Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-7118/2025 19.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya vurulmuş zərərin aradan qaldırılması üçün çəkilmiş 5393,27 manat həcmində xərclərin əvəzinin, habelə vəkil xidməti üçün ödənilmiş 325 manat pulun və iddiaçı tərəfindən ödənilmiş 123 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 07 dekabr 2025-ci il tarixdə İddiaçı MMC-yə məxsus AZ **-AA-*** dövlət qeydiyyat nişanlı 2021-ci il buraxılışlı Mercedes Benz “Maybach S 580 4 Matic” minik avtomobili ünvan 1 ünvanında hərəkətsiz vəziyyətdə olduğu zaman Cavabdeh idarə etdiyi AZ **-FY-*** dövlət qeydiyyat nişanlı Mitsubishi Pajero minik avtomobili ilə arxadan vuraraq iddiaçının əmlakına xeyli miqdarda maddi zərər vurmuşdur. Hadisədən dərhal sonra iddiaçı avtomobili təmir etdirməyi təklif etsə də, cavabdeh sığortasına istinad edərək hər hansı zərərin əvəzinin ödənilməyəcəyini bildirmişdir. Hadisə yerinə dəvət edilmiş Bakı Şəhər DYPİ-nin YNH-nın inspektoru polis kapitanı A.R.Rəsulov inzibati xəta haqqında İXP ******* saylı xx.xx.2025-ci il tarixli Protokol tərtib edərək cavabdehin İXM-nin 327.1-ci maddəsinin tələblərini pozduğu qənaətinə gəlmiş və bununla bağlı TP ******* saylı xx.xx.2025-ci il tarixli“inzibati tənbeh vermə barədə” Qərar tərtib etmişdir. Bundan sonra iddiaçı mülkiyyətində olan nəqliyyat vasitəsinin ona xidmət edən “X2” MMC-nin servis xidmətinə təqdim etmiş və təmir sifarişi vermişdir. Sözügedən servis tərəfindən avtomobilə vurulmuş zərərin həcmi aşağıdakı kimi müəyyən edilmiş və №********** saylı xx.xx.2025-ci il tarixli Qüsur aktı verilmişdir. Həmin Qüsur aktına əsasən, avtomobilin aşağıdakı ehtiyyat hissələri qeyd olunan qiymətlərlə təmir edilməli/yenisi ilə əvəzedilməlidir: 1. Arxa buferin dəyişilməsi - 115,42 AZN 2. Buferin gücləndiricisinin dəyşilməsi (bufer çıxarılıb) - 115,42 AZN 3. Kuzovun arxa alt panelin təmiri - 346,26 AZN 4. Yük bölməsinin qapısının çıxarılıb/qoyulması - 63,48 AZN 5. Kuzovun geometrəsinin bərpa edilməsi - 173,13 AZN 6. Yük bölməsinin qapısının təmiri - 115,42 AZN 7. Arxa buferin rənglənməsi - 115,42 AZN 8. Yük bölməsinin qapısının rənglənməsi(3) - 115,42 AZN 9. Arxa sağ stop faranın dəyişilməsi - 28,86 AZN 10. Arxa panelin rənglənməsi - 115,42 AZN 11. Rənglənməkdən öncə hazırlıq işləri - 115,42 AZN Beləliklə, təmir-bərpa işlərinə 1 419,67 manat xərc tələb olunur. Bundan başqa,avtomobilin sıradan çıxmış aşağıda qeyd olunan ehtiyyat hissələrialınmalıdır: 1 TRİM, BUMPER 1 ədəd 2 692,44 AZN 2 TRİM, BUMPER 1 ədəd 745,42 AZN 3 TRİM STRİP 1 ədəd 154,87 AZN 4 TRİM STRİP 1 ədəd 103,46 AZN 5 TRİM STRİP 1 ədəd 146,10 AZN 6 BUMPER HOLDER 1ədəd 80,85 AZN 7 TAİLPİPE TRİM 1 ədəd 832,40 AZN 8 MOUNTİNG RAİL 1 ədəd 156,01 AZN 9 MOUNTİNG RAİL 1 ədəd 156,01 AZN 10 Bufer orta skelet 1 ədəd 155,98 AZN 11 REAR LAMP COMBİNATİON 1 ədəd 727,98 AZN 12 CROSSMEMBER 1 ədəd 1 256,67 AZN 13. Boya materialları 1 ədəd 180,00 AZN Beləliklə,ehtiyyat hissələrinin alınmasına cəmi 7388,19 manat tələb olunur. Ümumilikdə,ehtiyyat hissələrinin alınması və təmir-bərpa işləri birlikdə cəmi 10 393,27 manat tələb olunur. Bundan başqa, iddiaçı xüsusilə qeyd edir ki, iddiaçıya məxsus X7 S 580 4 Matic minik avtomobili “Bizness Klass – Lyuks” kateqoriya avtomobillərinə aiddir və alış qiyməti təxmini 500 000 min manata yaxın olmuşdur. Cavabdehin qanunazidd hərəkətləri nəticəsində avtomobilin zədələnməsi ilə bağlı olaraq aşınması (amortizasiyası) nəzərə alaraq əmtəə dəyəri normal vəziyyətdə, qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən aşağı olmuşdur. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 iyul 1997-ci tarixli 71 saylı qərarıəsasında Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən hazırlanmış № 21-46 saylı 01 iyun 1998-ci il tarixli “Köhnəlmə (amortizasiya) hesablanmasının yeni (açıq) metodunun tətbiqi üzrə” 08 iyun 1998-ci il tarixli Təlimata əsasən, amortizasiya olunan əmlak və onların tam bərpası üçün köhnəlmə (amortizasiya) normaları nəqliyyat vasitələri üçün 15 faizə qədər hədlər daxilində müəyyən edilir. İddiaçı qeyd edir ki, çox güman ki, mülki işin məhkəmə gedişi zamanı İddiaçı MMC-yə məxsus AZ **-AA-*** dövlət qeydiyyat nişanlı 2021-ci il buraxılışlı X7 S 580 4 Matic minik avtomobilinə vurulmuş zərərə görə köhnəlmə (amortizasiya) ilə bağlı minik avtomobilinin əmtəə dəyərinin hansı miqdarda aşağı düşməsi barədə ekspertiza təyin edilməsi barədə vəsatəti olacaqdır və bundan sonra iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmək niyyətindədirlər. İddiaçı hesab edir ki, minik avtomobilinin təmirinə cavabdehin mülki-hüquq pozuntusu nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün həmin pul vəsaitləri Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə izahatlarında bildirmişlər ki, iddia tələbini qəbul edirlər. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-AA-*** dövlət qeydiyyat nişanlı 2021-ci il buraxılışlı “Mercedes Benz “Maybach S 580 4 Matic” markalı minik avtomobili İddiaçı mülkiyyətindədir. İş materiallarında olan “X2” MMC-nin ********** nömrəli, xx.xx.2025-ci il tarixli Qüsur aktından görünür ki, **-AA-*** dövlət qeydiyyat nişanlı 2021-ci il buraxılışlı “Mercedes Benz “Maybach S 580 4 Matic” markalı minik avtomobilinin təmir-bərpa işləri 10393.27 manat təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh **-FY-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero minik” markalı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nin 327.1 maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixində saat 22:30-da R.Behbudov küçəsi ərazisində **-FY-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero minik” markalı nəqliyyat vasitəsini idarə edərkən müvafiq olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 40 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh xx.xx.2026-cı il tarixinədək TandM Global Services şirkətinə məxsus olan **-FY-*** dövlət qeydiyyat nişanlı Mitsubishi Pajero minik markalı avtomobili idarə etmək hüququ verilmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli arayışdan görünür ki, "xxxx" ASC xx.xx.2026-cı il tarixində 5000 manat məbləğində sığorta ödənişini İddiaçı MMC-nin hesabına köçürmüşdür. İş materiallarında olan xx.xx.2026-cı il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-nin hesabına 5000 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, **-FY-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero minik” markalı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdən X1 adında qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 07 dekabr 2025-ci il tarixdə Cavabdeh idarə etdiyi “Mitsubishi Pajero minik” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İddiaçı MMC-yə məxsus “X7 S 580 4 Matic” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 1 ünvanında hərəkətsiz vəziyyətdə olduğu zaman arxadan vuraraq iddiaçının əmlakına maddi zərər vurmuşdur. Bununla da, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 40 manat məbləğində cərimə olunmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-nin mülkiyyətində olan “X7 S 580 4 Matic” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Maddi zərərin məbləğində münasibətdə məhkəmə qeyd edir ki, "xxxx" MMC-nin ********** nömrəli, xx.xx.2025-ci il tarixli Qüsur aktına əsasən “X7 S 580 4 Matic” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilinin təmir-bərpa işlərinin 10393.27 manat təşkil etdiyi müəyyən olunmuşdur. Daha sonra "xxxx" ASC tərəfindən İddiaçı MMC-nin hesabına 5000 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Hazırda iddiaçı zərər məbləğinin qalan hissəsini, yəni 5393.27 manat pulu cavabdehdən tələb edir. Cavabdeh isə iddia tələbini qəbul edir. Məhkəmə qeyd edir ki, sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-yə məxsus “X7 S 580 4 Matic” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəydiyindən və Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilindiyindən iddiaçı 5393.27 manat zərər məbləğini iddiaçıdan tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır. Bundan əlavə, məlum olduğu kimi, MM zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1). Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması;törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması;ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu.Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı). Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginliklielektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqişəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh törətdiyi deliktə görə iddiaçının qarşısında mülki məsuliyyət daşıyır və iddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin avtomobilə dəymiş zərər məbləği cavabdeh tərəfindən mübahisələndirilməmiş, o, iddia tələbini qəbul etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh iddianın etiraf edilməsi barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsaəsn cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativhüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İşin araşdırılması zamanı faktın etirafının qəbul edilməməsinə əsas ola biləcək hallar müəyyən olunmadığından, məhkəmə cavadehin etirafını qəbul edir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5393.27 (beş min üç yüz doxsan üç manat iyirmi yeddi qəpik) manat məbləğində pul alınaraq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən, dövlət rüsumu ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və Cavabdeh hüquqi yardıma görə ödənilmiş 325 (üç yüz iyirmi beş manat) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 123 (bir yüz iyirmi üç) manat pul alınaraq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 5393.27 (beş min üç yüz doxsan üç manat iyirmi yeddi qəpik) manat məbləğində pul, hüquqi yardıma görə ödənilmiş 325 (üç yüz iyirmi beş manat) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 123 (bir yüz iyirmi üç) manat pul alınaraq İddiaçınə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-7118/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-7118/2025
19.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver