Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-762/2024 29.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi əvəzinin zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ona icarə hüququ əsasında məxsus olan Abşeron rayonu Məmmədli kənd ərazisində yerləşən 0,50 ha torpaq sahəsində əkilmiş çoxillik bar verən meyvə ağaclarına, dəfnə, çinar, söyüd və ağcaqayın ağaclarının əkilməsi, yetişdirilməsi xərcləri və əldən çıxmış fayda nəzərə alınmaqla ona dəymiş 200.000 manat maddi ziyanın, həmçinin tərəfindən ödənilmiş 490 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, RX seriyalı ******* nömrəli çıxarışdan da göründüyü kimi Abşeron rayonu Məmmədli kəndi ərazisində yerləşən 0,50 ha torpaq sahəsi icarə hüququ əsasında İddiaçı məxsusdur. Həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 250,6 kvadrat metr olan əmlak kompleksi isə İddiaçı xüsusi mülkiyyətindədir. Belə ki, 0,50 ha torpaq sahəsi İddiaçı icarəsinə verildikdən sonra orada çoxlu sayda ağaclar əkmiş və becərmişdir. Təqdim edilmiş fotoşəkillərdən də göründüyü kimi torpaq sahəsində İddiaçı tərəfindən qiymətli ağaclar əkilərək həmin ərazi yaşıllaşdırılmışdır. İddiaçı ilə tanışı Cavabdeh arasında olan razılaşmaya əsasən icarə hüququ əsasında İddiaçı məxsus torpaq sahəsini və üzərindəki əmlak kompleksini Cavabdeh 450.000 manata almalı idi. Hətta buna görə xx.xx.2023-cü il tarixdə o, öz üzərinə pulun ödənilməsinə dair öhdəlik götürmüşdür. Cavabdehin öhdəlik götürdüyünə dair özü tərəfindən yazılmış ərizəsindən də göründüyü kimi o, torpaq sahəsini aldığı üçün 450.000 manat pul verməli, xx.xx.2023-cü il tarixədək 200.000 manat ilkin ödəniş etməli, bütün ödənişləri isə xx.xx.2023-cü ilədək tamamlamalı idi. Yəni o, qeyd edilənlərlə bağlı üzərinə öhdəlik götürmüşdür. Hətta iddia ərizəsinə əlavə edilən Abşeron Rayon Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 92 nömrəli arayışdan da göründüyü kimi 0,50 ha torpaq sahəsinin Cavabdeh satılmasına etiraz edilmədiyi göstərilmişdir. İddiaçı cavabdehi uzun müddəti tanıdığı və inandığı üçün elə həmin vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən torpaq sahəsini və üzərindəki əmlakı cavabdehə təhvil vermişdir. Lakin bir müddət sonra Cavabdeh müxtəlif bəhanələrlə ilkin ödəniş olan 200.000 manatı ödəməkdən yayınmışdır. Hər dəfə bir müddət vaxt verilməsini istəmişdir. Ən sonda isə xx.xx.2023-cü il tarixdə artıq torpaq sahəsi və üzərindəki əmlak kompleksini almayacağını bildirib üzərinə götürdüyü öhdəliyi yerinə ytetirməmişdir. Belə ki, torpaq sahəsi faktiki olaraq onun istifadəsində olduğu dövrdə Cavabdeh tərəfindən iddiaçı tərəfindən uzun illər ərzində əkilib becərilmiş ağacları, yaşıllıqları tamamilə məhv etmişdir. İddia ərizəsinə əlavə edilmiş fotoşəkildən də göründüyü kimi icarə hüququ əsasında iddiaçının mülkiyyətində olan torpaq sahəsində heç bir ağac və bitki qalmamışdır. İddiaçıya 200.000 manat maddi ziyan dəymişdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, nümayəndəsi və vəkili Vəkil izahatı ilə razı olduğunu bildirdi, cavabdehlə mübahisəni sülh yolu ilə həll edə bilməmişlər. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş və “AZEMİS” vasitəsilə 050 222 99 33 mobil telefon nömrəsinə SMS bildirişi göndərməklə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat vermişdir. Lakin cavabdeh məhkəməyə gəlməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram göndərərək, insult keçirtdiyinə görə xəstəxanaya yerləşdiriləcəyini və buna görə də xx.xx.2024-cü il tarixdə keçiriləcək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Lakin cavabdehin tibb müəssisəsinə yerləşdirilməsini təsdiq edən hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Cavabdeh xx.xx.2024-cü, xx.xx.2024-cü keçirilmiş məhkəmənin hazırlıq iclasında iddianı qəbul etməmiş, xx.xx.2024-cü il tarixdə keçirilmiş iclasda iddianı qismən qəbul etmiş və izahatında bildirmişdir ki, tikinti aparmaq üçün iddiaçı ilə torpaq sahəsini 450.000 manata almağa razılaşmışdır. 2023-cü ilin fevralında aralarında razılaşma olmuşdur ki, notariusda alqı-satqı müqaviləsi bağlayacaqlar. İlkin ödəniş kimi 250.000 manat ödədikdən sonra, qalan 200.000 manat pulu da tikinti müddətində ödəcəyəcəkdir. Onlar həmin vaxt notariusa getmişlər, lakin tikililərin sənədləri onda olmadığından alqı-satqı baş tutmamışdır. Notarius onlara bildirmişdir ki, bu sənədlərlə həmin torpaq sahəsində tikinti apara bilməyəcəkdir. Torpaq sahəsinin 0,50 ha hissəsinin sənədi var idi, lakin 0,20 ha hissəsinin sənədi yox idi. Ona görə də o, alqı-satqını dayandırmışdır. İddiaçıya bildirmişdir ki, tikintiyə icazə verilməyəcək, gedək bu məsələni araşdıraq və buna görə ondan vaxt istəmişdir. Fikri qəti idi və bina tikmək istəyirdi. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə gedib-gəlmiş, təxminən 2 ay çəkmişdir. Ona görə də iddiaçıya demişdir ki, əgər alıcı çıxsa, torpağı ona satsın. Həmin dövrdə o, özü də maddi cəhətdən xeyli ziyana düşmüşdür. Qeyd edir ki, hazırda həmin torpaq sahəsində 100-ə qədər ağac var, kəsilmiş ağacların əksəriyyəti qurumuş ağaclar idi, yaşıl ağaclardan da kəsilənlər olub, onların bir qismini öz torpağında əkmişdir, qalanlardan bir qədərini dostuna da vermişdir. Həmin ərazidə görülən bütün işləri İddiaçı razılığı ilə, ya da o yanında olarkən etmişdir. Torpaq kənd təsərrüfatı təyinatlı idi, ona görə də orada tikintiyə icazə verilməyəcəkdi. Tikinti Komitəsinin sədr müavini Namiq Əliyev bildirmişdir ki, sənədlərə baxıb tikintiyə icazə verəcəklər. Ona görə də o, alqı-satqı etmək üçün notariusa getmişdir. Ağacların kəsilməsinə təxminən 10.000 manata yaxın pul xərcləmişdir. Orada qalan ağaclardan 30 ədədi yaşıl ağaclardır, hansı ki, o, həmin ağacları cavanlaşdırmaq üçün kəsdirmişdir, qalan 70 ədədi isə quru ağaclardır. Təxminən 120-150 ədəd qurumuş ağaclar çıxarılıb. İddiaçı ilə aralarında olan danışığa əsasən mübahisəni sülh yolu ilə həll etməyə razılaşmışlar. O, iddiaçıya barışıq üçün 25.000 manat ödəyəcəkdir. Lakin ödənişin qaydası barədə razılaşmamışlar. Hesab edir ki, məhkəmə baxışına qədər mübahisəni sülhlə başa çatdırmaqları mümkün olacaqdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının, onun nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu Məmmədli kəndində yerləşən sahəsi 0,50 ha olan torpaq sahəsi icarə hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 250,6 kvadrat metr olan əmlak kompleksi isə İddiaçı xüsusi mülkiyyətindədir. Abşeron rayon Məmmədli Bələdiyyəsi tərəfindən notoriat kontorlarına ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir ki, Abşeron rayon Məmmədli Bələdiyyəsi ərazisində İddiaçı icarəsində olan DƏDRX-ın **********01-12301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışı ilə icarəsində olan Abşeron rayonu Məmməli kəndində yerləşən 0,50 ha torpaq sahəsinin icarə hüququnun qanuna müvafiq qaydada Cavabdeh (AZE: 0*******, FİN:xxxxxxx) satılmasına Məmmədli bələdiyyəsi etiraz etmir. xx.xx.2023-cü il tarixli sadə yazılı öhdəlikdən müəyyən edilir ki, Cavabdeh xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışla İddiaçı məxsus olan Abşeron rayonu Məmmədli kəndində yerləşən sahəsi 0,50 ha olan torpaq sahəsini xx.xx.2023-cü il tarixə qədər ilkin ödəniş olaraq 200.000 manat, xx.xx.2023-cü il tarixə qədər isə 250.000 manat ödəniş etməklə, ümumilikdə 450.000 manata alması ilə bağlı öz üzərinə öhdəlik götürmüşdür. “X1” MMC-nin verdiyi xx.xx.2024-cü il tarixli 12 nömrəli qiymətləndirmə rəyinə əsasən aparılmış tədqiqatlar nəticəsində Abşeron rayonu Məmmədli kəndində 0.50 ha torpaq sahəsində yerləşən 6 ədəd ağ tut, 5 ədəd ərik, 20 ədəd armud, 18 ədəd alma, 6 ədəd alça, 2 ədəd göyəm, 34 ədəd gilanar, 8 ədəd gavalı, 7 ədəd karalyok, 28 ədəd üzüm, 1 ədəd feyxoa, 4 ədəd əzgil, 8 ədəd gilas, 1 ədəd dəfnə, 2 ədəd yapon əzgili, 2 ədəd çinar, 3 ədəd qara tut, 6 ədəd heyva, 2 ədəd zeytun, 9 ədəd nar, 7 ədəd xurma, 6 ədəd badam, 3 ədəd şaftalı, 46 ədəd söyüd və 1 ədəd ağcaqayın ağaclarının yaşı, məhsuldarlığı, əkilmə və yetişdirilmə xərcləri və əldən çıxmış fayda nəzərə alınmaqla 2023-cü il tarixə dəymiş ziyan - 55.572,50 manat müəyyən edilmişdir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. xx.xx.2024-cü il tarixli 12 saylı qiymətləndirmə rəyindən müəyyən edilir ki, İddiaçı məxsus Abşeron rayonu Məmmədli kəndində 0,50 ha torpaq sahəsində yerləşən əkilmiş çoxillik bar verən meyvə ağaclarına, dəfnə, çinar, söyüd və ağcaqayın ağaclarının əkilməsi, yetişdirilməsi xərcləri və əldən çıxmış fayda nəzərə alınmaqla, 2023-cü il tarixə vurulmuş real maddi zərər 55.572,50 manat təşkil edir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı icarə hüququ əsasında məxsus olan Abşeron rayonu Məmmədli kənd ərazisində yerləşən 0,50 ha torpaq sahəsində əkilmiş çoxillik bar verən meyvə ağaclarına, dəfnə, çinar, söyüd və ağcaqayın ağaclarının əkilməsi, yetişdirilməsi xərcləri və əldən çıxmış fayda nəzərə alınmaqla, 2023-cü il tarixə vurduğu maddi zərərin əvəzi olaraq 55.572,50 manat və ödənilmiş 256 manat dövlət rüsumu olmaqla, cəmi 55.828,50 manat pul tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı icarə hüququ əsasında məxsus olan Abşeron rayonu Məmmədli kənd ərazisində yerləşən 0,50 ha torpaq sahəsində əkilmiş çoxillik bar verən meyvə ağaclarına, dəfnə, çinar, söyüd və ağcaqayın ağaclarının əkilməsi, yetişdirilməsi xərcləri və əldən çıxmış fayda nəzərə alınmaqla, 2023-cü il tarixə vurduğu maddi zərərin əvəzi olaraq 55.572,50 manat və ödənilmiş 256 manat dövlət rüsumu olmaqla, cəmi 55.828,50 (əlli beş min səkkiz yüz iyirmi səkkiz manat əlli qəpik) manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-762/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-762/2024
29.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver