Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-7228/2025 16.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “binanın fasadında yerləşdirilmiş kondisioner qurğusunun sökülməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “binanın fasadında yerləşdirilmiş kondisioner qurğusunun sökülməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanında Cavabdeh tərəfindən binanın fasadında qanunsuz şəkildə quraşdırılmış kondisioner qurğusunun sökülməsi və 1378,5 manat məbləğində maddi ziyanın və 34 manat məbləğində dövlət rüsumunun, cəmi 1412,50 manat pulun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə hazırlıq iclası 16 yanvar 2026-cı il tarixə, saat 16:20-yə təyin edilmişdir. Məhkəmə iclası zamanı hakim qeyd etmişdir ki, hazırki iddia ərizəsi qiymətləndirilməyən iddialara aid edildiyindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Lakin iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 34.60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu səbəbdən iddiaçının nümayəndəsinə dövlət rüsumunun qalan hissəsinin, yəni 65.40 manat məbləğində pulun ödənilməsi təklif edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 izahatında bildirmişdir ki, hazırki iddia ərizəsinin verilməsi üçün 34.60 manat məbləğində dövlət rüsumunun öədnilməsi kifayətdir. Odur ki, əlavə dövlət rüsumunun ödənilməsinə etiraz etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən iddia ərizəsi verilərkən dövlət rüsumu az ödənildiyindən və iddiaçının nümayəndəsi hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanı aradan qaldırmadığından İddiaçı Cavabdeh qarşı “binanın fasadında yerləşdirilmiş kondisioner qurğusunun sökülməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 34,60 (otuz dörd manat altmış qəpik) manat ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi zamanı dövlət rüsumu tutulur. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. İddianın mahiyyətindən görünür ki, iddiaçı cavabdeh tərəfindən binanın fasadında qanunsuz şəkildə quraşdırılmış kondisioner qurğusunun sökülməsini və 1378,50 manat məbləğində maddi ziyanın ödənilməsini tələb etmişdir. Göründüyü kimi iddiaçı iddia tələbinin qiymətləndirilən hissəsinə münasibətdə 34,60 manat dövlət rüsumunu ödəsə də, iddia tələbinin qiymətləndirilməyən hissəsinə münasibətdə dövlət rüsumununun qalan hissəsini, yəni 65,40 manat məbləğində dövlət rüsumunu ödəməmişdir. Məhkəmə iclası zamanı da qalıq məbləğin ödənilməsinə etiraz etmişdir. Belə ki, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-in 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.12, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “binanın fasadında yerləşdirilmiş kondisioner qurğusunun sökülməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-7228/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-7228/2025
16.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver