Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-745/2025 30.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "kredit müqaviləsi üzrə pul" tələbinə dair mülki işə məhkəmənin inziabti binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "kredit müqaviləsi üzrə pul"tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun arasında xx.xx.2023-cü il tarixində 2 saylı Bakı “ASAN xidmət” mərkəzində rəsmiləşdirilən kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən 9.900 manat məbləğində pulun tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh aralarında 01 sentyabr 2023-cü il tarixində “Kredit Müqaviləsi” bağlanmışdır. Həmin kredit müqaviləsi 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofısində rəsmiləşdirilmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh İddiaçı 9900 (doqquz min doqquz yüz) manat məbləğində nəğd pulu, xx.xx.2024-cü il tarixində qaytarmaq şərtiylə borc götürmüşdür. Müqavilənin müddətinin bitməsindən xeyli zaman keçsə də Cavabdeh həmin pulu qaytarmaqdan açıqcasına boyun qaçırır və bununla da pulu qaytarmaq niyyətinin olmadığmı nümayiş ettirir. Dəfələrcə Cavabdeh rəsmi xəbərdarlıq və şifahi müraciət etməyinə baxmayaraq heç bir müsbət nəticə olmur. Cavabdeh dəfələrlə telefon zəngi eləmiş, təəssüf ki, edilən zənglərimə cavab vermir, bir çox hallarda cavabdehin telefonu söndürüldüyündən telefonuna zəng çatmır. Hər dəfəsində bu gün sabah deyərək yalan danışır, müxtəlif bəhanələr gətirərək pulunu qaytarmaqdan boyun qaçırır, pulun qaytarılması istiqamətində heç bir müsbət addım atmır. Hesab edir ki, Cavabdeh müqavilə üzrə öhdəlilclərini vaxtıvaxtında və tam icra etmədiyindən aralarında bağlanmış kredit müqaviləsi ləğv edilməli və Cavabdeh ona (iddiaçıya) ödəməli olduğu 9900 (doqquz min doqquz yüz) manat məbləğində pul Məhkəmə qaydasında tutulmalıdır. Buna görə də görə o (iddiaçı), Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə gedişatında iddiaçı tələbinə dəqiqləşdirmə verərək, cavabdehdən 9.900 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, məhkəməyə müraciət olunan vaxtdan cavabdeh heç bir ödəniş etməmişdir. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəfin izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında bağlanaraq, 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərədindən təsdiqlənmiş xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən "borc verən" İddiaçı "borc alan" Cavabdeh 9.900 manat məbləğində pulu xx.xx.2024-cü il tarixədək qaytarmaq şəti ilə faizsiz olaraq borc vermişdir. Kredit müqaviləsinin 4-cü bəndinə əsasən bu müqavilədən irəli gələn öhdəliklər onun yarandığı yer üzrə icra edilməlidir. İddiaçı tərəfindən Cavabdeh ünvanlanaraq, 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş 03 oktyabr 2024-cü il tarixli Ərizənin məzmununda qeyd edilir ki, “ Borclu Cavabdeh, sizin barənizdə Bakı şəhəri 2 saylı Bakı" Asan Xidmət" mərkəzində fəaliyyət göstərən notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 3M/475 reyester nömrəli kredit müqaviləsi mövcuddur. Həmin sənədlərə görə 9900 manat 00 qəpik (doqquz min doqquz yüz manat 00 qəpik) məbləğində borc götürdüyünüz pul məbləğini xx.xx.2024-cÜ il tarixdə qaytarmaq öhdəliyiniz yaranmışdır. xx.xx.2024-cü il tarixdən etibarən qeyd edilən sənədlə müəyyən edilmiş öhdəliyin icra edilməməsi nəticəsində xx.xx.2024-cü il tarixinə 01,09.2023-cü il tarixli, 3M/475 saylı kredit müqaviləsindən irəli gələrək ödənilməmiş 9900 manat 00 qəpik (doqquz min doqquz yüz manat 00 qəpik) məbləğində əsas borc məbləği tərəfinizdən verilməlidir. Borc 20 gün müddətində ödənilmədiyi halda "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələbinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacaqdır.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış xx.xx.2023cü il tarixli Kredit müqaviləsinə əsasən "borc verən" İddiaçı tərəfindən “borc alan" Cavabdeh 9.900 manat məbləğində pulu xx.xx.2024-cü il tarixədək qaytarmaq şəti ilə faizsiz olaraq borc verilmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə yaranmış öhdəlik icra edilməmişdir. Nəticə etibarilə, borc verən, iş üzrə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Müqavilə üzrə yaranmış borcun iddiaçıya ödənilməsini sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdehin məhkəmə iclasında iştirak etməmiş və borcun ödənilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, borc alan Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, iddiaçıya olan borcunu ödəməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 01 sentyabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə 9900 (doqquz min doqquz yüz) manat məbləğində borc pul tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 01 sentyabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə 9900 (doqquz min doqquz yüz) manat məbləğində borc pul tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumu olaraq 119 (bir yüz on doqquz) manat məbləğində pul Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-745/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-745/2025
30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver