Məhkəmə qərarları › İş №e-2(004)-70/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-70/2023

28.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-70/2023 28.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X6 oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ümumilikdə 11207,74 ABŞ dolları (əsas borcu- 1408,08 ABŞ dolları, faiz borcu-7099,66 ABŞ dolları) məbləğin və ödənilmiş 148 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Abdullayev Ramiq Nayib oğlu arasında xx.xx.2015-ci il tarixli 14-xx-xx-024238 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Abdullayev Ramiq Nayib oğluna 48 ay müddətinə , illik 29%, 6959 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli 14-xx-xx-024238 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə əsas borcu – 4108,08 ABŞ dolları, faiz borcu – 7099,66 ABŞ dolları, ümumilikdə 11207,74 ABŞ dolları məbləğində borc təşkil edir. xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən, Abdullayev Ramiq Nayib oğlunun vərəsəsi X2r. Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2019-cu il tarixli 382 nömrəli sərəncamına əsasən, X3 əmisi Cavabdeh qəyyum təyin edilmişdir. Daha sonra Cavabdeh İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsinə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, o, ondan tələb olunan borc məbləğin, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının müvafiq bəndlərinin tələblərinin təmin olunmasından sonra ondan tələb olunmasını iddialı bankdan tələb etsə də, bank onun bu tələbini hər hansı formada cavablandırmayıb və bununla da hesab edir ki, tələbindən imtina edib. Bu isə onun əsassız maliyyə sanksiyasına məruz qoyulmağına səbəb olur və ona görə də hesab edir ki, hazırki iddia tələbinin bu Fərmanın tələblərinə riayət olunmadan təmin olunması onun hüquqlarına münasibətdə mümkünsüzdür. İddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 14-xx-xx-024238 saylı kredit müqaviləsinə əsasən Abdullayev Ramiq Nayib oğluna 48 ay müddətinə, illik 29% dərəcəsi ilə 6959 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 18 fevral 2022-ci il tarixli İddiaçı ASC tərəfindən verilmiş arayışa əsasən müəyyən olunur ki, Abdullayev Ramiq Nayib oğlu xx.xx.2015-ci il tarixli, 14-xx-xx-024238 saylı kredit müqaviləsinə əsasən 48 ay müddətinə, illik 29% hesablanmaq şərti ilə 6959 dollar kredit verilmişdir. Kredit vəsaitindən istifadə müddəti xx.xx.2019-cu il tarixində bitmişdir. xx.xx.2015-ci il tarixli, 14-xx-xx-024238 saylı kredit müqaviləsi üzrə Abdullayev Ramiq Nayib oğlunun İddiaçı ASC-yə cəmi borcu 11207,74 dollar, o cümlədən 4108,08 dollar kredit borcu, 7099,66 dollar faiz borcu təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 9/4547 nömrəli ekspert rəyinə əsasən müəyyən olunur ki, Abdullayev Ramiq Nayib oğlunun İddiaçı ASC-yə 3787,01 ABŞ dolları əsas, 5224,13 ABŞ dolları faiz borcu vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, Abdullayev Ramiq Nayib oğlunun vərəsəsi xx.xx.2007-ci ildə anadan olmuş azyaşlı oğlu X5 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinin Daşınmaz Əmlakın təxvirinə, dövlət qeydiyyatına alınmış hüquqlarıa və onların məhdudlaşmasına (yüklülüyünə) dair Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** nömrəli Arayışa və ƏMDK-nın yanında DƏDRX-in Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən xx/xx/2018 tarixdə Abdullayev Ramiq Nayib oğluna verilmiş **********20-05101- 093037 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42,33 m2 olan mənzildən tam payda irs almalıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli, 382 nömrəli Sərəncamına əsasən xx.xx.2007-ci il təvəllüdlü X3 mülkiyyətlərinə hüququ olmadan əmisi Cavabdeh təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəizini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1. və 443.5.-ci maddəsinə əsasən borclu icranı gecikdirdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Abdullayev Ramiq Nayib oğlu kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və digər borcları iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, Abdullayev Ramiq Nayib oğlu kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını və digər borcları ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Həmçinin, xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2007-ci ildə anadan olmuş azyaşlı oğlu X1 Ramiq Nayib oğlunun vərəsəsi təyin edilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli, 382 nömrəli Sərəncamına əsasən isə xx.xx.2007-ci il təvəllüdlü X3 mülkiyyətlərinə hüququ olmadan əmisi Cavabdeh qəyyum təyin edilmişdir. Beləliklə, Cavabdeh Abdullayev Ramiq Nayib oğlunun öldüyü məqamadək malik olduğu əmlak hüquqlarını və vəzifələri əldə etmişdir. Bu səbəbdən iddiaçı xx.xx.2015-ci il tarixli 14-xx-xx- 024238 saylı kredit müqaviləsinə əsasən yaranmış borcu Cavabdeh tələb etməkdə haqlıdır. Eyni zamanda, iş materiallarında xx.xx.2023-cü il tarixli, 9/4547 nömrəli ekspert rəyinə əsasən müəyyən olunur ki, Abdullayev Ramiq Nayib oğlunun İddiaçı ASC-yə 3787,01 ABŞ dolları əsas, 5224,13 ABŞ dolları faiz borcu vardır. Məhkəmə hesab edir ki, iddia ekspert rəyinə uyğun hissədə təmin olunmalıdır. Odur ki, Cavabdeh 3787,01 ABŞ dolları əsas borc, 5224,13 ABŞ dolları faiz borcu, ümumilikdə 9011,14 məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, iddia ərizəsi üzrə iddia tələbi qismən təmin edildiyindən dövlət rüsumu da tələbin təmin olunmuş hissəsinə mütənasib olaraq 135,96 manat məbləğində Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 3787,01 (üç min yeddi yüz səksən yeddi dollar bir sent) ABŞ dolları əsas borc, 5224,13 (beş min iki yüz iyirmi dörd dollar on üç sent) ABŞ dolları faiz borcu, ümumilikdə 9011,14 (doqquz min on bir dollar on dörd sent) və dövlət rüsumu olaraq ödənilmiş 135,96 (yüz otuz beş manat doxsan altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar