Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-7219/2025 05.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X5-Məmmədova Ramiz qızının sədrliyi ilə, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı "kredit müqaviləsi üzrə pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11 mart 2025-ci il tarixli, 359257-CNS65063 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən xx.xx.2025-ci il tarixə Banka borclu olduğu 10.914,42 (on min doqquz yüz on dörd, 42) manat məbləğində əsas borc, 364,96 (üç yüz altmış dörd, 96) manat məbləğində faiz borcu, ümumilikdə isə 11.279,38 (on bir min iki yüz yetmiş doqquz, 38) manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 123,84 (bir yüz iyirmi üç, 84) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında bağlanmış 11 mart 2025-ci il tarixli 359257-CNS-65063 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli 359257- CNS-40389 saylı kredit müqaviləsi üzrə Banka xx.xx.2025-ci il tarixə mövcud olan borcu kapitallaşdırılmış və o, 11.181,76 (on bir min bir yüz səksən bir, 76) manat məbləğində borcu illik 15 (on beş) faiz hesablanması şərti ilə 59 (əlli doqquz) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2025-ciil tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 10.914,42 (on min doqquz yüz on dörd, 42) manat məbləğində əsas borc, 364,96 (üç yüz altmış dörd, 96) manat məbləğində faiz borcu, ümumilikdə isə 11.279,38 (on bir min iki yüz yetmiş doqquz, 38) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfimizdən Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi şəkildə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş iddiaçının nümayəndəsinin izahatını dinləyərək, üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "Bank VTB (Azərbaycan)" ASC ilə Cavabdeh arasında bağlanmış 11 mart 2025-ci il tarixli, 359257-CNS65063 saylı “Kredit borcunun restrukturizasiyası” müqaviləsinə əsasən, «Bank» «Kredit alan»a 11.181,76 (on bir min bir yüz səksən bir manat yetmiş altı qəpik) manat məbləğində və 59 ay müddətində (irəlidə «Kredit müddəti») kredit məbləği ayırmağı (irəlidə «Kredit»), «Kredit alan» isə Krediti, Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən təyinatına uyğun olaraq istifadə etməyi, krediti qaytarmağı və kreditdən istifadəyə görə «Bank»a 15% illik faizi (irəlidə Faizlər) ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2025-ci il tarixli ********* nömrəli ödəniş tapşırığından görünür ki, "Bank VTB (Azərbaycan)" ASC tərəfindən kredit müqaviləsinə əsasən Cavabdeh hesabına 11.181,76 (on bir min bir yüz səksən bir manat yetmiş altı qəpik) manat məbləğində pul köçürülmüşdür. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 11 mart 2025-ci il müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 10914,42 (bir yüz doqquz min on dörd manat qırx iki qəpik) manat əsas borc, 364,96 (üç yüz altmış dörd manat doxsan altı qəpik) manat faiz borcu, ümumilikdə isə 11279,38 (on bir min iki yüz yetmiş doqquz manat otuz səkkiz qəpik) manat məbləğində borcu yaranmışdır. Müqavilə üzrə öhdəliyini xx.xx.2025-ci il tarixdən icra etmir. "Bank VTB (Azərbaycan)" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, borclu Cavabdeh 10914,42 (bir yüz doqquz min on dörd manat qırx iki qəpik) manat əsas borc, 364,96 (üç yüz altmış dörd manat doxsan altı qəpik) manat faiz borcu, ümumilikdə isə 11279,38 (on bir min iki yüz yetmiş doqquz manat otuz səkkiz qəpik) manat məbləğində borcun ödənilməsinin 3 iş günü ərzində təmin edilməsi, əks halda qanunvericiliyə uyğun tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. "Bank VTB (Azərbaycan)" ASC tərəfindən verilmiş Cavabdeh bank hesabından xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək olan dövrü əhatə edən çıxarışdan görünür ki, Cavabdeh tərəfindən avqust və sentyabr ayları üzrə ödənişlər edilməmiş, sonuncu dəfə xx.xx.2025-ci il tarixində 410 manat məbləğində kredit ödənişi edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır; 740.80-ci maddəsinə əsasən, kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. 11 mart 2025-ci il tarixli “Kredit borcunun restrukturizasiyası” müqaviləsi ilə iddiaçı "Bank VTB (Azərbaycan)" ASC üzərinə düşən öhdəliklərini yerinə yetirmiş, müqavilə üzə krediti Cavabdeh vermiş, cavabdeh isə bunun əksinə olaraq öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, borcunu tam və vaxtında ödəməmişdir. Bunun nəticəsində cavabdehin banka 11 mart 2025-ci il tarixli “Kredit borcunun restrukturizasiyası” müqaviləsinə əsasən 10914,42 (bir yüz doqquz min on dörd manat qırx iki qəpik) manat əsas borc, 364,96 (üç yüz altmış dörd manat doxsan altı qəpik) manat faiz borcu, ümumilikdə isə 11279,38 (on bir min iki yüz yetmiş doqquz manat otuz səkkiz qəpik) manat məbləğində borcu yaranmışdır. Cavabdeh məhkəməyə iddiaya dair etirazını və ya borcun ödənilməsini təsdiq edən sübutlarlarını təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən əsas və faiz borcunu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 123,84 (bir yüz iyirmi üç manat səksən dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 10.914,42 (on min doqquz yüz on dörd manat qırx iki qəpik) manat əsas, 364,96 (üç yüz altmış dörd manat doxsan altı qəpik) manat faiz borcu olmaqla, cəmi 11.279,38 (on bir min iki yüz yetmiş doqquz manat otuz səkkiz qəpik) manat məbləğində pul və ödənilmiş 123,84 (bir yüz iyirmi üç manat səksən dörd qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 10.914,42 (on min doqquz yüz on dörd manat qırx iki qəpik) manat əsas, 364,96 (üç yüz altmış dörd manat doxsan altı qəpik) manat faiz borcu olmaqla, cəmi 11.279,38 (on bir min iki yüz yetmiş doqquz manat otuz səkkiz qəpik) manat məbləğində pul və ödənilmiş 123,84 (bir yüz iyirmi üç manat səksən dörd qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-7219/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-7219/2025
05.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver