Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-755/2024 03.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı nümayəndələri və vəkilləri Vəkil2, Vəkil1, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndələri və vəkilləri Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “dəymiş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “dəymiş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ona maddi ziyan olaraq vurulmuş 219.200 manat, hüquqi yardım gösətrilməsi üçün vəkilə ödədiyi 500 manat və dövlət rüsumu kimi ödədiyi 510 manat pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələblərini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı 2022-ci ilin sentyabr-oktyabr aylarında Sabunçu rayonu Maştağa qəsəbəsi Xanlar massivində yerləşən 1,0 ha torpaq sahəsini almaq üçün Cavabdeh1 219.200 manat pul vermişdir. Həmin torpaq sahəsi icarə hüququ əsasında Cavabdeh1 arvadı - Cavabdeh2 məxsus olmuşdur. İddiaçı torpaq sahəsinin alqı-satqısı ilə bağlı Cavabdeh2 ilə heç bir danışıq aparmamış və Cavabdeh2 pul verməmişdir. Həmçinin torpaq sahəsinin alqı-satqısı ilə bağlı Cavabdeh3 və Cavabdeh4 ilə heç bir danışıq aparılmamışdır. İddiaçı bütün danışıqları Cavabdeh1 ilə aparmış və torpaq sahəsinin razılaşdırılmış dəyərini də ona ödəmişdir. Cavabdeh2 cavabdeh kimi Şahih İbadovun arvadı, Cavabdeh3 isə oğlu olduğuna görə cavabdeh kimi iddia ərizəsində göstəriblər. İddiaçı Cavabdeh4 isə "xxxx" QSC-nin direktoru və Cavabdeh1 adamı kimi tanıyır, BMCMİ-də 260.000 manat pul vəsaitini Cavabdeh4 ödədiyinə görə cavabdeh kimi qeyd edib. Mübahisəli torpaq sahəsini İddiaçı gül biznesini genişləndirmək üçün almışdı. Lakin sonradan Cavabdeh1la münasibətləri korlandığına görə Cavabdeh1 torpaq sahəsini İddiaçı adına sənədləşdirməkdən imtina etmiş və torpaq sahəsinin alqı-satqısı üçün ona verilmiş 219.200 manat pulu qaytarmamışdır. Torpaq sahəsinin alqı-satqısına və pulun verilməsinə dair İddiaçı və Cavabdeh1 arasında yazılı müqavilə tərtib edilməmiş və notariat kontorunda təsdiq edilməmişdir. Yalnız Cavabdeh1 imzası olan dəftər vərəqində qeyd aparılmış 130.000 manat pulu almasına dair kserosurət vardır. Cavabdeh1 İddiaçı DİN BMCMİ-yə şikayət etmişdir ki, borcunu qaytarsın. BMCMİ-də İddiaçı və Cavabdeh1 görüşmüşlər. İddiaçı Rauf İbadov Cavabdeh1 olan borcunu ödəmişdir. Lakin bu barədə heç bir rəsmi sənədləşmə olmamışdır. İddiaçı Cavabdeh4 260.000 manat borcu ödəməsinə dair izahatları alınmışdır. Cavabdeh1 iddiaçıdan şikayət edən zaman dövlət qurumunda məsul vəzifədə işlədiyi üçün bilavasitə özü yox, Cavabdeh4 vasitəsilə şikayət etmişdir. BMCMİ-nin müstəntiqi Babək Haqverdiyevin icraatında araşdırma aparılan müddət ərzində iddiaçının izahatı alınmış, Cavabdeh1la qeyri-rəsmi üzləşdirilmişdir. Nəticə etibarı ilə 22 sentyabr 2022-ci il tarixdə 50.000 manat, 10-12 oktyabr 2022-ci il tarixdə 106.000 manat, 20-22 oktyabr 2022-ci il tarixdə 70.000 manat, 5 noyabr 2022-ci il tarixdə isə 35.000 manat olmaqla, ümumilikdə 261.000 manat istintaq orqanı vasitəsilə Cavabdeh1 pul vermişdir. Həmin 261.000 manat pul vəsaitinin 70.000 manatı qeyd olunan torpaq sahəsinə əvvəl ödənilmiş 130.000 manatdan əlavə olaraq, qalanı isə digər biznesə aiddir. Bundan başqa 19.200 manat da Cavabdeh1 əvəzinə "xxxx" ASC-yə onun razılığı əsasında iddiaçı tərəfindən kredit ödənilmişdir ki, həmin pul da qeyd olunan torpaq sahəsinə aiddir. Cavabdeh1 qeyd olunan torpaq sahəsində olan istixananın qeyri-rəsmi təsis payının əvəzi olaraq BMCMİ-də 70.000 manatı ödəmişdir ki, həmin torpaq sahəsinə onun və ailə üzvlərinin heç bir aidiyyatı qalmasın və torpaq sahəsini iddiaçının adına rəsmiləşdirsin. Lakin ümumilikdə 219.200 manat Cavabdeh1 ödənildikdən sonra Cavabdeh2 İddiaçı qarşı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, qeyd olunan torpaq sahəsinin “X1 ilə İddiaçı arasında bağlanmış sub-icarə müqaviləsinin etibarsız sayılması, istixananın avadanlıqları və digər ləvazimatların torpaq sahəsindən çıxarılması və torpaq sahəsi boşadılaraq Cavabdeh2 sahibliyinə qaytarılanadək aylıq 3.000 manat icarə haqqının İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada tutularaq Cavabdeh2 ödənilməsi” qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələbi qismən təmin edilmişdir. Hazırkı vəziyyətdə iddiaçıdan həm torpağın pulu 219.200 manat, həm torpaq sahəsi alınmışdır. Əslində isə İddiaçı torpaq sahəsinin dəyərindən qalan hissəni ödəmiş və razılaşmaya əsasən Cavabdeh1 bundan sonra torpaq sahəsini İddiaçı adına sənədləşdirməli idi. Lakin hazırkı vaxta kimi Cavabdeh1 torpaq sahəsini İddiaçı adına sənədləşdirməmiş və torpaq sahəsinə görə aldığı pulu İddiaçı qaytarmamışdır. Bu səbəbdən iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı nümayəndəsi və vəkili Vəkil2, məhkəmə iclasında digər nümayəndə və Vəkil1 izahatı ilə razı olduğunu bildirdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndələri və vəkilləri Vəkil3 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, Cavabdeh2 məxsus olan Sabunçu rayonu Maştağa qəsəbəsi Xanlar massivində yerləşən 1,0 ha torpaq sahəsinin İddiaçı satılması ilə bağlı Cavabdeh2 və İddiaçı arasında heç bir danışıq aparılmamış, Cavabdeh2 torpaq sahəsinin satılmasına görə İddiaçı pul almamışdır. Onların arasında heç bir müqavilə bağlanmamış və pulun verilməsinə dair qəbz yazılmamışdır. İddiaçı nümayəndəsi özü də İddiaçı Cavabdeh2 ilə heç bir danışıq aparmadığını və ona pul vermədiyini təsdiq edir. Eyni zamanda Cavabdeh3 torpaq sahəsinin dair İddiaçı ilə heç bir danışıq aparmamış və ondan pul almamışdır. Cavabdeh2 ona məxsus olan torpaq sahəsinin satılması ilə bağlı danışıqlar aparması və pul alması ilə bağlı Cavabdeh1 heç bir tapşırıq verməmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, onlar məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şahid2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, İddiaçı və Cavabdeh1 tanıyır. Cavabdeh1 onun atası ildə yaxın dost olublar. İki il əvvəl Cavabdeh1 istəyi ilə İddiaçı arasında biznes münasibətləri yaranıb. O, Dəmirbankda işləmiş, İddiaçı bankda onun rəhbəri olub. O, hazırda İddiaçıla birgə bizneslə məşğuldur, istixanalarda gül becərirlər.Şahid İbadov və İddiaçı şərikli gül biznesi ilə məşğul olmağa razılaşmışlar və bu işi görmək üçün 400.000-500.000 manat vəsait qoymuşlar. Pulun yarısını İddiaçı, yarısını isə Cavabdeh1 qoymuşdur. Cavabdeh1 adına 1 ha torpaq sahəsi almış və istixanada quraraq gül əkmişlər. İddiaçı və Cavabdeh1 hər biri qazandıqları vəsaitin 5%-ni ona ödəməyə razılaşmışlar. O, biznesə pul qoymamışdır. Birinci il istixanadan qazanc götürə bilməmişlər. Bu səbəbdən Cavabdeh1 şəriklikdən çıxmaq istədiyini bildirmiş və qoyduğu vəsaiti ona qaytarmağı İddiaçı tələb etmişdir. Onlar Cavabdeh1 vəkili Sənan vəsitəsilə danışmışlar ki, İddiaçı 2022-ci ildə Cavabdeh1 130.000 manat versin, qalan 70.000 manatı isə 2023-cü ildə tam ödəsin. İddiaçı 130.000 manatı Cavabdeh1 verdikdən bir müddət sonra İddiaçı DİN BMCMİ-yə çağırmış və orada saxlamışlar. İddiaçı buraxılandan sonra bildirmişdir ki, Cavabdeh1 qalan pulunu bir ay ərzində ödənilməsini tələb edirlər. O, Cavabdeh1la danışmış və Cavabdeh1 bildirmişdir ki, İddiaçı pulu qaytarsın. İddiaçı BMCMİ-də 220.000 manat pulu 3-4 dəfəyə hissə-hissə ödəmişdir. Topaq sahəsində istixana var və Rauf Axundoun istifadəsində olan digər torpaq sahəsinə bitişikdir. Sonradan alınan torpaq sahəsi Şahinin arvadı Vəsilənin adınadır. Torpaq sahəsini Mais adlı şəxsdən almışlar. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, İddiaçı və Cavabdeh1 tayır. O, İddiaçı və digər bir şəxslə birlikdə gül biznesi ilə məşğul olur. Maştağa qəsəbəsində yerləşən 1,4 ha torpaq sahəsində istixanada qızılgül, tülpan yetişdirirlər. 2021-ci ildə istixanaya bitişik olan 1,2 ha torpaq sahəsini də biznesi genişləndirmək məqsədilə yerli sakindən almışlar. İcarə müqaviləsi bəlidiyyə ilə bağlanmışdır. Torpaq sahəsini İddiaçı almış və pulunu torpağı satan yerli sakinə ödəmiş və torpaq sahəsini Cavabdeh1 arvadının adına sənədləşdirmişdir. Cavabdeh1 həmin torpaq sahəsində qurulan istifaxaya İddiaçı şərik olmuşdur. İstixana zərərplə işlədiyinə görə Cavabdeh1 şəriklikdən çıxmaq istədiyini bildirmişdir. Onlar Cavabdeh1 payını 221.000 manat dəyərləndirmişlər. Cavabdeh1 131.000 manat ödənilmiş və 90.000 manat borc qalmışdır. Qalan 90.000 manatdan hər ay 5000 manat olmaqla 6 ay ərzində 30.000 manat, 2023-cü ilin martında isə qalan 60.000 manat Cavabdeh1 ödənilməli idi. Bu hadisələr 2022-ci ilin yayında baş vermişdir. Rauf 2 ay 5.000 manat olmaqla ödəmişdir. Sonra İddiaçı polisə şikayət edilmişdir. Bundan sonra qalan pul Cavabdeh1 ödənilmişdir. Lakin Cavabdeh1 torpaq sahəsini İddiaçı adına keçirtməmişdir. Torpaq sahəsinin İddiaçı adına rəsmiləşdirilməsi üçün Cavabdeh2 razılığı lazım olmuşdur. Torpaq sahənini Raufun tanışından almışlar, 1-ci torpaq sahəsi Raufun adına olub, 2-ci torpaq sahəsini isə Şahinin arvadının adına almışlar. Rauf və Şahin hər biri 50% şərik olublar. Pulu kimin verməsindən onun məlumatı yoxdur. Gəlirin və xərcin 50%-i Şahinin, 50%-i isə Raufla onların olmalı idi. Bu barədə aralarında şifahi olaraq razılaşmışdılar. Torpaq sahəsi dövlətin olduğuna görə şirkətin adına sənədləşdirməyiblər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə sorğusuna əsasən əldə edilmiş Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-6/2-3329/24 nömrəli məktubundan və ona əlavə edilmiş Cavabdeh4 xx.xx.2022-ci il tarixli və İddiaçı xx.xx.2022-ci il tarixli izahatlarından müəyyən edilir ki, Cavabdeh4 pul vəsaitinin İddiaçı tərəfindən ələ keçirilməsi barədə BMCMİ-yə daxil olmuş müraciəti üzrə aparılmış araşdırma zamanı Cavabdeh4 izahatında 2020-2021-ci illər ərzində gül bitkilərinin və günəbaxan tumlarının satışını həyata keçirib birgə qazanc əldə etmək məqsədi ilə İddiaçı 1.084.500 manat borc pul verdiyini, lakin İddiaçı aldığı puldan 125.000 manatını qaytarıb qalan 959.500 manatını qaytarmadığını bildirmişdir. İddiaçı isə izahatında Cavabdeh4 göstərdiklərini qismən təsdiq edərək, ona birgə sahibkarlıq fəaliyyətindən 260.000 manat borcu olduğunu bildirmişdir. Araşdırma zamanı İddiaçı tərəfindən Cavabdeh4 260.000 manat pulun ödənilməsi təmin edilmişdir. Həmçinin araşdırma zamanı tərəflər arasında yaranmış mübahisənin mülki xarakterli olmaqla mülki mühakimə icraatı qaydasında məhkəmə orqanlarında baxılmalı olduğu və həllinin polis orqanlarının səlahiyyətlərinə aid olmadığı müəyyən edilməklə, tərəflərə mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. İddia tələbində İddiaçı 2022-ci ilin sentyabr-oktyabr aylarında icarə hüququ əsasında Cavabdeh1 arvadı - Cavabdeh2 məxsus olan Sabunçu rayonu Maştağa qəsəbəsi Xanlar massivində yerləşən 1,0 ha torpaq sahəsini almaq üçün Cavabdeh1 219.200 manat pul verdiyini iddia etsə də, bu halı təsdiq edən tərəflər arasında bağlanmış notaril qaydada təsdiq edilmiş alqısatqı müqaviləsini, sadə yazılı formada tərtib edilmiş müqaviləni və rəsmi sənəd iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin iddiaçı aldığını iddia etdiyi torpaq sahəsi üzərində Cavabdeh2 hüquqlarını təsdiq edən sübutları, Cavabdeh2 həmin torpaq sahəsi üzərində sərəncam vermək hüququnun olmasını təsdiq edən rəsmi sənədləri məhkəməyə təqdim etməmişdir. Mülki Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında İddiaçı torpaq sahəsinin alqı-satqısı ilə bağlı Cavabdeh2 ilə heç bir danışıq aparmadığını və Cavabdeh2 pul vermədiyini, həmçinin torpaq sahəsinin alqı-satqısı ilə bağlı Cavabdeh3 və Cavabdeh4 ilə heç bir danışıq aparılmadığını bildirmişdir. Bu hal iddia tələbinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı hissədə özü-özlüyündə əsassız olduğunu təsdiq edir. Həmçinin İddiaçı digər Cavabdeh1 torpaq sahəsini almaq üçün 219.200 manat pul verdiyini iddia etsə də, bu halı təsdiq edən yazılı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən iddia tələbi Cavabdeh1 qarşı olan hissədə də əsassızdır və heç bir mötəbər yazılı sübuta söykənmir. İddiaçı ona məxsus olan 219.200 manat pul vəsaitinin cavabdehlərin qanunsuz sahibliyində olmasını təsdiq edən mötəbər yazılı sübutları məhkəməyə təqdim edə bilməmiş, yəni sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Məhkəmə dindirilmiş iddiaçının dəvət etdiyi şahidlər isə İddiaçı ilə Cavabdeh1 arasında biznes münasibətləri olduğunu, Cavabdeh1 şəriklikdən çıxmaq istəyini, həmin vaxt Cavabdeh1 ayrılması üçün 221.000 manat pul verilməli olduğunu, sonradan İddiaçı həmin məbləğdən ilkin olaraq 131.000 manat, daha sonra isə qalan məbləği hissə-hissə Cavabdeh1 verildiyini qeyd edirlər. İddiaçı isə əksinə torpaq sahəsini almaq üçün Cavabdeh1 219.200 manat pul verdiyini iddia edir. Göründüyü kimi, iddianın izahatı ilə şahidlərin ifadələri arasında da ziddiyyət mövcuddur. Çünki, şahidlərin idafədələri əsas götürülərsə, Cavabdeh1 qaytarılan vəsait onun biznesə qoyduğu öz pulu olmuşdur. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “cavabdehlər tərəfindən İddiaçı maddi ziyan olaraq vurulmuş 219.200 manat, hüquqi yardım gösətrilməsi üçün vəkilə ödənilmiş 500 manat və dövlət rüsumu kimi ödənilmiş 510 manat pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutularaq İddiaçı ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “cavabdehlər tərəfindən İddiaçı maddi ziyan olaraq vurulmuş 219.200 manat, hüquqi yardım gösətrilməsi üçün vəkilə ödənilmiş 500 manat və dövlət rüsumu kimi ödənilmiş 510 manat pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutularaq İddiaçı ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-755/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-755/2024
03.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver