Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-7214/2025 14.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 09 avqust 2023-cü il tarixli 374344-CNS-47452 saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə Banka 17.734,43 (on yeddi min yeddi yüz otuz dörd, 43) manat məbləğində əsas borc, 1.049,39 (bir min qırx doqquz, 39) manat məbləğində faiz borcu, 810,25 (səkkiz yüz on, 25) manat məbləğində cərimə, ümumilikdə isə 19.594,07 (on doqquz min beş yüz doxsan dörd, 07) manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 148,78 (bir yüz qırx səkkiz, 78) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASCnə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixli “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olub həmin şərtləri qəbul edərək, 09 avqust 2023-cü il tarixli 374344-CNS-47452 saylı “Nağd pul kreditin əsas şərtlərinə dair müştəri ərizəsi ilə İddiaçı ASC-nə müraciət etmiş və ona istehlak məqsədilə illik 15 (on beş) faiz hesablanması şərti ilə 59 (əlli doqquz) ay müddətinə 25.550 (iyirmi beş min beş yüz əlli) manat məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, Bank isə aksept etmiş, yəni təklifi qəbul etmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.25.3-cü bəndinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.25.3-cü bəndinə əsasən Bank krediti ümumi şərtlər rəsmiləşdirildikdən və komisyon haqqı ödənildikdən sonra müştərinin müvafiq ərizədə göstərdiyi cari hesabına köçürür. Bank kredit vəsaitini əldə etmək üçün müştəriyə ödəniş kartı təqdim edir və müştəri onun “cari hesabın”dan “kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2025-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə Banka 17.734,43 (on yeddi min yeddi yüz otuz dörd, 43) manat məbləğində əsas borc, 1.049,39 (bir min qırx doqquz, 39) manat məbləğində faiz borcu, 810,25 (səkkiz yüz on, 25) manat məbləğində cərimə, ümumilikdə isə 19.594,07 (on doqquz min beş yüz doxsan dörd, 07) manat məbləğində borcu qalmışdır. Cavabdeh tərəfindən imzalanmış 09 avqust 2023-cü il tarixli 374344-CNS-47452 saylı“Nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsindən müəyyən edilir ki, Cavabdeh “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olmuş və həmin şərtləri qəbul etmişdir. “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.25.3-cü bəndinə əsasən ... Bu Müqavilə üzrə gecikdirilmiş kreditə görə, nağd pul kreditləri üzrə, hər gecikdirilən gün üçün ərizə-razılaşmada göstərilən cərimə tətbiq edilir. 09 avqust 2023-cü il tarixli 374344-CNS-47452 saylı “Nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsindən isə müəyyən edilir ki, gecikdirilmiş borc üzrə hər gecikdirilən gün üçün hər tam və ya natamam 10 manat üçün 0,05 manat məbləğində cərimə hesablanır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfindən Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. İddiaçı Bank VTB (Azərbaycan)” ASC-nin nümayəndəsi Nümayəndə AZEMİS vasitəsilə xx.xx.2026-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə iddiaçı tərəfində olan bütün sübutların məhkəməyə təqdim edildiyini, bununla əlaqədar olaraq mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən, əsas və fazi borcu hissəsində qəbul etdiyini, kreditdə gecikməsinə səbəb işdən çıxmağı və maddi imkansızlığı olmuşdur. Nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 09 avqust 2023-cü il tarixli 374344-CNS-47452 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən istehlak məqsədilə Cavabdeh 59 ay müddətinə illik 15% dərəcəsi ödəmək şərti ilə 25550 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2023-cü il tarixli, 374344-CNS-47452 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 17734,43 manat əsas borc, 1049,39 manat faiz borcu, 810,25 manat cərimə olmaqla, ümumilikdə 19594,07 (on doqquz min beş yüz doxsan dörd manat yeddi qəpik) manat borcu vardır. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 374344-CNS- 47452 nömrəli kredit müqaviləsi üzrə 01 dekabr 2025-ci il tarixinə İddiaçı ASC-yə 17734,43 (on yeddi min yeddi yüz otuz dörd manat qırx üç qəpik) manat əsas borc, 1049,39 (bir min qırx doqquz manat otuz doqquz qəpik) manat faiz borcu, 810,25 (səkkiz yüz on manat iyirmi beş qəpik) manat cərimə olmaqla, cəmi 19594,07 (on doqquz min beş yüz doxsan dörd manat yeddi qəpik) borcu yaranmışdır. Borc məbləğinin 3 (üç) iş günü müddətində tam olaraq ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 148,78 (yüz qırx səkkiz manat yetmiş səkkiz qəpik) manat dövlət rüsumu ödənilmişdir. İş materialları ilə sübut olunur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə öhdəliyini icra etməmiş və bununla da onun banka ödənilməmiş borcu qalmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə iddia tələbini əsas borc və faiz borcu hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə təmin edilməli, xx.xx.2025-ci il tarixinə olan məbləğ - 17734,43 manat məbləğində əsas borc və 1049,39 manat məbləğində faiz borcu Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddianın əsas borca hesablanmış 810,25 manat cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından endirilməli və 100 (yüz) manat məbləğində müəyyən edilməli, həmin məbləğ Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 17734,43 (on yeddi min yeddi yüz otuz dörd manat qırx üç qəpik) manat əsas borc, 1049,39 (bir min qırx doqquz manat otuz doqquz qəpik) manat faiz borcu, 100 (yüz) manat cərimə olmaqla, cəmi 18883,82 (on səkkiz min səkkiz yüz səksən üç manat səksən iki qəpik) manat məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş 148,78 (yüz qırx səkkiz manat yetmiş səkkiz qəpik) manat dövlət rüsumunun 143 (yüz qırx üç) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 17734,43 (on yeddi min yeddi yüz otuz dörd manat qırx üç qəpik) manat əsas borc, 1049,39 (bir min qırx doqquz manat otuz doqquz qəpik) manat faiz borcu, 100 (yüz) manat cərimə olmaqla, cəmi 18883,82 (on səkkiz min səkkiz yüz səksən üç manat səksən iki qəpik) manat məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulsun. Ödənilmiş 148,78 (yüz qırx səkkiz manat yetmiş səkkiz qəpik) manat dövlət rüsumunun 143 (yüz qırx üç) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-7214/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-7214/2025
14.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver