Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-7046/2025 14.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakı ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X10” ASC-i cəlb edilməklə cavabdeh X4 qarşı “öhdəliyin icrası nəticəsində zaminin reqress qaydasında ödədiyi pulun cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X10” ASC-i cəlb edilməklə cavabdeh X4 qarşı “öhdəliyin icrası nəticəsində zaminin reqress qaydasında ödədiyi pulun cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, ******* saylı Kredit müqaviləsi üzrə tərəfindən zamin olaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-439/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə ödədiyi 10240 (on min iki yüz qırx) manat 38 (otuz səkkiz) qəpik məbləğində pulun (9507,14 (doqquz min beş yüz yeddi manat on dərd qəpik) məbləğində əsas borcun əvəzinin və 733,24 manat (yeddi yüz otuz üç manat iyirmi dörd qəpik) məbləğində məcburi icra ödənişinin əvəzinin), hal-hazırki iddia üzrə məhkəməyə ödədiyi 122 (bir yüziyirmi iki) manat məbləğində dövlət rüsumunun əvəzinin və vəkilə ödədiyi 330 (üç yüz otuz) manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Azər-Türk Bank ASC ilə Cavabdeh arasında, Cavabdeh şəxsi istehlak məqsədləri üçün, 48 ay müddətinə, nəğd şəkildə istifadə olunmaqla 11000 (on bir min) manat məbləğində kredit verilmiş və bununla bağlı "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, ******* saylı kredit müqaviləsi bağlanmışdır. Eyni gün, həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə onunla "xxxx" ASC arasında xx.xx.2021-ci il tarixli, 1055412/25032 sayll zaminlik müqaviləsi bağlanılmış və həmin zaminlik müqaviləsinə əsasən, borclu Cavabdeh bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək o, Cavabdeh zamin durmuşdur. Lakin Cavabdeh bu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün iddiaçı “Azər-Türk Bank ASC cavabdehlər Cavabdeh və İddiaçı qarşı “müqavilənin ləğvi və kredit borcunun tutuması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh və İddiaçı 10106,50 (on min yüz altı manat, əlli qəpik) manat əsas, 104,60 (bir yüz dörd manat altmış qəpik) faiz, cəmi 10211,10 (on min iki yüz on bir manat on qəpik) manat məbləğində pul vəsaitinin və 121,04 (bir yüz iyirmi bir manat dörd qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC -yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim X9 oğlunun sədrliyi ilə, İş № 2(004)- 439/2023) xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi; iddiaçı Azər-Türk Bank ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* nömrəli kredit müqaviləsinin ləğv edilməsi; cavabdehlər Cavabdeh və İddiaçı 10106,50 (on min yüz altı manat, əlli qəpik) manat əsas, 104,60 (bir yüz dord manat altmış qəpik) faiz, cəmi 10211,10 (on min iki yüz on bir manat on qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx"ASC-yə ödənilməsi və iş üzrə ödənilmiş 121,04 (bir yüz iyirmi bir manat dörd qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh və İddiaçı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamə 17 fevral 2023-cü il tarixdə qanuni qüvvəyə minmiş və 15 mart 2023-cü il tarixdə həmin qətnamə üzrə icra sənədi verilmişdir. Lakin Cavabdeh yenə də kredit müqaviləsi üzrə borcunu ödəməkdən və qanuni qüvvəyə minmiş həmin qətnamənin icrasından yayınmış və bunun nəticəsində də həmin qətnamənin icrası onun əmək haqqına yönəldilmişdir və mütəmadi olaraq onun əmək haqqından tutulmalar aparılmış, bunun nəticəsində də ondan ümumilikdə 10240 (on min iki yüz qırx) manat 38 (otuz səkkiz) qəpik məbləğində pul tutulmuşdur. O, zamin olaraq kreditorun tələbini ödəyənədək bu barədə dəfələrlə borclunu xəbərdar etmiş və ondan öz kredit borcunun ödənilməsini tələb etmiş, əks təqdirdə gələcəkdə məhkəməyə müraciət etməyə məcbur olacağını bildirmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə bundan yayınmış və bu günə kimi də həmin pulu ödəməmişdir. Həmin icra vərəqəsi üzrə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru öz üzərinə düşən bütün vəzifələri icra etməmişdir. Belə ki, əsas borclunun Cavabdeh olmasına və onun, AR Müdafiə Nazirliyində işləməsinə və yüksək məbləğdə əmək haqqı almasına baxmayaraq, icra məmuru onun barəsində heç bir zəruri icra tədbiri (əmək haqqına yönəltmə və sair) həyata keçirməmiş, lakin onun barəsində isə Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən zəruri icra tədbirləri həyata keçirilmiş və onun əmək haqqına yönəltmə olmuş, nəticədə həmin icra vərəqəsi üzrə əsas borc məbləğinin çox böyük bir hissəsi və icra ödənişinin bütün məbləği onun əmək haqqından tutulmuş və həmin borcunun çox böyük bir hissəsini və icra ödənişinin bütün məbləğini o, ödəməli olmuşdur. Belə ki, onda olan sənədlərə əsasən, həmin icra sənədləri üzrə onun 2 ayrı iş yeri üzrə aldığı əmək haqqlarından ümumilikdə 10240 (on min iki yüz qırx) manat 38 (otuz səkkiz) qəpik məbləğində pul tutulmuş və həmin icra vərəqəsi üzrə bütün borcun böyük bir hissəsi (9507,14 manat (doqquz min beş yüz yeddi manat manat on dörd qəpik) və icra ödənişinin bütün məbləği-733,24 manat (yeddi yüz otuz üç manat iyirmi dörd qəpik) onun əmək haqqından tutulan pul məbləği hesabına ödənilmişdir və bu fakt iddia ərizəsinə əlavə edilən sənədlərlə tam və mübahisəsiz şəkildə təsdiq olunur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 702 №-li Hərbi Hissənin komandiri, polkovnik-leytenant Vüqar Qurbanov tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 157 №-li Hərbi Hissənin komandirinə ünvanlanmış 2018 №-li, xx.xx.2024-cü il tarixli Məktubunda deyilir ki, “...Məlumat üçün bildirir ki, N nömrəli Hərbi Hissənin sabiq hərbi qulluqçusu kapitan İddiaçı müvafiq əmrilə xx.xx.2024-cü il tarixdən xidmətini davam etdirmək uçun Sizin hərbi hissəyə göndərilmişdir. 1) Kapitan İddiaçı Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin 62065/42 nömrəli xx.xx.2023-cü il tarixli İcra Sənədinə əsasən aylıq pul təminatından 50% miqdarında borc tutularaq Azər-Türk Bank ASC-nin hesabına köçürülməsini təmin etməyinizi xahiş edirik. Qeyd: 1) Sumqayıt şəhəri üzrə icra idarəsinin 62065/42 nömrəli, xx.xx.2023-cü il tarixli İcra Sənədinə əsasən İddiaçı 5200.00 manat tutularaq "xxxx"ASC-nin hesabına köçürülmüşdür. Qalan 5132.14 manat borc, 7 % icra ödənişi 723.25 manat tutulmamış borc qalığı kimi qalmışdır. Qoşma: 5 (beş) vərəqdə, Sumqayıt şəhəri üzrə idarəsinin icra sənədləri...” Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 157 №-li Hərbi Hissənin komandiri, polkovnik-leytenant Aqil Cəfərov tərəfindən Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 14, mənzil 47-də yaşayan vətəndaş X1 ünvanlanmış xx.xx.2025 il tarixli, 3-186/2-2814/25 №-li Məktubda deyilir ki, “...Yazıb Sizə bildirirəm ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu İddiaçı aylıq əmək haqqından, cəmi 5040.38 ( beş min qırx ) manat 38 qəpik pul tutulmuşdur. Bu məbləğin 4307.14 ( dörd min üç yüz yeddi) manat 14 qəpik "xxxx" ASC-nin hesabına, 733.24 ( yeddi yüz otuz üç) manat 24 qəpik isə Sumqayıt şəhər İcra İdarəsinin hesabına köçürülmüşdür...” "xxxx" ASC-nin İdarə Heyətinin sədri Orxan Hüseynov tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə, ünvan 1 ünvanlanmış 6-3/xx/xx-4004 №-li, 08 Aprel 2025 il tarixli Məktubunda deyilir ki, "xxxx" ASC-nin Cavabdeh və İddiaçı qarşı “pul tələbinə dair” Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-439/2023 saylı, xx.xx.2023-cü il tarixli İcra Sənədi üzrə borc tam ödənilmişdir. Yuxarıda qeyd edilənləri və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsini nəzərə alaraq, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-439/2023 saylı,xx.xx.2023-cü il tarixli İcra Sənədi üzrə icraata xitam verməyinizi sizdən xahiş edirik...” Beləliklə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim X9 oğlunun sədrliyi ilə, İş № 2(004)-439/2023) xx.xx.2023-cü il tarixli qətnaməsi və iddia Ərizəsinə əlavə edilən sənədlərlə müəyyən olunur ki, "xxxx" ASC ilə Cavabdeh arasında, Cavabdeh şəxsi istehlak məqsədləri üçün, 48 ay müddətinə, nəğd şəkildə istifadə olunmaqla 11000 (on bir min) manat məbləğində kredit verilmiş və bununla bağlı "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, ******* saylı kredit müqaviləsi bağlanmışdır. Eyni gün, həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə onunla "xxxx" ASC arasında xx.xx.2021-ci il tarixli, 1055412/25032 sayll Zaminlik Müqaviləsi bağlanılmış və həmin Zaminlik Müqaviləsinə əsasən, borclu Cavabdeh bank qarşısında öhdəliklərini tam yerinə yetirənədək o, Cavabdeh zamin durmuş və o, zamin kimi borclu ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim X9 oğlunun sədrliyi ilə, İş № 2(004)- 439/2023) xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi; iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* nömrəli kredit müqaviləsinin ləğv edilməsi; cavabdehlər Cavabdeh və İddiaçı 10106,50 (on min yüz altı manat, əlli qəpik) manat əsas, 104,60 (bir yüz dord manat altmış qəpik) faiz, cəmi 10211,10 (on min iki yüz on bir manat on qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi və iş üzrə ödənilmiş 121,04 (bir yüz iyirmi bir manat dörd qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh və İddiaçı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-439/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 702 №-li Hərbi Hissənin sabiq hərbi qulluqçusu və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 157 №-li Hərbi Hissənin hərbi qulluqçusu olaraq ondan "xxxx" ASC-yə 9507.14 (doqquz min beş yüz yeddi manat on dərd qəpik) manat məbləğində kredit borcu, Sumqayıt şəhər İcra İdarəsinə isə 733.24 (yeddi yüz otuz üç manat iyirmi dörd qəpik) manat məbləğində məcburi icra ödənişi tutularaq ödənilmişdir. Hal-hazırki iddia tələbi üzrə işin mübahisəsiz hallarını, yəni onun zamin kimi 9507,14 (doqquz min beş yüz yeddi manat on dərd qəpik) manat məbləğində kredit borcunu və 733,24 ( yeddi yüz otuz üç manat iyirmi dörd qəpik) manat məbləğində məcburi icra ödənişini ödədiyini nəzərə alaraq və Mülki Məcəllənin 475.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, o, ödədiyi məbləği cavabdehdən tələb etməkdə haqlıdır. Göründüyü kimi, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə Cavabdeh öz öhdəliklərini icra etməməsi nəticəsində "xxxx" ASC-yə vurduğu 10211,10 (on min iki yüz on bir manat on qəpik) manat məbləğində zərər qanuni qüvvəyə minmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-439/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə həyata keçirilmiş icra tədbirləri nəticəsində yalnız onun əmək haqqısı hesabına ödənilmişdir. Cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etməməsi nəticəsində "xxxx" ASC-yə vurduğu bütün zərərin yalnız onun tərəfindən ödənilməsi iddia ərizəsinə əlavə edilən çoxsaylı mötəbər sübutların məcmusu (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 702 №-li Hərbi Hissənin komandiri, polkovnik-leytenant Vüqar Qurbanov tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 157 №-li Hərbi Hissənin komandirinə ünvanlanmış 2018 №-li, xx.xx.2024-cü il tarixli Məktubu, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 157 №-li Hərbi Hissənin komandiri, polkovnik-leytenant Aqil Cəfərov tərəfindən Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 14, mənzil 47-də yaşayan vətəndaş X1 ünvanlanmış xx.xx.2025 il tarixli, 3-186/2-2814/25 №-li Məktubu, Azər-Türk Bank” ASC-nin İdarə Heyətinin sədri Orxan Hüseynov tərəfindən Bakı şəhəri Yasamal rayon icra şöbəsinə, ünvan 1 ünvanlanmış 6-3/xx/xx-4004 №-li, 08 aprel 2025-ci il tarixli Məktubu və sair) ilə tam, qəti və mübahisəsiz şəkildə təsdiq olunur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim X9 oğlunun sədrliyi ilə, İş № 2(004)- 439/2023) xx.xx.2023-cü il tarixli qətnaməsində deyilir ki, “...İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh şəxsi istehlak məqsədləri üçün 48 ay müddətinə nəğd şəkildə istifadə olunmaqla 11000 (on bir min) manat məbləğində kredit verilmiş və bununla bağlı "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, ******* saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2021-ci il tarixli, 1055412/25032 sayll zaminlik müqaviləsinə əsasən Cavabdeh bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək İddiaçı ona zamin durmuşdur. Zaminlik Müqavilələrinin 1.1-ci bəndinə görə, borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixinə əsas borcu 10106.50 (on min yüz altl manat əlli qəpik) manat, faiz borcu 104.60 (bir yüz dörd manat altmış qəpik) manat, cəmi 10211,10 ( on min iki yüz on bir manat on qəpik) manat təşkil edir. Borcun ödənilmesi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddia tələbini qismən etiraf edir. O, krediti bankdan götürüb başqa adama vermiş, onu aldatmışdılar. Keçmiş nişanlısı demişdir ki, onu işdən qovacaqlar ona görə yenidən pul lazımdır. O, 7000 manatı kredit götürmüş, onun 2000 manatı özü xərcləmiş, 5000 manatı isə ona vermişdir. Ümumi iki dəfə bankdan kredit götürmüş, ikinci dəfə may ayında götürmüşdür. Əvvəllər keçmiş nişanlısı ilə münasibəti yaxşı idi, pulu birlikdə ödəyirdilər, sonradan münasibətləri korlanmışdır. O, MTX-ya və polisə şikayət etmiş, hal-hazırda da şikayətləri araşdırılmışdır. Keçmiş nişanlısı ona nişan üzüyü və sadə qızıl sep vermişdir və buna görə də, bildirmişdir ki, heç bir pul ödəməyəcək. İddia tələbi təmin olunacağı təqdirdə, pulun ondan bir dəfəlik yox, əmək haqqına uyğun hissə-hissə ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya və digər cavabdehə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və digər cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Digər cavabdeh İddiaçı məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddələrinə əsasən, işə iddiaçının nümayəndəsinin və digər cavabdeh İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh izahatını dinləyərək iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş matariallarına əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə ******* saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə Cavabdeh 48 ay müddətinə nəğd şəkildə istifadə olunmaqla 11000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinin təminatı olaraq bank ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixli 1055412/25032 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bank tərəfindən müqavilənin ləğvi və borcun ödənilməsi məqsədilə cavabdehlərə xəbərdarlıq və pretenziya göndərilsə də, cavabdehlər borcun ödənilməsini təmin etməmişlər. Belə olan halda iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, kredit alanın və zaminin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir…” Yuxarıda qeyd edilənlərə əsasən müəyyən olunur ki, cavabdeh əsas borclu olaraq kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etməmiş, bank əsas borclu olaraq ona və zamin olaraq ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən həmin iddia tam təmin edilmiş və icra sənədi verilmiş, həmin icra sənədi üzrə borc məbləğinin böyük bir hissəsi və icra ödənişin bütün məbləği onun tərəfindən ödənilmişdir. Bu baxımdan başqa şəxsin (Cavabdeh) kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etməməsi nəticəsində "xxxx" ASCyə vurduğu 10211,10 (on min iki yüz on bir manat on qəpik) manat məbləğində zərərin əvəzininin çox böyük bir hissəsini və icra ödənişinin bütün məbləğini ödəmiş şəxs olaraq onun həmin şəxsə (Cavabdeh) ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır və onun ödədiyi 10240 (on min iki yüz qırx) manat məbləğində pulun həmin şəxs (Cavabdeh) tərəfindən ona qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, iddiaçı hərbçi olub. Göstərilənləri nəzərə alaraq, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh X6 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X10” ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh X6 xx.xx.2026-cı il tarixdə AZEMİS elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, təyin olunan məhkəmə iclasında iştirakının vacib hesab etdiyini, həmin tarixdə işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, bu səbəbdən təyin olunan məhkəmə iclasını iştirakı olmadan keçirib növbəti baxışa təyin edilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdeh X3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X10” ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış ******* saylı, xx.xx.2021-ci il tarixli fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsinə əsasən Cavabdeh 48 ay müddətinə nəğd şəkildə istifadə olunmaqla 11000 manat məbləğində kredit verilmişdir. - "xxxx" ASC (Bank) ilə İddiaçı (zamin) arasında bağlanmış 1055412/25032 saylı, xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsinə əsasən İddiaçı ******* saylı, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi əsasında Bank tərəfindən Cavabdeh (borcalan) verilmiş 11000 manat məbləğində kreditlə əlaqədar olaraq borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-439/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, iddiaçı Azər-Türk Bank ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ******* nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh və İddiaçı 10106,50 (on min yüz altı manat, əlli qəpik) manat əsas, 104,60 (bir yüz dörd manat altmış qəpik) faiz, cəmi 10211,10 (on min iki yüz on bir manat on qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Azər-Türk Bank ASC -yə ödənilməsi, iş üzrə ödənimiş 121,04 (bir yüz iyirmi bir manat dörd qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh və İddiaçı tutularaq iddiaçı Azər- Türk Bank ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamə 17 fevral 2023-cü il tarixdə qanuni qüvvəsini almış və 15 mart 2023-cü il tarixdə icraya yönəlmişdir. - Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 15 mart 2023-cü il tarixli icraata başlamaq haqqında qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-439/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 702 №-li Hərbi Hissənin komandiri, polkovnik-leytenant Vüqar Qurbanov tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 157 №-li Hərbi Hissənin komandirinə ünvanlanmış 2018 nömrəli, xx.xx.2024cü il tarixli məktuba əsasən N nömrəli Hərbi Hissənin sabiq hərbi qulluqçusu kapitan İddiaçı müvafiq əmr ilə xx.xx.2024-cü il tarixdən xidmətini davam etdirmək uçun N nömrəli hərbi hissəyə göndərilmişdir. Kapitan İddiaçı Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin 62065/42 nömrəli xx.xx.2023-cü il tarixli İcra Sənədinə əsasən aylıq pul təminatından 50% miqdarında borc tutularaq Azər-Türk Bank ASC-nin hesabına köçürülməsinin təmin edilməsi xahiş edilmişdir. Qeyd: 1) Sumqayıt şəhəri üzrə icra idarəsinin 62065/42 nömrəli, xx.xx.2023-cü il tarixli İcra Sənədinə əsasən İddiaçı 5200.00 manat tutularaq "xxxx" ASCnin hesabına köçürülmüşdür. Qalan 5132.14 manat borc, 7 % icra ödənişi 723.25 manat tutulmamış borc qalığı kimi qalmışdır. - "xxxx" ASC-nin Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə, ünvan 1 ünvanlanmış 6- 3/xx/xx-4004 nömrəli, 08 aprel 2025 il tarixli məktubuna əsasən "xxxx" ASC-nin Cavabdeh və İddiaçı qarşı “pul tələbinə dair” Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 439/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borc tam ödənilmişdir. Yuxarıda qeyd edilənləri və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsini nəzərə alaraq, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-439/2023 saylı, xx.xx.2023-cü il tarixli İcra Sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 157 №-li Hərbi Hissənin komandiri, polkovnik-leytenant Aqil Cəfərov tərəfindən X1 ünvanlanmış 3-186/2-2814/25 nömrəli, xx.xx.2025-ci il tarixli məktuba əsasən N nömrəli hərbi hissənin hərbi qulluqçusu İddiaçı aylıq əmək haqqından, cəmi 5040,38 ( beş min qırx) manat 38 qəpik pul tutulmuşdur. Bu məbləğin 4307,14 ( dörd min üç yüz yeddi) manat 14 qəpik "xxxx" ASC-nin hesabına, 733,24 ( yeddi yüz otuz üç) manat 24 qəpik isə Sumqayıt şəhər İcra İdarəsinin hesabına köçürülmüşdür. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 702 №-li Hərbi Hissənin komandiri vəzifəsini müvəqqəti icra edən, mayor Rəşad Heydərov tərəfindən X1 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubuna əsasən N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu baş leytenant İddiaçı müvafiq əmr ilə xx.xx.2024-cü il tarixdən xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. Baş leytenant İddiaçı Sumqayıt şəhər İcra Və Probasiya Şöbəsinin 62065/42 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən aylıq pul təminatından 50% miqdarında borc tutuluraq "xxxx" ASC-nin hesabına köçürülməyini barədə icra sənədi daxil olmuşdur. Sumqayıt şəhər İcra Və Probasiya Şöbəsinin 62065/42 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən N nömrəli hərbi hissədə baş leytenant İddiaçı aylıq pul təminatından ümumilikdə 5200.00 manat tutularaq Azər-Türk Bank ASCnin hesabına köçürülmüşdür. Qalan 5132.14 manat borc, 7 % icra ödənişi 758.44 manat tutulmamış borc qalığı kimi N nömrəli hərbi hissəyə göndərilmişdir. - Sumqayıt şəhər 1 saylı vəkil bürosunun 600 saylı, 29 dekabr 2025-ci il tarixli arayışına əsasən İddiaçı tərəfindən Sumqayıt şəhər Məhkəməsində mülki işin aparılması ilə əlaqədar xx.xx.2025-ci il tarixdə vəkil Nümayəndə ilə 67217 saylı müqavilə bağlanmış və hüquqi yardımın göstərilməsinə görə vətəndaş İddiaçı Büronun hesabına 330 (üç yüz otuz) manat pul köçürmüşdür. - xx.xx.2025-ci il tarixli, 4626 nömrəli qəbzə əsasən Sumqayıt şəhər 1 saylı vəkil bürosunun hesabına 330 (üç yüz otuz) manat pul köçürülmüşdür. - xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən İddiaçı tərəfindən 122,60 (yüz iyirmi iki manat altmış qəpik) manat dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, İddiaçı Cavabdeh kredit borcuna zamin durmuşdur. Qanuni qüvvəsini almış məhkəmə aktına əsasən borc borclu Cavabdehn və zamin İddiaçı tutulmuşdur. Bundan sonra məhkəmə qətnaməsinə əsasən 9507,14 manat tutulan borc, həmçinin 733,24 manat icra ödənişi olmaqla, cəmi 10240,38 manat zamin - hazırki iş üzrə iddiaçı tərəfindən ödənilmişdir. Hazırda iddiaçı cavabdehin əvəzinə borcu və digər xərcləri ödəməsi nəticəsində ona dəymiş zərərin əvəzinin reqres qaydasında cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı məhkəmə qətnaməsi ilə hər iki tərəfdən müştərək qaydada tutulan borcu və digər xərcləri ödəmiş, bununla da ona maddi ziyan dəymişdir. Qanunvericiliyin tələbinə əsasən zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə tələb edə bilər. Hazırki halda isə borcu ödəməklə iddiaçının reqres qaydasında tələb hüququ yaranmışdır. Belə olan halda cavabdehdən 10240,38 manat dəymiş ziyan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Konistitusiyasının 71-ci maddəsinin 7-ci bəndinə əsasən İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin maddənin 2-ci bəndinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin maddənin 3-cü bəndinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında qeyd olunur ki, qanunverici öhdəliyi icra etmiş zaminin mənafelərinin müdafiəsini nəzərə alaraq, Mülki Məcəllənin 475.1-ci maddəsində kreditorun tələbini ödədiyi həcmdə sonuncunun borcluya qarşı malik olduğu hüquqların öhdəliyi icra etmiş zaminə keçdiyini müəyyən etmişdir. Yəni zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə, borclu öldüyü halda isə vərəsələrdən onlara çatan miras payı həcmində ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, cavabdeh X2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-439/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə ödənilmiş 9507,14 (doqquz min beş yüz yeddi manat on dörd qəpik) məbləğində borc və 733,24 manat (yeddi yüz otuz üç manat iyirmi dörd qəpik) məbləğində məcburi icra ödənişi olmaqla, cəmi 10240,38 (on min iki yüz qırx manat otuz səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin göstərilmiş hüquqi xidmətə görə pulun tutulması hissəsinə dair qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, qanunvericilik məhz işə məhkəmədə baxılması ilə əlaqədar nümayəndəyə və ya vəkilin göstərdiyi yardıma görə xərclərin digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilə bilinməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Məhkəmə qeyd edir ki, hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş məbləğlər hüquqi yardım göstərilməsi barədə müqavilənin tərəflərinin qarşılıqlı razılığı ilə müəyyənləşdirilir. Belə olan təqdirdə həmin müqavilədə göstərilən istənilən məbləğin ağlabatan hesab edilməsi mümkün deyildir. Nəzərə almaq lazımdır ki, hazırkı məhkəmə işi mürəkkəb iş də sayıla bilməz və məhkəmədə çoxsaylı məhkəmə iclasları da keçirilməmişdir. Bu hallar da vəkilin iddiaçıya göstərdiyi yardıma görə cavabdehdən alınıb iddiaçıya verilməsi məqsədilə xərclərin ağlabatan məbləğinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. Məhkəmə, işin konkret halları və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, iddiaçıya göstərilmiş hüquqi yardıma görə xərcin (haqqın) ağlabatan məbləğinin 330 (üç yüz otuz) manat müəyyən edir. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməli, məhkəmə hüquqi xidmətə görə 330 (üç yüz otuz) manat məbləğində pul vəsaiti cavabdeh X2 tutularaq İddiaçı ödənilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 122 (yüz iyirmi iki) manat dövlət rüsumu cavabdeh X2 tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-439/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə ödənilmiş 9507,14 (doqquz min beş yüz yeddi manat on dörd qəpik) məbləğində borc və 733,24 manat (yeddi yüz otuz üç manat iyirmi dörd qəpik) məbləğində məcburi icra ödənişi olmaqla, cəmi 10240,38 (on min iki yüz qırx manat otuz səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 122 (yüz iyirmi iki) manat dövlət rüsumu və hüquqi xidmətə görə ödənilmiş 330 (üç yüz otuz) manat məbləğində pul cavabdeh X2 tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-7046/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-7046/2025
14.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver