Məhkəmə qərarları › İş №e-2(004)-711/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-711/2023

19.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-711/2023 19.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pulun tutulmasına, tələbin girov predmetinə yönəldilməsinə, girov predmetinin açıq hərracda satılmasına, və sair” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “pulun tutulmasına, tələbin girov predmetinə yönəldilməsinə, girov predmetinin açıq hərracda satılmasına, və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 19 Aprel 2022-ci il tarixli, YSLMB-08490 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 1317,52 manat, faiz borcuna görə 58,13 manat, cərimə borcuna görə 22,2 manat, cəmi 1397,85 manat pul və dövlət rüsumu kimi ödənilmiş 33,98 manat məbləğində pulun tutulması, Cavabdeh məxsus olan girov qoyulmuş aşağıdakı qızıl-zinət əşyalarına yönəldilməsi, bu qızıl-zinət əşyalarının hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 19 Aprel 2022ci il tarixli, YSLMB-08490 saylı kredit müqaviləsi üzrə cəmi 1397,85 manat pul və dövlət rüsumu kimi ödənilmiş 33,98 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan 19 Aprel 2022-ci il tarixli, YSLMB-08490 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Cavabdeh məhkəmə bildirişi və ona əlavə edilmiş sənədlər lazımı qaydada göndərilmiş, lakin o, qanunla nəzərdə tutulmuş vaxt ərzində hər hansı əsaslandırılmış etirazın dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022ci il tarixli, YSLMB-08490 saylı kredit müqaviləsinə əsasən, bank borcalana istehlak məqsədləri üçün 18 ay müddətinə illik 28.5% ödəmək şərtilə 1710 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, YSLMB-08490 saylı saxlanc girovu haqqında müqaviləyə əsasən xx.xx.2022-ci il tarixli, YSLMB-08490 saylı nömrəli kredit müqaviləsi üzrə nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi müstəqil qiymətləndirici tərəfindən 2843.10 manat dəyərində qiymətləndirilmiş qızıl-zinət əşyalarını bankın xeyrinə girova qoymuşdur. İş materiallarında olan saxlanc girovunun qiymətləndirilməsi və kassaya təhvil verilməsi haqqında xx.xx.2022-ci il tarixli, 00296798 nömrəli akta əsasən 583 əyarlı 5 ədəd üzük, 1 ədəd sep-klon, bir cüt sırğa, ümumilikdə 32,8 qram olan cəmi 7 ədəd qızıl-zinət əşyası 2843.10 manat məbləğində qiymətləndirilməklə, saxlanca qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC-nin cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişdən müəyyən olunur ki, yaranmış borcun ödənilməsi tələb olunmuş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə həmin borcun ödənilməsi üçün qanunamüvafiq tədbirlərin görüləcəyi barədə cavabdeh xəbərdar edilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən, xx.xx.2022-ci il tarixinə Cavabdeh xx.xx.2022-ci il tarixli, YSLMB-08490 saylı kredit müqaviləsi üzrə 1317,52 manat əsas, 58,13 manat faiz borcu, borcu 22,2 manat cərimə borcu, cəmi 1397,85 manat məbləğində borcu vardır İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 33,98 manat məbləğində dövlət rüsumu, 0,40 (qırx qəpik) manat bank xidmət haqqı ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, YSLMB-08490 saylı kredit müqaviləsinə əsasən borcluya illik 18 ay müddətinə illik 28.5% ödəmək şərtilə 1710 manat məbləğində kredit verilmişdir. Cavabdeh krediti alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə hesablanmış borcu qaytarmaq barədə öhdəlik götürmüşdür. İş üzrə iddiaçı "xxxx" ASC qeyd olunan məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəlikləri lazımınca icrasını təmin etməməklə müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Məhkəmə Cavabdeh xx.xx.2022-ci il tarixli, YSLMB-08490 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinədək 1317,52 manat əsas, 58,13 manat faiz borcu, borcu 22,2 manat cərimə borcu, cəmi 1397,85 manat məbləğində borcunun olması iş materialları ilə sübut olunduğundan, iddianı əsaslı hesab edir. Məhkəmə iddia tələbinin tutulacaq borcun girova qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməsi hissəsi üzrə qeyd edir ki, bu hissədə də tələb qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından əsaslı olduğundan təmin edilməli və cavabdehdən tutulmalı olan borc girova qoyulmuş Cavabdeh məxsus, saxlanca qəbul edilmə aktına əsasən bankın pul anbarına saxlanca qəbul edilmiş yeddi ədəd qızıl-zinət əşyasına yönəldilməli, qızıl-zinət əşyaları hərracda satılmaqla satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq hissəsi Cavabdeh qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanıн saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra elmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir Həmin Məcəllənin 298.3-cü maddəsinə əsasən əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, girov saxlayan çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, YSLMB-08490 saylı kredit müqaviləsi üzrə 1317,52 manat əsas, 58,13 manat faiz borcu, 22,2 manat cərimə borcu, cəmi 1397,85 manat borc və ödənilmiş 33.98 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalı, tutma bank qarşısında girov qoyulmuş, Cavabdeh məxsus, qızıl-zinət əşyalarına: 583 əyarlı 5 ədəd üzük, 1 ədəd sep-klon, bir cüt sırğa, ümumilikdə 32,8 qram olan cəmi 7 ədəd, ümumi dəyəri 2843.10 manat olan zinət əşyalarına yönəldilməli, qızıl-zinət əşyaları hərracda satılmaqla satışdan əldə olunan pul hesabına borc ödənilməli, borc ödənildikdən sonra artıq qalan məbləğ cavabdehə qaytarılmalıdır. Satışdan əldə olunan vəsait borcun ödənilməsinə yetərli olmadıqda qalıq borc ümumi qaydada Cavabdeh tutulmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilən 33,98 (otuz üç manat doxsan səkkiz qəpik) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, YSLMB-08490 saylı kredit müqaviləsi üzrə 1317,52 manat əsas, 58,13 manat faiz borcu, borcu 22,2 manat cərimə borcu, cəmi 1397,85 (min üç yüz doxsan yeddi manat səksən beş qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 33,98 (otuz üç manat doxsan səkkiz) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulsun. Cavabdehdən tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında girov qoyulmuş Cavabdeh məxsus - 583 əyarlı, çəkisi 21 qram olan 5 ədəd üzük, 583 əyarlı, çəkisi 7 qram olan 1 ədəd sep-klon, 583 əyarlı, çəkisi 4,8 qram olan bir cüt sırğa, ümumilikdə 32,8 qram olan cəmi 7 ədəd, ümumi dəyəri 2843.10 manat olan qızıl-zinət əşyalarına yönəldilsin. Həmin zinət əşyaları açıq hərrac yolu ilə realizə edilsin. Zinət əşyalarının satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh verilsin. Satışdan əldə olunan vəsait borcun ödənilməsinə yetərli olmadıqda qalıq borc ümumi qaydada Cavabdeh tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar