Məhkəmə qərarları › İş №e-2(004)-729/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-729/2025

23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-729/2025 23.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, сavabdeh Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, BPM**********98 nömrəli kredit müqaviləsi üzrə 1630.02 manat əsas borc, vəfat etdiyi tarixə 0.02 manat faiz borcu olmaqla, cəmi 1630.04 manat, ödənilmiş 36.30 manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Sabunçu filialı ilə cavabdeh Daşdəmirova Validə Hüseyn qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********98 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 42 ay müddətinə, illik 21 faiz dərəcəsi ilə hesablanmaqla 10.000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X9 Hüseyn qızı xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. ünvan 4 tərəfindən verilən məlumata əsasən Daşdəmirova Validə Hüseyn qızının mirasını qəbul etmiş vərəsə Cavabdeh müraciəti əsasında xx.xx.2022-ci il tarixdə vərəsəlik işi açılmış, lakin vərəsəlik şəhadətnaməsi verilməmişdir. Maliyyə arayışına əsasən, Daşdəmirova Validə Hüseyn qızının kredit borcu üzrə Banka ödənilməmiş borcu – 1.630,02 manat əsas borc, 0,02 manat faiz borcu olmaqla, cəmi 1.630,04 manat borcu qalmışdır. Cavabdeh Daşdəmirli X4 Validə Hüseyn qızının vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh borcun qaytarılması haqqında tərəflərindən xx.xx.2024-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 1.630,04 manat olduğundan, tərəflərindən 36,30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı ödənilmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, bildirdi ki, "xxxx" ASC-nin ona qarşı 1672,71 manat borcun ödənilməsi barədə iddia qaldırmışdır və o həmin iddia ərizəsinə etiraz ərizəsini məhkəməyə təqdim etmişdir. "xxxx" ASC Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Qərarını təhrif edərək iddia ərizəsində əsaslandırmışlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Qərarında göstərilir : Göstərilənlər əsasında belə nəticəyə gəlmək olar ki, vərəsəlik şəhadətnaməsi olmadığı halda, miras qoyanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə vərəsələrin mirası qəbul etmələri faktının təsdiq edilməsi barədə kreditorun ərizəsi hüquq sahibi tərəfindən verilmədiyindən və müvafiq məsələ hüquq haqqında mübahisə doğurduğundan işə mövcud qanunvericilik normalarına uyğun olaraq xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılmalı və həll edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. Konstitisiyanın 60-cı maddəsinə, Mülki Məcəllənin 1243 və 1306.1-ci maddələrinə, habelə Mülki Məcəllənin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır." Göründüyü kimi, bu qərar iddianın mülki iddia və ya xüsusi icraat qaydasında baxılması ilə bağlıdır və vərəsəyə qarşı belə bir iddianın qaldırılması yalnız miras əmlak olduğu halda mümkündür. Konstitusiya Məhkəməsinin qərarında Mülki Məcəllənin 1306.1-ci maddəsinə də istinad olunur ki, həmin maddədə müəyyən edilir ki, “Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına münasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar." Mirasın qəbul edilməsi ilə bağlı ərizənin verilməsi və vərəsəlik şəhadətnamənin verilməməsi ilə bağlı iddianın təmin edilməsi yalnız miras əmlakın mövcudluğu halında mümkündür. Bu iddia ərizəsi məhkəmə tərəfindən bir dəfə araşdırılmış, "xxxx" ASC özü də vərəsəliyin açıldığı notariat kontoruna sorğu vermiş və müəyyən edlmişdir ki, cavabdehə hər hansı bir miras əmlak qalmamışdır. Qeyd oluanları nəzərə alaraq, “Azərbaycan Beynəlxalq Bankı" ASCnin mənə qarşı pul tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, onun rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2019-cu il tarixli, BPM**********98 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" - Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən “Borc alan” Daşdəmirova Validə Hüseyn qızına 42 ay müddətində (xx.xx.2023-cü il tarixinədək) 10.000 (on min) manat məbləğində kreditdən istifadəyə görə illik 21 % ödəmək şərti ilə kredit verməyi, Borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı öhdəsinə götürür. 13 senyabr 2024-cü il tarixli Maliyyə arayışından görünür ki, Daşdəmirova Validə Hüseyn qızının xx.xx.2019-cu il tarixli, BPM**********98 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 1.630,02 əsas borc və 0,02 manat faiz borcu olmaqla, cəmi 1.630,04 manat məbləğində borcu vardır. xx.xx.2024-cü il tarixli xəbərdarlığa əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdeh Daşdəmirova Validə Hüseyn qızının vərəsəsi Cavabdeh xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli, ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 36,30 manat dövlət rüsumu ödənilmişdir AR Ədliyyə Nazirliyi ünvan 4ndə 08 sentyabr 2022-ci il tarixdə açılmış V-70/2022 saylı vərəsəlik işində olan: Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 286400 saylı Ölüm haqqında Şəhadətnamədən görünür ki, Daşdəmirova Validə Hüseyn qızı 26 may 2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 272632 saylı Ölüm haqqında şəhadətnamədən görünür ki, X5 05 iyul 2006-cı il tarixdə ölmüşdür. Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 054530 saylı Doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx xxxxxx 1978-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1, anası Daşdəmirova Validə Hüseyn qızıdır. AR Ədliyyə Nazirliyi ünvan 1 ünvanlanmış 12 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş Daşdəmirova Validə Hüseyn qızının vərəsəsi qızı - Cavabdeh ünvan 4nə müraciət etmişdir. xx.xx.2022-ci ildə tərəflərindən vərəsəlik işi açılmıdşır. Vərəsəyə “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” verilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı ünvan 2 ünvanlanmış 26 iyul 024-cü il tarxili sorğuya cavab məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi keçmiş X2 və İstismarı Birliyinin 29 dekabr 2001-ci il tarixli 30637 nömrəli icarə müqaviləsi əsasında 30 noyabr 2017-ci il tarixdə X6 adına qeydiyyata alınmışdır. 4 saylı Bakı “Asan” xidmət mərkəzinin notariat kontorunda təsdiq edilmiş 4Ə-424 reyestr nömrəli 27 mart 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2018-ci il tarixdə X7 adına qeydiyyata alınmışdır və ********** qeydiyyat nömrəli, Seriya rx ******* saylı çıxarışla rəsmiləşdirilmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən, isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Daşdəmirova Validə Hüseyn qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********98 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən kredit alan Daşdəmirova Validə Hüseyn qızına 42 ay müddətində (xx.xx.2023-cü il tarixinədək) 10.000 (on min) manat məbləğində kreditdən istifadəyə görə illik 21 % ödəmək şərti ilə kredit verilmişdir. V.Daşdəmirova kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirməmişdir, banka kredit borcu yaranmışdır. Daşdəmirova Validə Hüseyn qızı 26 may 2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Mərhumun qızı, hazırki iş üzrə Cavabdeh anasından miras qalmış əmlakı – ünvan 3 ünvanında yerləşən 0.12 ha torpaq sahəsini qəbul etmək üçün ünvan 4nə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə ünvan 4 tərəfindən V-70/2022 saylı vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 26 iyul 024-cü il tarxili məktubuna əsasən müəyyən olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi keçmiş X2 və İstismarı Birliyinin 29 dekabr 2001-ci il tarixli 30637 nömrəli icarə müqaviləsi əsasında 30 noyabr 2017-ci il tarixdə X6 adına qeydiyyata alınmışdır. 4 saylı Bakı “Asan” xidmət mərkəzinin notariat kontorunda təsdiq edilmiş 4Ə-424 reyestr nömrəli 27 mart 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2018-ci il tarixdə X7 adına qeydiyyata alınmışdır və ********** qeydiyyat nömrəli, Seriya rx ******* saylı çıxarışla rəsmiləşdirilmişdir. Odur ki, ünvan 4 tərəfindən xx.xx.2022-ci il tarixdə vəfat etmiş Daşdəmirova Validə Hüseyn qızının vərəsəsi qızı - Cavabdeh “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” verilməmişdir. Hazırda iddiaçı "xxxx" ASC cavabdehin mərhumun hüquqi varisi olduğunu iddia edərək, kredit borcunun tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddianı qəbul etmir. İş materiallarında olan sənədlərdən görünür ki, cavabdeh mirası qəbul etmək üçün notariat ofisinə müraciət etsə də, faktiki olaraq, miras əmlakın olmaması səbəbindən mirası qəbul edə bilməmiş, notariat ofisi tərəfindən ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərinin hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Göründüyü kimi, borcun vərəsəyə keçməsi üçün vərəsə miras aktivi almalıdır, lakin cavabdeh miras aktivi almamışdır. Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə miras aktivi miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının toplusudur. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar