr 2021-ci il tarixli Cavabdeh adına olan saldodan görünür ki, (Abonent kodu **********00296) ona məxsus Bakı şəhəri, Abşeron rayonu, Hökməli qəsəbəsində fərdi yaşayış evində qazdan istifadəyə görə 08.05.2020-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış zərər və qəbul edilmiş qərara uyğun ziyan (583.20) manat abonentin ödəniş hesabına köçürülmüş, eyni zamanda 2021-ci ilin avqust ayı da daxil olmaqla, cavabdehin təbii qazdan istifadə nəticəsində yaranmış borcu 467,65 manat təşkil etmiş, cavabdeh tərəfindən ümumilikdə 2021-ci ildə 160 manat ödəniş edilmiş, 306,15 manat qalıq borcu olmuşdur. Beləliklə, qaz sayğacına qanunsuz müdaxilə nəticəsində 583,20 manat zərər və təbii qazdan istifadəyə görə ödənilməmiş 306,15 manat qalıq borcu qalmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və məhkəmə baxışı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işin hallarından da göründüyü kimi, Cavabdeh qaz sayğacına qanunsuz müdaxilə edərək, qeyri-qanuni xətt çəkmiş və həmin xəttdən istifadə etmişdir. Bu hal iş materiallarına əlavə edilmiş fotoşəkillər ilə də öz təsdiqini tapır. İddiaçı tərəfindən qərar qəbul edilərək toplam 583,20 manat ziyan vurulması müəyyən edilmişdir. Bununla yanaşı, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən 31.05.2021-ci il tarixdə qərar qəbul edilərkən, nəyə görə hesabat müddətinin 90 gün götürülməsi iddiaçı tərəfindən əsaslandırılmamışdır. Ona görə də məhkəmə hesab edir ki, dəymiş zərər hesabat müddəti 30 gün götürülərək hesablanmaqla müəyyən edilmiş ziyan məbləğinin, yəni, 194.40 manatın cavabdehdən tutulması qət olunmalıdır. (1,2x24x30=864m3+1.5x24x30=864m3+1,5x24x30=864m3+1080m3=1944m3=1944x0,1 0azn=194,40 AZN). Məhkəmə, eyni zamanda, qeyd edir ki, məhkəmə araşdırması zamanı cavabdehin təbii qazdan istifadəyə görə 307,65 (üç yüz yeddi manat altmış beş qəpik) manat qalıq borcunun olması müəyyən edildiyindən, təbii qazdan istifadəyə görə ödənilməmiş 306,15 manat qalıq borcu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli, 80 saylı Qərarının 3.4.1-ci bəndinə əsasən istehlakçılara özbaşına qaz qurğularının quraşdırılması, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsi, dəyişdirilməsi və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq qadağandır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 22 dekabr 2016-cı il tarixli, 19 nömrəli qərarına uyğun olaraq, 2017-ci ilin yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 194,40 (bir yüz doxsan dörd manat qırx qəpik) manat məbləğində zərər, təbii qazdan istifadəyə görə 307,65 (üç yüz yeddi manat altmış beş qəpik) manat, cəmi 502,05 (beş yüz iki manat beş qəpik) manat, hüquqi yardıma görə ödənilmiş 65 (altmış beş) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar