Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-7064/2021 25.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 və X2 qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə 02.03.2021-ci il tarixdə bağlanmış HHA 11842 saylı nisyə alı-satqı müqaviləsi və X3 ilə 02.03.2021-ci il tarixdə bağlanmış HHA 11842 saylı zaminlik müqavilələri üzrə ödənilməmiş 185 ABŞ dolları əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1% (bir)-i həcmində 37 ABŞ dolları cərimə olmaqla, cəmi 222 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və X2 rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində tərəflərdən iddiaya qarşı etiraz daxil olmamışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 02.03.2021ci il tarixli, HHA 11842 saylı nisyə alqı-saqı müqaviləsinə əsasən müəyyən edilir ki, satıcı satış qiyməti 216 ABŞ dolları olan bir ədəd “Xiomi Redmi 9A” markalı mobil telefonu ödəniş cədvəlinə uyğun olaraq ödənilməsi şərtləri ilə cavabdehə verməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh2 adına tərtib edilmiş ödəniş cədvəlinə əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, o, müqavilə ilə müəyyən edilmiş malın dəyərini növbəti 9 ay ərzində, hər ay 24 ABŞ dolları ödəniş etmək şərti ilə 02.03.2021-ci il tarixinə qədər hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 08.01.2020-ci il tarixli qaiməyə əsasən müəyyən edilir ki, “Xiomi Redmi 9A” markalı telefon Cavabdeh2 tərəfindən təhvil alınmışdır. İş materiallarında olan 02.03.2021-ci il tarixli, HHA 11842 nömrəli zaminlik müqaviləsinə əsasən müəyyən edilir ki, X3 02.03.2021-ci il tarixdə bağlanmış HHA 11842 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə zaminlik öhdəliyini yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 10.09.2021-ci il tarixli pretenziya məktubuna əsasən müəyyən edilir ki, yaranmış borcla bağlı cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 07.06.2021-ci il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh2 ilə 02.03.2021-ci il tarixdə bağlanmış HHA 11842 nömrəli nisyə alqısatqı müqaviləsi və X3 ilə 02.03.2021-ci il tarixdə bağlanmış HHA 11842 nömrəli zaminlik müqaviləsi üzrə ödənilməmiş 185 ABŞ dolları əsas borc və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1%-i həcmində 37 ABŞ dolları cərimə olmaqla, cəmi 222 ABŞ dolları borc yaranmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh2 02.03.2021-ci il tarixli, HHA 11842 saylı nisyə-alqı satqı müqaviləsi üzrə və X1 02.03.2021-ci il tarixli, HHA 11842 saylı zaminlik müqaviləsi üzrə ödənilməmiş 185 ABŞ dolları əsas (qalıq) borc və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1% (bir)-i həcmində 37 ABŞ dolları cərimə olmaqla, cəmi 222 ABŞ dolları borc və 30 manat dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda cavabdehlər müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişlər. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 02.03.2021-ci il tarixli, HHA 11842 saylı nisyə-alqı satqı müqaviləsi üzrə və X1 02.03.2021-ci il tarixli, HHA 11842 saylı zaminlik müqaviləsi üzrə ödənilməmiş 185 ABŞ dolları əsas (qalıq) borc və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1% (bir)-i həcmində 37 ABŞ dolları cərimə olmaqla, cəmi 222 ABŞ dolları borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №e-2(004)-7064/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-7064/2021
25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver