Məhkəmə qərarları › İş №e-2(004)-719/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-719/2024

13.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-719/2024 13.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC xeyrinə 11272,63 manat (on bir min iki yüz yetmiş iki manat altmış üç qəpik) əsas, 568,02 manat (beş yüz altmış səkkiz manat iki qəpik) faiz borcu olmaqla, cəmi 11840.65 manat ( on bir min səkkiz yüz qırx manat altmış beş qəpik) borc və ödənilmiş 125,92 manat (yüz iyirmi beş manat doxsan iki qəpik) dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh Qəmbərov İlham Ramiz oğluna şəxsi (istehlak) məqsədləri üçün 48 ay (qırx səkkiz) müddətinə nağd şəkildə istifadə olunmaqla 11800 manat (on bir min səkkiz yüz)məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2022-ci il tarixli 1102627/30391 saylı zaminlik müqaviləsinə əsasən Qəmbərov İlham Ramiz oğlu bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh1 ona zamin durmuşdur. Zaminlik müqaviləsinin 1.1.-ci bəndinə görə, borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zaminlər, brocalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 xx.xx.2023-cü il tarixinə əsas borc 11272,63 manat (on bir min iki yüz yetmiş iki manat altmış üç qəpik), 568,02 manat (beş yüz altmış səkkiz manat iki qəpik) faiz borcu, 11840.65 manat ( on bir min səkkiz yüz qırx manat altmış beş qəpik) məbləğində borcu təşkil olunmuşdur. İş materiallarına əlavə olunmuş AZ-İİ №300636 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Qəmbərov İlham Ramiz oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin internet saytından əldə etdiyimiz məlumata əsasən Qəmbərov İlham Ramiz oğlunun vəfatından sonra Bakı şəhəri 23 saylı Notariat ofisində vərəsəlik işinin açılması aşkarlanmışdır. Bankın xx.xx.2023-cü il tarixdə qeyd olunan notariat ofisinə ünvanladığı sorğusuna cavab olaraq, xx.xx.2023-cü il tarixində vərəsəlik işi açılmışdır və Qəmbərov İlham Ramiz oğlunun vərəsəsi-ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2dır. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, Azər-Türk Bank” ASC tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdehlər borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişlər. Cavabdehlərə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Bununla da cavabdehlərdən kredit müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Hal-hazırda cavabdehlərin, kredit müqaviləsinə əsasən Azər-Türk Bank” ASC-yə məxsus olan əsas və ona hesablanmış faiz borcu 11840.65 manat ( on bir min səkkiz yüz qırx manat altmış beş qəpik) təşkil edir, bu borcun da cavabdehlər tərəfindən ödənilməsi təmin edilməlidir. İddiaçı ASC xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, hazırki mülki iş üzrə bütün məhkəmə iclaslarını iddiaçı tərəf olaraq onların iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: İddiaçı ASC ilə Qəmbərov İlham Ramiz oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* saylı kredit müqaviləsinə əsasən görünür ki, bank borcalana 48 ay (qırx səkkiz) müddətinə, illik 17% (on yeddi faiz) olmaqla, 11800 manat (on bir min səkkiz yüz) məbləğində kredit verməyi, borcalan isə aldığı krediti və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada banka qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli, 1102627/30391 saylı zaminlik müqaviləsinə əsasən, İddiaçı ASC ilə Cavabdeh1 (bundan sonra “borcalan”) arasında xx.xx.2022-ci il tarixinddə bağlanmış ******* nömrəli kredit müqaviləsi əsasında “borcalana” veriləcək 11800 manat (on bir min səkkiz yüz manat) məbləğində kreditlə əlaqədar olaraq “borcalan” bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək “zamin”, “borcalan” ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Bakı şəhəri 23 saylı notariat ofisi tərəfindən verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Qəmbərov X1 vərəsəsi ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh2dır və o miras əmlakdan tam hissədə pay almalıdır. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Qəmbərov İlham Ramiz oğlunun xx.xx.2022-ci il tarixli ******* kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 527,37 manat ( beş yüz iyirmi yeddi manat otuz yeddi qəpik) əsas, 504,63 manat (beş yüz dörd manat altmış üç qəpik) faiz, 11840,65 manat (on bir min səkkiz yüz qırx manat altmış beş qəpik) məbləğində borcu vardır. Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cu il tarixli, AZ-İİ seriyalı 300636 saylı, ölüm haqqında şəhadətnamədən görünür ki, Qəmbərov İlham Ramiz oğlu xx.xx.2023-cü ildə ölmüşdür. xx.xx.2023-cü il tarixli bildirişə əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borcun ödənmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli, ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 125,92 manat (yüz iyirmi beş manat doxsan iki qəpik) dövlət rüsumu ödənilmişdir. Mülki Məcəllənin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. 1151-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Qəmbərov İlham Ramiz oğlu kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. X2 Ramiz oğlunun ölümündən sonra mirası qəbul etmiş vərəsəsi olan Cavabdeh2 miras qoyan, həmçinin kredit müqaviləsi üzrə borclu olan Qəmbərov İlham Ramiz oğlunun öhdəlikləri üzrə borcluya çevrilmişdir. Eyni zamanda Cavabdeh1 xx.xx.2022-ci il tarixli, 1102627/30391 saylı zaminlik müqaviləsinə əsasən borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 miras qoyan Qəmbərov İlham Ramiz oğlunun xx.xx.2022-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə öhdəliklərinin (müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri) yerinə yetirilməsi üçün kreditor olaraq İddiaçı ASC qarşısında birgə məsuliyyət daşıyırlar. Lakin, borclunun vərəsəsi olaraq Cavabdeh2 və zamin borclunun kredit müqaviləsi üzrə kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdirlər. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borcun və ona hesablanmış faizin ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11272,63 (on bir min iki yüz yetmiş iki manat altmış üç qəpik) manat əsas, 568,02 (beş yüz altmış səkkiz manat iki qəpik) manat faiz olmaqla, cəmi 11840,65 (on bir min səkkiz yüz qırx manat altmış beş qəpik) manat məbləğində pul və ödənilmiş 125,92 (yüz iyirmi beş manat doxsan iki qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11272,63 (on bir min iki yüz yetmiş iki manat altmış üç qəpik) manat əsas, 568,02 (beş yüz altmış səkkiz manat iki qəpik) manat faiz olmaqla, cəmi 11840,65 (on bir min səkkiz yüz qırx manat altmış beş qəpik) manat məbləğində pul və ödənilmiş 125,92 (yüz iyirmi beş manat doxsan iki qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar