Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-718/2024 06.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli LM062000428 nömrəli restruksizasiya müqaviləsi üzrə yaranmış 7574,42 manat əsas borc, hesablanmış 225,46 manat faiz borcu, 11,04 manat cərimə olmaqla, cəmi 7810,92 manat; xx.xx.2020-ci il tarixli LM062000724 nömrəli restruksizasiya müqaviləsi üzrə yaranmış 1386,25 manat əsas borc, hesablanmış 41 manat faiz borcu olmaqla, cəmi 1429 manat və ödənilmiş 112,40 manat dövlət rüsumu olmaqla, ümumilikdə 9352,32 manat pul tutularaq iddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ləğv prosesində olan QSC “Bank Standard” KB ilə Cavabdeh arasında “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanına əsasən: xx.xx.2020-ci il tarixli LM062000428 saylı restrukturizasiya müqaviləsi bağlanmış, xx.xx.2015-ci il tarixli 1xx/xx/96213/15 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 7574,42 manat restruktrizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Faizlər restruktrizasiya olunan tarixdən borc məbləği banka tam məbləğdə faktiki qaytarılan günədək restruktrizasiya müddəti ərzində illik 1% olmaqla hesablanır. Restruktrizasiya müqaviləsi 60 ay müddətinə bağlanmış, borcun ödənilməli olduğu son tarix xx.xx.2025-ci il müəyyən olunmuşdur. xx.xx.2020-ci il tarixli LM062000724 saylı restrukturizasiya müqaviləsi bağlanmış, xx.xx.2014-cü il tarixli 1xx/xx/84293/14 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 1386,25 manat restruktrizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Faizlər restruktrizasiya olunan tarixdən borc məbləği banka tam məbləğdə faktiki qaytarılan günədək restruktrizasiya müddəti ərzində illik 1% olmaqla hesablanır. Restruktrizasiya müqaviləsi 60 ay müddətinə bağlanmış, borcun ödənilməli olduğu son tarix xx.xx.2025-ci il müəyyən olunmuşdur. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdehin Banka: xx.xx.2020-ci il tarixli LM062000428 saylı restrukturizasiya müqaviləsi üzrə 7574,42 manat əsas borc, 225,46 manat faiz borcu, 11,04 manat cərimə borcu olmaqla, cəmi 7810,92 manat; xx.xx.2020-ci il tarixli LM062000724 saylı restrukturizasiya müqaviləsi üzrə 1386,25 manat əsas borc, 41 manat faiz borcu olmaqla, cəmi 1429 manat borcu qalmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi verilmişdir. Lakin iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qəbul etdiyini, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 7810 manat və xx.xx.2020-ci il tarixli müqavilə 1429 manat borcunu etiraf etdiyini və borcunu hissə-hissə ödəməyə razı olduğunu bildirmişdir. İşə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının iddia tələbini müdafiə etməsinə dair ərizəsini, cavabdehin iddianı etiraf etməsinə dair ərizəsini, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, QSC “Bank Standart” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli LM062000428 saylı restrukturizasiya müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixli 1xx/xx/96213/15 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 7574,42 manat restruktrizasiya olunmuş və borcalan bu müqavilə ilə müəyyən olunan şərtlərə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Faizlər restruktrizasiya olunan tarixdən borc məbləği banka tam məbləğdə faktiki qaytarılan günədək restruktrizasiya müddəti ərzində illik 1% olmaqla hesablanır. Restruktrizasiya müqaviləsi 60 ay müddətinə bağlanmış, borcun ödənilməli olduğu son tarix xx.xx.2025-ci il müəyyən olunmuşdur. QSC “Bank Standart” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli LM062000724 saylı restrukturizasiya müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixli 1xx/xx/84293/14 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 1386,25 manat restruktrizasiya olunmuş və borcalan bu müqavilə ilə müəyyən olunan şərtlərə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Faizlər restruktrizasiya olunan tarixdən borc məbləği banka tam məbləğdə faktiki qaytarılan günədək restruktrizasiya müddəti ərzində illik 1% olmaqla hesablanır. Restruktrizasiya müqaviləsi 60 ay müddətinə bağlanmış, borcun ödənilməli olduğu son tarix xx.xx.2025-ci il müəyyən olunmuşdur. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında lazımi qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarından müəyyən edilir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Borcalan Cavabdeh müqavilə öhdəliyini yerinə yetirmədiyinə görə kreditor QSC “Bank Standart” KB borcalan Cavabdeh borcu tələb etməklə, tərəflər arasında bağlanmış xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixli restrukzisasiya müqavillələrini ləğv etmişdir. Borcalan Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 7574,42 manat əsas borc, hesablanmış 225,46 manat faiz borcu, 11,04 manat cərimə olmaqla, cəmi 7810,92 manat: xx.xx.2020-ci il tarixli müqavilə 1386,25 manat əsas borc, hesablanmış 41 manat faiz borcu olmaqla, cəmi 1429 manat borcu yaranmışdır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli restruksizasiya müqaviləsi üzrə yaranmış 7574,42 manat əsas borc, hesablanmış 225,46 manat faiz borcu, 11,04 manat cərimə olmaqla, cəmi 7810,92 manat; xx.xx.2020-ci il tarixli restruksizasiya müqaviləsi üzrə yaranmış 1386,25 manat əsas borc, hesablanmış 41 manat faiz borcu olmaqla, cəmi 1429 manat və ödənilmiş 112,40 manat dövlət rüsumu olmaqla, ümumilikdə 9352,32 manat pul tutularaq iddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli LM062000428 nömrəli restruksizasiya müqaviləsi üzrə yaranmış 7574,42 manat əsas borc, hesablanmış 225,46 manat faiz borcu, 11,04 manat cərimə olmaqla, cəmi 7810,92 manat; xx.xx.2020-ci il tarixli LM062000724 nömrəli restruksizasiya müqaviləsi üzrə yaranmış 1386,25 manat əsas borc, hesablanmış 41 manat faiz borcu olmaqla, cəmi 1429 manat və ödənilmiş 112,40 manat dövlət rüsumu olmaqla, ümumilikdə 9352,32 manat (doqquz min üç yüz əlli iki manat otuz iki qəpik) pul tutularaq iddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-718/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-718/2024
06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver