Məhkəmə qərarları › İş №e-2(004)-76/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-76/2025

27.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-76/2025 27.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıya məxsus 2011-ci il buraxılış Hyundai HD65 YÜK markalı **-OK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş maddi ziyana görə 30550 (bir min yeddi yüz qırx səkkiz) manat, avtomobilə baxış keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat) məbləğində pul, Xırdalan Vəkil Bürosuna ödənilmiş 300 manat pul və iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 182 (yüz səksən iki ) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 31082 (otuz bir min səksən iki) manat məbləğində pulun tutulub İddiaçı xeyrimə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, mülkiyyət hüququ ilə ona məxsus olan 2011-ci il buraxılış Hyundai HD65 YÜK markalı **-OK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2019-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan X4 idarə etmək üçün etibarnamə verib. Gəncalı Hüseynov həmin nəqliyyat vasitəsi ilə yük daşıyaraq öz ailəsini dolandırmaq ilə məşğul olurdu. 06 may 2023-cü il tarixdə X2 rayonundan gələrkən saat 17:35 radələrində Ümid qəsəbəsi ərazisində yük avtomobilini yolun sağdan ikinci hərəkət zolağı ilə saatda təxminən 70-80 km/saat sürətlə idarə edən zaman sol yan güzgüdən arxaya baxanda qara rəngli minik avtomobilinin sola dəmirə tərəf gedib yenidən qəflətən sağa doğru qayıdıb onun arxasına keçdiyini görmüşdür. O, yan güzgüdən arxaya baxmaq istədikdə həmin minik avtomobili onun avtomobilini sağ arxa təkərdən vurmuşdur. Bundan sonra zərbənin təsirindən o, idarəetməni itirmiş və avtomobil sürətlə sola doğru hərəkət etmişdir. Əyləcə basıb avtomobili saxlamaq istəsə də bunun heç bir xeyri olmamış və idarə etdiyi “Hyundai HD65” markalı yük avtomobili dəmir çəpərə daha sonra işıq dirəyinə dəyib dayanmışdır. Bundan sonra Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti Alayı yol-patrul xitməti inspektoru X9 hadisənin törədilməsində təqsirli bilinən Cavabdeh oğlu barəsində AR İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib etmiş və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 06 may 2023-cü il tarixdə saat 17:38-də Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu, Ümid qəsəbəsi ərazisindən keçən 39-cu kilometrliyində Qasımova Gülnar Yaqub qızının idarə etdiyi «Changan» markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobillə eyni istiqamətdə hərəkətdə olan Hüseynov Gəncalı Əvəz oğlunun idarə etdiyi «Hyundai HD65» markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşmuşdur. Toqquşmadan sonra hər iki avtomobil idarəetmədən çıxaraq yolun sol hissəsindəki dəmir çəpərə və işıq dirəyinə çırpılmış, nəticədə «Changan» markalı avtomobilin sürücüsü Gülnar Qasımova, sərnişini X10 və «Hyundai HD65» markalı yük avtomobilinin sürücüsü Hüseynov Gəncalı Əvəz oğlu təcili yardıma müraciət etmişlər. Bununla da, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cavabdeh özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə “Changan” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Saatlı rayonundan Bakı şəhərinə gəlmişdir. Qaradağ rayonu, Ümid qəsəbəsində olarkən avtomobili yolun soldan ikinci hərəkət zolağı ilə saatda 100 km/saat sürətlə idarə edən zaman avtomobil texniki cəhətdən saz olmuş, yük yeri boş olmuş, avtomobildə 1 sərnişin olmuşdur. Daha sonra avtomobili soldan birinci hərəkət zolağı ilə idarə edərkən arxadan “Mercedes Benz” markalı avtomobil gəlib ona çatmışdır. Ona yol vermək üçün sağa istiqamətlənən zaman onu arxadan vurmuşdur. Bu vaxt o, idarəetməni itirmiş və avtomobil sağa sola getməyə başlamışdır. Sağında isə yük avtomobili olmuş, onunla toqquşmamaq üçün sükanı sola döndərib avtomobili yolun sol hissəsindəki səkiyə və dəmir çəpərlərə vurmuşdur. Göstərilənləri, əməlindən səmimi peşman olmasını nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(002)-1223/2023 saylı qərarı ilə Qasımova Gülnar Yaqub qızı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Bundan sonra həmin hadisə zamanı ona məxsus avtomobilə dəymiş ziyanın Cavabdeh tərəfindən ödənilməsi üçün ona müraciət etmişlər. Cavabdeh avtomobilə dəymiş ziyanı 2011-ci il buraxılış Hyundai HD65 YÜK markalı **-OK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ödəməkdən yayındı. Buna görə də o, avtomobilinə dəymiş ziyanın miqdarının müəyyən olunması üçün xx.xx.2023-ci il tarixdə “X15” Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət etmişdir. Həmin cəmiyyətin Servis Mərkəzində ona məxsus avtomobilə ilkin texniki baxış keçirildi. Baxış zamanı “Hyundai HD65 YÜK” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin aşağıdakı ehtiyat hissələrinin dəyişdirilməsinə ehtiyac olduğunu bildirdi: 1. Rama təmiri-2800 manat; 2. Qabaq balka -1900 manat; 3. Saffa -550 manat; 4. 2 ədəd təkər diski -580 manat; 5. Tiyaqa uzun-180 manat; 6. Skvorni sağ -150 manat; 7. Mühərrik təmiri- 1300 manat; 8. Karopka təmiri-580 manat; 9. Radiator -580 manat; 10. Zbor kabina (ikinci əl)-17500 manat; 11. Kuza təmiri - 2000 manat; 12. Ressor zbor 2 tərəf -580 manat; 13. Elektrik işi - 350 manat; 14. Dəmirçi işi - 500 manat 15. Mexaniki iş - 650 manat. “X15” Məhdud Məsuliyyətli Cəmiyyətində keçirilmiş ilkin texniki baxış zamanı ümumilikdə 30550 manat məbləğində ziyan vurulduğu müəyyən olunmuş və bu barədə xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh İddiaçı məxsus avtomobilə vurulmuş maddi ziyana görə 30550 (otuz min beş yüz əlli) manat, avtomobilə baxış keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat, Xırdalan şəhər Vəkil Bürosuna ödənilmiş 300 manat və iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 31083 (bir min səkkiz yüz iyirmi səkkiz) manat məbləğində pul tutulub onun xeyrinə ödənilməlidir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2024-cü il tarixdə iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, iddia ərizəsini qəbul etmirlər və əsassız olduğundan rədd olunmasını istəyirlər. İddia ərizəsində göstərilənlər işin faktiki hallarını tam əks etdirmir, sübutların təhrifinə yol verilmişdir. Ona görə də AR MPM-nin 154.1-ci maddəsini rəhbər tutaraq iddiaya dair öz etirazlarını bildirmişlər. İddiaçı mülkiyyətində olan əmlaka dəymiş ziyanı çox şişirmiş və faktiki bazardakı satış qiymətində olan nəqliyyat vasitəsinin dəyəri qədər pulu cavabdehdən tələb etməyə başlamışdır. İlk olaraq bildirmişdir ki, işin faktiki halları ondan ibarətdir ki, Cavabdeh idarə etdiyi “Changan” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu, Ümid qəsəbəsi ərazisindən keçən 39-cu kilometrliyində hərəkətdə olarkən hərəkət zamanı arxadan onun nəqliyyat vasitəsini üşüncü digər nəqliyyat vasitəsinin (Mersedes Benz markalı) toxunuşu nəticəsində idarəetmənin itirilməsi üzündən qarşıdakı işıq dirəyinə toxunaraq dayandıqdan sonra “Hyundai HD65” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşma baş vermişdir. Belə ki, sürücü sürət həddini aşmamış, sözü gedən nəqliyyat vasitəsini vurmamış, ona çırpılmamışdır və onunla heç bir təması olmamışdır. Hərəkət zamanı onun nəqliyyat vasitəsini arxadan gələn üçüncü digər nəqliyyat vasitəsi (Mersedes Benz markalı) toxunuş edərək vurmuş, maşın yoldan çıxmış və nəticədə idarəetmənin itirilməsi üzündən qarşıdakı işıq dirəyinə toxunaraq dayandıqdan sonra “Hyundai HD65” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşma baş vermişdir. Cavabdeh polis orqanında da, məhkəmədə də izahatında qeyd etmişdır bunu. X1 da şikayətçi olmamış və izahatlarında bunları olduğu kimi qeyd etmişdir. Belə ki, 06 may 2023-cü il tarixdə “Changan” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Saatlı rayonundan Bakı şəhərinə gəlirdi. Avtomobili texniki cəhətdən saz olmuşdur, yük yeri boş olmuş və avtomobildə 1 sərnişin, həyat yoldaşı X10 olmuşdur. Qaradağ rayonu, Ümid qəsəbəsində olarkən avtomobili yolun soldan ikinci hərəkət zolağı ilə müəyyən olunmuş sürət həddində idarə edən zaman daha sonra avtomobili yolun soldan birinci hərəkət zolağı ilə idarə edərkən arxadan “Mercedes Benz” markalı avtomobil gəlib ona çatmış və bu zaman arxadan gələn nəqliyyat vasitəsinə yol vermək istəmişdir. Sağa istiqamətlənən zaman “Mercedes Benz” markalı avtomobil arxadan cavabdehin maşınını vurmuşdur. Bu vaxt cavabdeh özündən asılı olmayaraq, zərbənin təsirindən idarə etməni itirmiş və avtomobil sağa sola getməyə başlamışdır. Sağında isə iddiaçıya məxsus olan yük avtomobili gedirdi və onunla toqquşmamaq üçün sükanı sola döndərib avtomobili yolun sol hissəsindəki səkiyə və dəmir çəpərlərə vurmuşdur. Arxadan sürətlə gələn yük avtomobili cavabdehin nəqliyyat vasitəsinə dəyərək dayanmışdır. “Mercedes Benz” markalı avtomobili isə sürüb aradan çıxmışdır. Onu tapmaq da mümkün olmamışdır. Yol Polisi onu axramaq istəməmişdir. Halbu ki, yolda kameralar vardır. Cavabdeh özü də hadisə vaxtı xəsarət almışdır. On iki aydan çoxdur ki, xəstəxanalardadır və hazırda da müalicə alır. Qaradağ rayon Polis İdarəsində aparılmış araşdırma nəticəsində əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması xx.xx.2023-cü il tarixli Qərarla rədd olunmuş və Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq ona əlavə edilmiş sənədlər məhkəməyə göndərilmişdir. Tərtib olunmuş sənədlərin məzmununa əsasən qeyd olunur ki, 06 may 2023-cü il tarixdə saat 17:38-də Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu, Ümid qəsəbəsi ərazisindən keçən 39-cu kilometrliyində Cavabdeh idarə etdiyi “Changan” markalı, **-HX- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə eyni istiqamətdə hərəkətdə olan X3 idarə etdiyi “Hyundai HD65” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşmuşdur. Toqquşmadan sonra hər iki avtomobil idarəetmədən çıxaraq yolun sol hissəsindəki dəmir çəpərə və işıq dirəyinə çırpılmış, nəticədə “Changan” markalı avtomobilin sürücüsü Cavabdeh, sərnişini X10 və “Hyundai HD65” markalı yük avtomobilinin X1 təcili yardıma müraciət etmişlər. Hadisə yerinin sxemi də çəkilmişdir. Məhkəmədə isə bütün hallar ətraflı araşdırılmadan barəsində təqsirlilik barədə hüquqi qərar qəbul edilmişdir ki, bununla razılaşa bilməmiş və şikayət vermişlər. Halbu ki, iş ərtaflı araşdırılsaydı və şahid ifadələri doğru dürüst tədqiq edilsəydi Gülnarın bu işdə qəsdi və ya digər bir günahı olmaması müəyyən olunardı. Hadisə üçüncü nəqliyyat vasitəsinin müdaxiləsi üzündən baş vermiş və idarə etmə itirildiyindən qaçılmaz toqquşma baş vermişdir. Təqdim olunmuş şəkillərdən və video görüntüdən də aşkar görünür ki, cavabdehin idarə etdiyi “Changan” markalı, **-HX- *** dövlət qeydiyyat nişanlı avtomobil qarşıda dirəyə dəymiş vəziyyətdə dayanmışdır, “Hyundai HD65” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı yük avtomobili arxadan gələrək toqquşmuşdur. Mövcud mübahisəli işdə də iddiaçının ziddiyyətli mövqeyi aşkar ortadadır və diqqət olunası hallar mövcuddur. Hadisədən 10 ay keçəndən sonra iddia qaldırmış, qiymətləri şişirmiş və əsassız tələb irəli sürmüşdür. İddiaçının riayət etməli olduğu mülki hüquq münasibətlərinin əsas prinsipləri gözlənilməmiş və təhrif olunmuş dəlliləri irəli sürməklə məhkəməyə yanlış sübutlar təqdim edilməsinə cəhd olunmuşdur. İddiaçının nəqliyyat vasitəsi sığortalıdır. Sığorta pulunu almaqdan imtina etmişdir. Nəqliyyat vasitəsinin qüsurlarına dair sığorta orqanına təqdim olunmuş Forma-4 arayışı mövcuddur və hadisənin ilk dəqiqələrindən tərtib olunmuşdur. Bunlar ortadan çıxarılmış, hansısa servisin arayışı təqdim olunur. Bu isə düzgün deyildir. Tərəflərindən aparılmış ilkin araşdırmalar nəticəsində isə müəyyən edilmişdir ki, hadisəni faktiki fiksasiya edilməsi, xəsarətin həddlərinin müəyyən olunması mərhələsində ilkin və real qiymətləndirmə aparılaraq sənədlər sığorta orqanına təqdim olunmuşdur. Lakin onlar ortaya çıxarılmır. Hazırkı işdə isə qarşı tərəf vicdansız davranmaqla bir o qədər də olmayan zərər və öhdəlik barədə iddia verməkdədir. Ona görə məbləğ dəqiq müəyyən edilməlidir. İddiaçı tərəf çəkilmiş xərclərə dair də heç bir mötəbər sübut təqdim etməmişdir. Yazılanların mötəbər təsdiqi yoxdur. Hansısa qiymət aktının təqdim edilməsi heç də nəqliyyat vasitəsinə qoyulmalı olan zərər üzrə real xərci müəyyən edə bilməz. İddiaçı bu zərərin hansı hissələrə dəymiş xəsarətdən yarandığını göstərə bilmir və necə yarandığına dair sübut təqdim edə bilmir. Hazırda iddiaçı məhəməyə müraciət edə bilmək hüququndan sui istifadə edərək əsassız tələb irəli sürmüşdür. İddia bu məzmunda tamamilə əsassızdır və təmin oluna bilməz. Ona görə də, hazırkı iddia sübut edilən əsaslara malik deyildir və rədd olunmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ona verilən suallara cavab olaraq bildirdi ki, avtomobil təmir olunmamışdır. Tərəflər arasında razılıq əldə olunmamışdır. Cavabdeh dəyən zərəri ödəmək istəmir. Həm qüsur aktında, həm də iki qiymətləndirici tərəfindən müəyyən olunmuş məbləğdir. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq bildirir ki, sığorta şirkəti tərəfindən iddiaçıya 4527 manat ödəniş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, iddiaçının tələb etdiyi məbləğ istifadə olunmamış maşının qiyməti ilə eynidir. Satışda 2012-ci il buraxılış ili olan bu marka yeni maşınların qiyməti 26000-dır. Zərər vurulmuş kabinkanın satış qiyməti 9000 manatdır, usta xərci ilə birlikdə 11000 manat təşkil edər. Ekspertizanın rəyi ilə razı deyil. Həmin məbləğlə yeni eyni markalı maşın alına bilər. Ona verilən suala cavab olaraq bildirdi ki, bu marka maşınların qiyməti ilə bağlı elektron sistemə o, internetdən əldə etdiyi məlumat xarakterli sənədləri əlavə etmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 2011-ci il buraxılışlı, “Hyundai HD65” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına xx.xx.2020-ci il tarixdə qeydiyyat aparılmışdır. - Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-1223/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir. - “Diesel Motors” Avtoservisin xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən “Hyundai HD65” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 30550 manat təşkil edir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsinin baş müstəntiqi, polis mayoru X7 06 iyun 2023-cü il tarixli qərarına əsasən toplanmış HK- 1/481 nömrəli material üzrə cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə inzibati tənbeh görülməsi üçün qərarın surətinin BDYPİ YPXA-na göndərilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsinin rəisi Vüqar Əhədov tərəfindən DİN-in Baş X22 İdarəsinin rəisi cənab Ramiz Zeynalova ünvanladığı xx.xx.2023-cü il tarixli raportuna əsasən 06 may 2023-cü il tarixdə saat 17:38 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonu ərazisindən keçən 39-cu kilometrində Bakı şəhəri, Yasamal rayonu, Ü.Əkbərov küçəsi, ev 84Q-də qeydiyyatda olan, 1988-ci il təvəllüdlü Cavabdeh idarə etdiyi “Chanqan” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən qarşıda eyni istiqamətdə hərəkətdə olan Bakı şəhəri, Səbail rayonu, A.Aslanov küçəsi, ev 61, dalan 1-də qeydiyyatda olan, 1961-ci il təvəllüdlü X3 idarə etdiyi “Hyundai HD 65” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, toqquşmadan sonra hər iki avtomobil idarəetmədən çıxaraq yolun sol hissəsindəki dəmir çəpərə və işıq dirəyinə çırpılmış, nəticədə “Chanqan” markalı avtomobilin sürücüsü Cavabdeh və sərnişini Naxçıvan MR Babək rayonu Şıxmahmudlu kəndində qeydiyyatda olan, 1984-cü il təvəllüdlü X10 xəsarət alaraq təcili yardıma müraciət etmişlər. Baş müstəntiq polis mayoru Fuad Şirinov hadisə yerinə baxış keçirərək müvafiq sənədləşmə aparmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X22 İdarəsinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsinin rəisi Vüqar Əhədova ünvanladığı xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubuna əsasən DİN-in Baş X22 İdarəsinin Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1961-ci il təvəllüdlü X5 xx.xx.2019-cu il tarixdə (xx.xx.2029-cu il tarixədək etibarlı olan) AC 567562 nömrəli “BCD” kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmayıb. - xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən 4527,54 (dörd min beş yüz iyirmi yeddi manat əlli dörd qəpik) manat məbləğində pul ******************** saylı kart hesabına köçürülmüşdür. - "xxxx" ASC-nin məhkəməyə ünvanladığı 24 iyun 2024-cü il tarixli sorğuya cavabına əsasən sorğuda göstərilən hadisə sığorta şirkəti tərəfindən qeydə alınmamışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5909-8/2069 nömrəli, xx.xx.2025-ci il tarixli rəyinə əsasən 1-2-3-4a sualları üzrə: yolnəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəsislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Həmçinin nəqliyyat vasitələrinin təmirlə bərpasının mümkün olub-olmamasını, nəqliyyat vasitələrinin zədələnmiş hissələrinin təmirlə bərpa oluna bilməsinin və yaxud dəyişdirilməsinin zəruriliyini müəyyən etmək üçün metodika olmadığından qeyd olunan suallar üzrə yolnəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır. 4b sualı üzrə: nəzəri hesablama yolu ilə, ekspertiza tədqiqatına təqdim edilmiş iş materialında olan, “X13” MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən 2011-ci buraxılışlı “Hyundai” markalı, “HD 65” model, mühərrikin iş həcmi 3907 sm3, Furqon tipli, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin 3 adda ehtiyyat hissələrinin orta bazar qiyməti təxminən 1350,00 manat müəyyən edilir. Tələb və təklifdən asılı olaraq müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. “X13” MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında qeyd edilən 2011-ci buraxılışlı “Hyundai” markalı, “HD 65” model, Furqon tipli, mühərrikin iş həcmi 3907 sm3 (**-OK-*** dövlət qeydiyyat nişanlı) avtomobilin 5 adda ehtiyyat hissələrinin qiymətinə dair məlumat əldə etmək mümkün olmadı. 2011-ci buraxılışlı “Hyundai” markalı, “HD 65” model, mühərrikin iş həcmi 3907 sm3, Furqon tipli, (**-OK-*** dövlət qeydiyyat nişanlı) avtomobilin təmir-bərpa xərci həmin sahə üzrə ixtisaslaşmış mütəxəssislər (dəmirçi, armaturçu, çilingər, elektrik, rəngsaz və sair) tərəfindən müəyyən edilə bilər. 5-ci sual üzrə: ekspertiza təyini haqqında qərardadda qeyd edilən 2011-ci buraxılışlı “Hyundai” markalı, “HD 65” model, mühərrikin iş həcmi 3907 sm3, Furqon tipli (**-OK-*** dövlət qeydiyyat nişanlı) avtomobilin təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə 2024-cü ilin avqust-oktyabr aylarına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 29.600,00 (27500+31700) manat müəyyən olunur. Tələb və təklifdən asılı olaraq müəyyən edilmiş qiymətdə dəyişiklik olması istisna edilmir. 2011-ci buraxılışlı “Hyundai” markalı, “HD 65” model, mühərrikin iş həcmi 3907 sm3, Furqon tipli (**-OK-*** dövlət qeydiyyat nişanlı) avtomobilin xx.xx.2023-cü il tarixə orta bazar qiyməti barədə məlumat əldə etmək mümkün olmadı. 6-cı sual üzrə: sözügedən avtomobil avtoservis şəraitində söküldükdən, hissələri diaqnostika olunduqdan, salamat qalmış hissələrin adı dəqiqləşdirildikdən sonra qalıq dəyəri müəyyən edilə bilər. - “X14 Mərkəzi” MMC-nin YDQM№ 004-044/2025 saylı, xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatına əsasən 2011-ci il buraxılışlı, “Hyundai HD 65” markalı, **-OK- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 30180 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri olan 300 (üç yüz) manat məbləğində olan xidmət haqqı “X14 Mərkəzi” MMC-nin hesabına İddiaçı tərəfindən ödənilmişdir. - "xxxx" MMC-nin CC/1xx/xx-2025 saylı, xx.xx.2025-ci il tarixli hesabatına əsasən müqayisə yanaşmasından aparılmış və **-OK-*** dövlət qeydiyyat nişanlı “Hyundai HD 65” markalı avtomobilin bazar dəyəri 29600 manat səviyyəsində müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri olan 400 manat (dörd yüz manat) məbləğində xidmət haqqı, iş üzrə İddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına ödənilmişdir. Məhkəmə iclasında ekspert qismində dindirilmiş X11 izahatında bildirmişdir ki, baxış zamanı hər iki tərəf iştirak etmişdir. Avtomobilin 40% hissəsindən çox, demək olar ki 60%nə zərər zərər dəymişdir və bu hal əmlakın tam məhvi kimi hesab edilir. Maşının zədələnmiş ehtiyyat hissələri ayrı-ayrılıqda qiyməti hesablanarsa, maşının real qiymətindən daha baha olur. Ona verilən suallara cavab olaraq bildirdi ki, dəymiş zərər, əldən çıxmış və s. ilə bağlı sertifkatları mövcuddur. Ön və arxa hissəsi əzilib, kabinkanın altındakı mühərrik tam sıradan çıxmışdır. İşin məhkəmə tərəfindən tərəflərin izahatları və sübutlarla müəyyən edilmiş mübahisəsiz halları odur ki, xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə baş verən zaman Cavabdeh «Changan» markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli olduğu müəyyən edilmişdir. Hadisə nəticəsində iddiaçıya məxsus “Hyundai HD65” yük markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-1223/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir. “Diesel Motors” Avtoservisin xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən “Hyundai HD65” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 30550 manat qiymətləndirilmişdir. “X14 Mərkəzi” MMC-nin YDQM№ 004-044/2025 saylı, xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatına əsasən 2011-ci il buraxılışlı, “Hyundai HD 65” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 30180 manat təşkil edir. "xxxx" MMC-nin CC/1xx/xx-2025 saylı, xx.xx.2025-ci il tarixli hesabatına əsasən müqayisə yanaşmasından aparılmış və **-OK-*** dövlət qeydiyyat nişanlı “Hyundai HD 65” markalı avtomobilin bazar dəyəri 29600 manat səviyyəsində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən 4527,54 (dörd min beş yüz iyirmi yeddi manat əlli dörd qəpik) manat məbləğində pul iddiaçıya məxsus ******************** saylı kart hesabına köçürülmüşdür. İddiaçı hal-hazırda onun nəqliyyat vasitəsinə vurulmuş maddi ziyana görə 30550 (bir min yeddi yüz qırx səkkiz) manat, avtomobilə baxış keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat) məbləğində pul, Xırdalan Vəkil Bürosuna ödənilmiş 300 manat pul və iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 182 (yüz səksən iki ) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 31082 (otuz bir min səksən iki) manat məbləğində pulun tutulub onun xeyrinə ödənilməsini tələb edir, cavabdeh isə iddia tələbini qəbul etmir. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh qanunsuz hərəkətinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə tərəflərin izahatları və iş materialları ilə müəyyən edilmişdir. İddiaçı cavabdehdən 30550 (bir min yeddi yüz qırx səkkiz) manat məbləğində dəymiş ziyanın tutulmasını tələb etmiş, məhkəmə iş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzini və "xxxx" MMC-nin CC/1xx/xx-2025 saylı, xx.xx.2025-ci il tarixli hesabatını nəzərə alaraq qeyd edir ki, cavabdehdən dəymiş ziyanın əvəzi olaraq 25073 (iyirmi beş min yetmiş üç) manat pul tutulmalıdır. Belə ki, iddiaçıya vurulmuş maddi ziyana görə cavabdeh tərəfindən 4527,54 (dörd min beş yüz iyirmi yeddi manat əlli dörd qəpik) manat ödənilmişdir. Bundan başqa, məhkəmə iş üzrə keçirilmiş məhkəmə qiymətləndirmə rəylərindən "xxxx" MMC-nin CC/1xx/xx-2025 saylı, xx.xx.2025-ci il tarixli hesabatına üstünlük verərkən məhkəmə iclasında dindirilmiş ekspertin (qiymətləndirici) izahatını da nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası haqqında Qanununun 10.1.-ci maddəsinə əsasən, Sığorta məbləği bu Qanuna uyğun olaraq sığorta obyektinin sığortalandığı və sığortaçının öhdəliklərinin bu Qanunla müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddidir. 10.3-cü maddəsinə əsasən, hər bir icbari sığorta növü üzrə sığorta məbləğləri bu Qanunun Xüsusi bölməsinin fəsilləri ilə müəyyən olunur. 56.1-ci maddəsinə əsasən, üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.1-ci maddəsinə əsasən, fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; 56.1.2-ci maddəsinə əsasən, üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. Məhkəmə dəymiş maddi ziyanın həddini müəyyən edərkən ekspert rəylərini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab etmişdir ki, "xxxx" MMC-nin CC/1xx/xx-2025 saylı, xx.xx.2025-ci il tarixli hesabatına əsasən vurulmuş maddi ziyanın məbləği ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə uyğun olaraq avtomobilin təmirbərpa xərci üzrə 29600 manat həddində müəyyən edilməli, dəymiş ziyan hesablanarkən sığorta ödənişi kimi ödənilmiş 4527 manat məbləğ nəzərə alınmalıdır. Tutulmalı məbləğə münasibətdə məhkəmə məhkəmə iclasında dinririlmiş ekspert (qiymətləndirici) izahatını da əsas tutaraq qeyd edir ki, "xxxx" MMC-nin CC/1xx/xx-2025 saylı, xx.xx.2025-ci il tarixli hesabatına əsasən **-OK-*** dövlət qeydiyyat nişanlı “Hyundai HD 65” markalı avtomobilə 40 faizdən çox zərər dəydiyindən və qiymətləndirici tərəfindən həmin avtomobilin məhvi kimi qiymətləndirilədək müəyyən olunmuş bazar dəyəri 29600 manat əsas götürülərək, həmin məbləğdən 4527 manat sığorta ödənişi çıxılmaqla qalıq 25073 manat Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə bu nəticəyə gələrkən onu da bildirir ki, iddiaçı tərəfindən təqdim edilmiş qüsur aktında, eləcə də “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin və "xxxx" MMC-nin hesabatlarında **-OK-*** dövlət qeydiyyat nişanlı “Hyundai HD 65” markalı avtomobilin dəyəri və dəymiş ziyana dair oxşar məbləğlər müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh avtomobilə vurulmuş maddi ziyanın əvəzi olaraq 25073 (iyirmi beş min yetmiş üç) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun əvəzi olan 182 (yüz səksən iki) manatın 146 (yüz qırx altı) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFTBİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri - "xxxx" MMC-yə ödənilmiş 400 (dörd yüz) manat Cavabdeh tutularaq İddiaçı ödənilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinə ödənilmiş 300 (üç yüz) manat ekspert xidmət haqqı iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh avtomobilə vurulmuş maddi ziyanın əvəzi olaraq 25073 (iyirmi beş min yetmiş üç) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 182 (yüz səksən iki) manatın 146 (yüz qırx altı) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFTBİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri - "xxxx" MMC-yə ödənilmiş 400 (dörd yüz) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinə ödənilmiş 300 (üç yüz) manat ekspert xidmət haqqı iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar