Məhkəmə qərarları › İş №e-2(004)-734/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-734/2024

23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-734/2024 23.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı «MJ Financial Services BOKT” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kreditin və cərimə borcunun ödənilməsi» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı «MJ Financial Services BOKT” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «kreditin və cərimə borcunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 16 yanvar 2023-cü il tarixli PRL-271-0027-23 saylı Kredit müqaviləsinə əsasən cavabdehə 19 ay müddətinə 2406 (iki min dörd yüz altı) manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmiş və nəticədə cavabdehin xx.xx.2023-cü il tarixinə 1731.05 (bir min yeddi yüz otuz bir manat beş qəpik) manat əsas, 157.12 (bir yüz əlli yeddi manat on iki qəpik) manat cərimə borcu olmaqla ümumilikdə, 1888.17 (bir min səkkiz yüz səksən səkkiz manat on yeddi qəpik) manat borcu yaranmışdır. Göstərilənlərə əsasən, Cavabdeh 1731.05 (bir min yeddi yüz otuz bir manat beş qəpik) manat əsas, 157.12 (bir yüz əlli yeddi manat on iki qəpik) manat cərimə borcu olmaqla ümumilikdə, 1888.17 (bir min səkkiz yüz səksən səkkiz manat on yeddi qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 38.88 (otuz səkkiz manat səksən səkkiz qəpik) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarında olan «MJ Financial Services BOKT” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 yanvar 2023-cü il tarixli PRL-271-0027-23 saylı Kredit müqaviləsinə əsasən müəyyən edilir ki, cavabdehə 19 ay müddətinə 2406 (iki min dörd yüz altı) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 16 yanvar 2023-cü il tarixli PRL-271-0027-23 saylı Kredit müqaviləsinə əsasən 1731.05 (bir min yeddi yüz otuz bir manat beş qəpik) manat əsas, 157.12 (bir yüz əlli yeddi manat on iki qəpik) manat cərimə borcu olmaqla ümumilikdə, 1888.17 (bir min səkkiz yüz səksən səkkiz manat on yeddi qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan «MJ Financial Services BOKT” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, sonuncuya borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 16 yanvar 2023-cü il tarixli PRL-271- 0027-23 saylı Kredit müqaviləsinə əsasən cavabdehə 19 ay müddətinə 2406 (iki min dörd yüz altı) manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmiş və nəticədə cavabdehin xx.xx.2023-cü il tarixinə 1731.05 (bir min yeddi yüz otuz bir manat beş qəpik) manat əsas, 157.12 (bir yüz əlli yeddi manat on iki qəpik) manat cərimə borcu olmaqla ümumilikdə, 1888.17 (bir min səkkiz yüz səksən səkkiz manat on yeddi qəpik) manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 16 yanvar 2023-cü il tarixli PRL-271-0027-23 saylı Kredit müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 462 (cərimə öhdəliyinə münasibətdə) və 741-ci (faiz borcuna münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Beləliklə, iş materiallarından görünür ki, kredit müqaviləsi üzrə “Borcalan” Cavabdeh “Borcverən” "xxxx" ASC qarşısında öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur. Nəticə etibarilə, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 16 yanvar 2023-cü il tarixli PRL-271-0027-23 saylı Kredit müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 462 (cərimə öhdəliyinə münasibətdə) və 741-ci (faiz borcuna münasibətdə) maddələrinin dispozisiya şərtləri sözügedən iddia tələbinin hüquqi və faktiki əsasları eynilik təşkil edir. Belə ki, “Borcverən” pul məbləğini “Borcalan”a ödəmiş, “Borcalan” isə həmin pul məbləğini faizlər ilə geri qaytarılması öhdəliyini icra etməməklə müqavilə öhdəliklərini pozmuşdur. Məhkəmə ümumi borcun faiz hissəsi ilə bağlı münasibətlərin hüquqi əsası kimi MMin 385-ci maddəsinin çıxış etməsi mövqeyi ilə razı deyil. Belə ki, məhkəmə qeyd edir ki, Tərəflər arasında yaranmış müqavilə münasibətləri kredit (borc) münasibətləridir və həmin münasibətlər MM-in xüsusi hissəsinin müvafiq normaları ilə (Borc müqaviləsi) tənzimlənir. Məhz sözügedən bölmədə nəzərdə tutulmuş 741-ci maddə xüsusi norma kimi sırf borc üzrə faizlər ilə bağlı münasibətləri tənzimləmək üçün nəzərdə tutulduğundan xüsusi norma olduğu halda MM-in ümumi normalarına (385ci maddə) istinad edilməsinə hüquqi əsas yoxdur. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi ilə bağlı sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmiş, aktiv sübutetmə (təkzibetmə) fəaliyyəti təşkil edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 38.88 (otuz səkkiz manat səksən səkkiz qəpik) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1731.05 (bir min yeddi yüz otuz bir manat beş qəpik) manat əsas, 157.12 (bir yüz əlli yeddi manat on iki qəpik) manat cərimə borcu olmaqla ümumilikdə, 1888.17 (bir min səkkiz yüz səksən səkkiz manat on yeddi qəpik) manat məbləğində borc və ödənilmiş 38.88 (otuz səkkiz manat səksən səkkiz qəpik) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı «MJ Financial Services BOKT” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kreditin və cərimə borcunun ödənilməsi» tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 1731.05 (bir min yeddi yüz otuz bir manat beş qəpik) manat əsas, 157.12 (bir yüz əlli yeddi manat on iki qəpik) manat cərimə borcu olmaqla ümumilikdə, 1888.17 (bir min səkkiz yüz səksən səkkiz manat on yeddi qəpik) manat məbləğində borc və ödənilmiş 38.88 (otuz səkkiz manat səksən səkkiz qəpik) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar