Məhkəmə qərarları › İş №e-2(004)-765/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-765/2022

01.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-765/2022 01.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 17.12.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq, qoşulma nəticəsində 189,99 manat vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş xidmət haqqı daxil olmaqla 30,4 manat dövlət rüsumunun, ümumilikdə 370,39 (üç yüz yetmiş manat otuz doqquz qəpik) manat məbləğində pulun tutulmasına barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 01.02.2022-ci il tarixdə etiraz ərizəsi verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahat verərək bildirir ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 22 avqust 2005-ci il tarixdə və 22 avqust 1011-ci il tarixdə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasından TR 057 saylı və TR 066 saylı teleradio yayımı üçün lisenziyalar alınmışdır. Bu məqsədlə İddiaçı MMC Bakı şəhərində kabel televiziyasının yayımlanması üçün kabel şəbəkəsini qurmaqla müqavilə əsasında yaşayış və qeyriyaşayış sahələrinə kabel xəttləri çəkir. Lakin son zamanlar bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında 15.05.2008-ci il, 15.03.2011-ci il, 01.10.2014-cü il, 29.03.2015-ci il və 04.01.2018-ci il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. İddia ərizəsinə əlavə edilmiş 125 nömrəli arayışa əsasən, cavabdeh Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 116, 18 nömrəli mənzilin sahibidir. Belə ki, 28.10.2012-ci il tarixdə həmin ünvanda yaşayan X3 ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən, mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, abonent son ödəməsini 01.08.2013-cü il tarixədək etmiş və həmin ünvan 21.11.2013-cü il tarixdə 33,3 manat borcla şəbəkədən ayrılmışdır. 27.01.2015-ci il tarixdə "xxxx" hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə Nazirliyinin mütəxəssisinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 2417 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Daha sonra 12.12.2015-ci il tarixdə "xxxx" hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə binaya baxış keçirilən zaman sözügedən mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı təkrar aşkar edilmiş, bu barədə 4826 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə tərtib edilmiş aktlardan görünür ki, cavabdeh “K@TV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmalar həyata keçirmiş və həmin qoşulmalar nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Eyni zamanda qeyd edirk ki, baxış keçirilən zaman tərtib edilmiş aktda qeyd edilənlər video qeydə alınmışdır. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keşirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Mənzilə son baxış keçirildiyi 29.03.2014-cü il tarixdən qanunsuz qoşulma barədə sonuncu aktın tərtib olunduğu 12.12.2015-ci il tarixə qədər olan müddət həriki akt üzrə 623 gün, təşkil edir. Qanunsuz qoşulmanın mövcud olduğu 623 gündən 520 günü həmin dövr üçün yəni 31.08.2015-ci ilə qədər hər gün üçün 30 qəpik olmaqla 156 manat, 103 günü isə hər gün üçün 33 qəpik olmaqla 33.99 manat təşkil edir. Yəni müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərər ümumilikdə 189 manat 99 qəpik təşkil edir. Bundan əlavə, İddiaçı MMC "xxxx" hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqaviləyə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat pul ödəmişdir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubu göndərilsə də, lakin məktub geri qayıtmışdır İddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib olunmuş 27.01.2015-ci il tarixli, 2417 nömrəli aktın surətinə əsasən "xxxx" MMC-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 116, 18 saylı mənzilə kabel şəbəkəsinə nəzarət baxışı keçirilən zaman mənzilin sakini tərəfindən “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir. Əməkdaşlar aktı təqdim etmək məqsədilə qapını döymüş, lakin açan olmamışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib olunmuş 12.12.2015-ci il tarixli, 4826 nömrəli aktın surətinə əsasən "xxxx" MMC-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 116, 18 saylı mənzilə kabel şəbəkəsinə nəzarət baxışı keçirilən zaman mənzilin sakini tərəfindən “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir. Əməkdaşlar aktı təqdim etmək məqsədilə qapını döymüş, lakin açan olmamışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib olunmuş 03.05.2021-ci il tarixli arayışa əsasən İddiaçı MMC ilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 116, 18 saylı mənzildə yaşayan X3 arasında bağlanmış müqavilə üzrə həmin ünvan 28.10.2012-ci il tarixdə şəbəkəyə qoşulmuş, 01.08.2013-cü il tarixədək son ödəməni edərək 21.11.2013-cü il tarixdə 33,3 manat borc ilə olaraq şəbəkədən ayrılmışdır. İş materiallarında olan 125 saylı MTK –nın 21 may 2020-ci il tarixli arayışına əsasən 2014-cü ildən Nizami rayonu, Q.Qaeayev 116, 18 saylı mənzilin sahibi Cavabdeh olmuşdur. İş materiellarında olan AN-İ № ******* saylı, 08.09.2006-cı il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətinə əsasən Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 116, 18 saylı mənzili X1. İşin müəyyən edilmiş halları odur ki, 27.01.2015-ci il və 12.12.2021-ci il tarixlərdə "xxxx" hüquq firmasının və “K@TV1” Kabel Televiziyasının əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 116, 18 saylı mənzilə kabel şəbəkəsinə keçirilən baxış zamanı həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 2417 və 4826 saylı aktlar tərtib edilmişdir. İddiaçı 125 saylı MTK –nın 21 may 2020-ci il tarixli arayışına əsaslanaraq həmin dövrdə mənzilin sahibinin Cavabdeh olmasını əsas gətirərək cavabdehə qarşı pul tələbi irəli sürmüşdür. Lakin iş materiallarında olan AN-İ № ******* saylı, 08.09.2006-cı il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 116, 18 saylı mənzili X1. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə qarşı hazırki tələbi əsassızdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı cavabdehdən “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq, qoşulma nəticəsində 189,99 manat vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş xidmət haqqı daxil olmaqla 30,4 manat dövlət rüsumunun, ümumilikdə 370,39 (üç yüz yetmiş manat otuz doqquz qəpik) manat məbləğində pulun tutulmasına dair iddia tələbi rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı cavabdehdən “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq, qoşulma nəticəsində 189,99 manat vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş xidmət haqqı daxil olmaqla 30,4 manat dövlət rüsumunun, ümumilikdə 370,39 (üç yüz yetmiş manat otuz doqquz qəpik) manat məbləğində pulun tutulmasına dair iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar