Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-705/2024 11.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi Həsənova Aysel Zaur qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı LPO QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortası Fondunun Cavabdeh qarşı "xxxx" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortası Fondu Cavabdeh qarşı "xxxx" tələbinə dair iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, LM112200076 saylı restrukturizasiya müqaviləsi üzrə Cavabdeh 6150,32 manat əsas borc, 28,67 manat faiz borcu, 0,82 manat cərimə olmaqla, cəmi 6.179,81 manat borcun və ödənilmiş 81,80 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının xx.xx.2024-cü il tarixə saat 10:00-a təyin edilməsi barədə iddiaçı QSC “Bank Standart” KB-nin elektron kabinetinə xx.xx.2024-cü il tarixdə məhkəmə bildirişi yerləşdirilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək, işə mahiyyəti üzrə baxılmasını tələb etmədi və iddia ərizəsi məhkəməyə daxil olandan sonra o, xx.xx.2024-cü il tarixdə 1.000 manat və xx.xx.2024-cü il tarixdə 510 manat ödəniş etmişdir. Bu səbəbdən mübahisəni məhkəmədən kənar həll etməyə razılaşmışlar. Qrafikə uyğun olaraq aylıq ödənişlərini etməklə borcunu ödəyəcəkdir. Odur ki, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş edir. Cavabdeh təqdim etdiyi ödəniş qəbzlərindən müəyyən edilir ki, iddia ərizəsi məhkəməyə daxil olandan sonra Cavabdeh xx.xx.2024-cü il tarixdə 1.000 manat və xx.xx.2024-cü il tarixdə 510 manat ödəniş etmişdir. Məhkəmə hesab edir ki, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçının nümayəndəsi məhkəmənin çağırışına gəlmədiyi və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyi üçün Azərbaycan Respublikası MPM-in 185.4, 259.0.7-ci maddələrinin tələbinə uyğun olaraq iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 185.4, 259, 259.0.7, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı LPO QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortası Fondunun Cavabdeh qarşı "xxxx" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. “X1” vasitəsilə xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 81,80 (səksən bir manat səksən qəpik) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən iddiaçı LPO QSC “Bank Standart” KB-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-705/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-705/2024
11.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver