Məhkəmə qərarları › İş №e-2(004)-7387/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-7387/2025

12.03.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-7387/2025 12.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "maneələrin aradan qaldırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "maneələrin aradan qaldırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin ediməsi və ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 57.6 kv.m. olan 1 otaqdan ibarət 205 nömrəli mənzilin təmiri ilə bağlı cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və həmin mənzilin iddiaçı tərəfindən təmiri ilə bağlı liftdən istifadəyə, mal-materilların mənzilə daşınmasına, usta və fəhlələrin işləməsinə, kommunal xidmətlərdən istifadəyə, mənzilin qaz, işıq və su təchizatı ilə təmin edilməsinə yaradılan manelərlə bağlı hərəkətlərin edilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışlar ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4762/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "mənzilin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilmiş və ünvan 2 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbə, ümumi sahəsi 57.6 kv.m. olan 1 otaqdan ibarət 205 nömrəli mənzil cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı təhvil verilməsi qət edilmişdir. Hazırda həmin qətnamə qanuni qüvvəyə minmiş və bununla bağlı Yasamal Rayon İcra Şöbəsinin İcra məmuru Sahib Allahverdiyev tərəfindən xx.xx.2024-cü il tarixli akt tərtib olunmuşdur. Həmin aktdan görünür ki, qeyd olunan mənzil boş halda təhvil verilmiş və həmin mənzilin açarlarını almışdır. Hal-hazırda da həmin mənzil onun sahibliyində və istifadəsindədir. İddia ərizəsinə əlavə etdiyi qətnamədəndə görünür ki, İcraçı "xxxx" MMC ilə Sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən müəyyən olunur ki, ünvan 2 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbə, ümumi sahəsi 57.6 kv.m. olan 1 otaqdan ibarət 205 nömrəli mənzil İddiaçı satılmışdır. İddia ərizəsinə əlavə etdiyi qətnamədəndə görünür ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, ünvan 3 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 7-cimərtəbə, ümumi sahəsi 57.6 kv.m. olan 1 otaqdan ibarət 205 nömrəli mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. İddia ərizəsinə əlavə etdiyim qətnamədəndə görünür ki, sözügedən müqaviləyə və xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Sifarişçi İddiaçı tərəfindən müqavilə öhdəliklərinə tam əməl edilsə də, İcraçı "xxxx" MMC üzərinə düşən öhdəlikləri icra etməmiş, mübahisə predmeti olan mənzili İddiaçı təhvil verməmişdir. Göründüyü kimi, hazırda həmin qətnamə qanuni qüvvəyə minmiş və bununla bağlı Yasamal Rayon İcra Şöbəsinin İcra məmuru Sahib Allahverdiyev tərəfindən xx.xx.2024-cü il tarixli akt tərtib olunmuşdur. Həmin aktdan görünür ki, qeyd olunan mənzil boş halda təhvil verilmiş və həmin mənzilin açarlarını almışdır. Hal-hazırda da həmin mənzil onun sahibliyində və istifadəsindədir. Amma buna baxmayaraq cavabdeh hələdə öz qanunsuz hərəkətlərini davam etdirir. Belə ki, Yasamal Rayon İcra Şöbəsinin İcra məmuru Sahib Allahverdiyev tərəfindən xx.xx.2024-cü il tarixli akt tərtib olunduqdan sonra cavabdeh tərəfindən həmin mənzilin iddiaçı tərəfindən təmir edilməsinə maneələr yaradılır və iddiaçı bu maneələrin ardan qaldırılmasında çətinlik çəkir. Hazırda iddiaçının mənzili təmir etməsi üçün fəhlələrin və ustaların işləməsinə cavabdeh tərəfindən ciddi maneələr yaradılır. Misal üçün liftdən istifadə etməyə, mal-materilların mənzilə daşınmasına, usta və fəhlələrin işləməsinə, kommunal xidmətlərdən istifadəyə, mənzilin qaz, işıq və su təchizatı ilə təmin edilməsinə şərait yaradılmır. İddiaçının mənzili təmir etməsinə cavabdeh tərəfindən yaradılan manelər və etdiyi qanunsuz qadağalar səbəbindən iddiaçı və ailəsi öz mənzilini yaşayış üçün yararlı vəziyyətə gətirə bilmir. Cavabdeh hələ də qanuni qüvvəyə minmiş qətnaməni tanımaq istəmir. İddiaçıya demişlər ki, məhkəməni udmuş, get elə boş divarların arasında yaşa! Belə olan halda hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli və ünvan 2 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 57.6 kv.m. olan 1 otaqdan ibarət 205 nömrəli mənzilin təmiri ilə bağlı cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmalı və həmin mənzilin təmiri ilə bağlı liftdən istifadəyə, mal-materilların mənzilə daşınmasına, usta və fəhlələrin işləməsinə, kommunal xidmətlərdən istifadəyə, mənzilin qaz, işıq və su təchizatı ilə təmin edilməsinə yaradılan manelərlə bağlı hərəkətlərin edilməsi cavabdehə qadağan edilməlidir. Məhkəmə prosesinin gedişində İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ünvan 2 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 57.6 kv.m. olan 1 otaqdan ibarət 205 nömrəli mənzilin təmiri ilə bağlı cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və həmin mənzilin iddiaçı tərəfindən təmiri ilə bağlı liftdən və digər qaldırıcı qurğulardan istifadəyə, mal-materialların mənzilə daşınmasına, usta və fəhlələrin işləməsinə, kommunal xidmətlərdən istifadəyə, mənzilin qaz, işıq və su təchizatı ilə təmin edilməsinə yaradılan manelərlə bağlı hərəkətlərin edilməsinin cavabdehə qadağan edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mənzil iddiaçıya təhvil verilmiş və bu barədə akt tərtib olunaraq imzalanmışdır. Mənzil təhvil veriləndən sonra kilidi dəyişdirmişdi, lakin daha sonra başqa şəxs gəlib kilidi dəyişmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, mənzil 3-cü blokda yerləşir. Bəzi qonşular öz evlərini təmir etdirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məhkəməyə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq bildirmişdir ki, hazırkı iddia tələbi üzrə mənzil İddiaçı məxsus deyilditr. Odur ki, ünvan 2 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 57.6 kv.m. olan 1 otaqdan ibarət 205 nömrəli mənzilin təmiri ilə bağlı cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılması, həmin mənzilin iddiaçı tərəfindən təmiri ilə bağlı liftdən istifadəyə, mal-materi ların mənzilə daşınmasına, usta və fəhlələrin işləməsinə, kommunal xidmətlərdən istifadəyə, mənzilin qaz, işıq və su təchizatı ilə təmin edilməsinə yaradılan manelərlə bağlı hərəkətlərin edilməsi cavabdehə qadağan edilməsi tələbinə dair məhkəmə iclasıni nümayəndələrinin iştirakının təmin edilməsi məqsədi ilə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İcraçı "xxxx" MMC ilə Sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən müəyyən olunur ki, ünvan 2 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbə, ümumi sahəsi 57.6 kv.m. olan 1 otaqdan ibarət 205 nömrəli mənzil İddiaçı satılmışdır. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı "xxxx" MMCnin Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 57,6 kv.m olan, 1 otaqlı, 205 nömrəli mənzilinin dəyərini tam olaraq ödəmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4762/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "mənzilin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilmiş və ünvan 2 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbə, ümumi sahəsi 57.6 kv.m. olan 1 otaqdan ibarət 205 nömrəli mənzil cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı təhvil verilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyev tərəfindən iş üzrə tələbkar İddiaçı, onun vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil, "xxxx" MMC-nin nümayəndəsi X3, hal şahidləri X2 və X1 iştirakları tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4762/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanında binaın 3-cü blok, 7-ci mərtəbə, ümumi sahəsi 57.6 kv.m. olan 1 otaqdan ibarət 205 nömrəli mənzilində oldular. Maarif Allahverdiyev və borlcu MMC 205 saylı mənzilin açarlarını könüllü İddiaçı təhvil verdilər. Mənzilin təmirsiz və boş olduğu məlum oldu. Mübahisəli mənzil İddiaçı təhvil verildi. Aktın doğruluğunu imzaları ilə təsdiq edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədəm və xx.xx.2021-ci il tarixli maliyyə arayışından göründüyü kimi, Sifarişçi İddiaçı tərəfindən müqavilə öhdəliklərinə tam əməl edilsə də, İcraçı "xxxx" MMC üzərinə düşən öhdəlikləri icra etməmiş, mənzili İddiaçı təhvil verməmişdir. Daha sonra Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4762/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "mənzilin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilmiş və ünvan 2 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbə, ümumi sahəsi 57.6 kv.m. olan 1 otaqdan ibarət 205 nömrəli mənzil cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı təhvil verilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyev tərəfindən iş üzrə tələbkar İddiaçı, onun vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil, "xxxx" MMC-nin nümayəndəsi X3, hal şahidləri X2 və X1 iştirakları tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanında binaın 3-cü blok, 7-ci mərtəbə, ümumi sahəsi 57.6 kv.m. olan 1 otaqdan ibarət 205 nömrəli mənzilin açarları və mənziı Maarif Allahverdiyev və "xxxx" MMC tərəfindən İddiaçı təhvil verilmişdir. Mənzil təhvil verilərkən təmirsiz və boş olmuşdur. Lakin mənzil təhvil verildikdən sonra mənzildə İddiaçı tərəfindən təmir işlərinin aparılmasına, təmir ilə bağlı lift və digər qaldırıcı qurğulardan istifadəyə, materilların mənzilə daşınmasına, usta və fəhlələrin mənzildə işləməsinə, kommunal xidmətlərdən istifadəyə, mənzilin qaz, işıq və su təchizatı ilə təmin edilməsinə cavabdeh tərəfindən maneələr yaradılmışdır. Hazırda iddiaçı həmin maneələrin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, mülkiyyət hüququ subyektin ona məxsus əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4762/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə mənzilin iddiaçıya məxsus olması və təhvil verilməsi faktı artıq təsdiq olunmuşdur. Cavabdehin mənzil iddiaçıya məxsus olmamasına dair iddiası iş materiallarında olan təkzib edilmiş və öz təsdiqini tapmamışdır. MMC-nin binanın idarəetməsini həyata keçirməsi ona mülkiyyətçinin öz əmlakından istifadə (təmir, kommunal xidmət və s.) hüququnu məhdudlaşdırmağa hüquq vermir. Cavabdeh binanın sahibi və ya idarəedicisi statusundan istifadə edərək iddiaçını faktiki olaraq öz əmlakından istifadə etmək imkanından məhrum edir. Həmçinin mənzil artıq təhvil verildiyindən, həmin mənzilin kommunal xidmətlərlə təminatı mülkiyyət hüququnun ayrılmaz tərkib hissəsidir. Cavabdehin elektrik enerjisi, su və qazın istifadəsinə maneələr yaratması iddiaçının öz mülkiyyətindən təyinatı üzrə istifadə etməsinə birbaşa maneə yaradır. Mülkiyyətçi öz mülkiyyətindən istifadəyə mane olan hər hansı müdaxilənin, o cümlədən yaradılan maneələrin aradan qaldırılmasını tələb edə bilər. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 2 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 57.6 kv.m. olan 1 otaqdan ibarət 205 nömrəli mənzildə İddiaçı tərəfindən təmir işlərinin aparılmasına, təmir ilə bağlı lift və digər qaldırıcı qurğulardan istifadəyə, materilların mənzilə daşınmasına, usta və fəhlələrin mənzildə işləməsinə, kommunal xidmətlərdən istifadəyə, mənzilin qaz, işıq və su təchizatı ilə təmin edilməsinə yaradılan maneələr cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qadağan edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. ünvan 2 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 57.6 kv.m. olan 1 otaqdan ibarət 205 nömrəli mənzildə İddiaçı tərəfindən təmir işlərinin aparılmasına, təmir ilə bağlı lift və digər qaldırıcı qurğulardan istifadəyə, materilların mənzilə daşınmasına, usta və fəhlələrin mənzildə işləməsinə, kommunal xidmətlərdən istifadəyə, mənzilin qaz, işıq və su təchizatı ilə təmin edilməsinə yaradılan maneələr cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qadağan edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar