Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-788/2024 09.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı "xxxx" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı "xxxx" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, TuranBank ASC-nin “Binəqədi” filialı ilə Abıyev Fariz İmanverdi oğlu arasında bağlanmış xx.xx.2019-ci il tarixli, FM 1386/F-19 saylı kredit müqaviləsi üzrə borcalanın vərəsəsi Cavabdeh Banka olan 1 858.42 manat (min səkkiz yüz əlli səkkiz manat 42 qəpik) əsas, 9.61 manat (doqquz manat 61 qəpik) faiz, 4.29 manat (dörd manat 29 qəpik) cərimə borcu olmaqla, cəmi borcu 1 872.32 manat (min səkkiz yüz yetmiş iki manat 32 qəpik) məbləğində borcun və tərəflərindən ödənilmiş 38.73 manat (otuz səkkiz manat 73 qəpik) məbləğində dövlət rüsumunun cavabdehdən (borcalanın vərəsəsi – Cavabdeh) birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Binəqədi” filialı ilə Abıyev Fariz İmanverdi oğlu arasında bağlanmış xx.xx.2019-ci il tarixli, FM 1386/F-19 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 1 % olmaqla, 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə 1881.81 manat (min səkkiz yüz səksən bir manat səksən bir qəpik) məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh Abıyev Fariz İmanverdi oğlunun xx.xx.2023-ci il tarixinə İddiaçı ASC-yə 1 858.42 manat (min səkkiz yüz əlli səkkiz manat qırx iki qəpik) əsas, 9.61 manat (doqquz manat altmış bir qəpik) faiz, 4.29 manat (dörd manat 29 qəpik) cərimə borcu olmaqla, cəmi borcu 1 872.32 manat (min səkkiz yüz yetmiş iki manat otuz iki qəpik) təşkil edir. Abıyev Fariz İmanverdi oğlu xx.xx.2022-ci ildə vəfat etmişdir. Abıyev Fariz İmanverdi oğlunun vərəsəsi Cavabdeh tərəfindən Bakı şəhəri 19 saylı notariat ofisinə xx.xx.2022-ci il tarixində müraciət olunmuş və xx.xx.2022-ci iltarixində 2v-358 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəflərindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı "TuranBank” ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, borc həyat yoldaşının olub, o isə rəhmətə gedib. Vərəsəlik şəhadətnaməsində qeyd edilən torpaq isə həyat yoldaşının əmisinin adına olmuşdur. Həyat yoldaşı rəhmətə gedəndən sonra isə o həmin torpaq sahəsini onlara qaytarmışdır. O etibarnamə verərək torpağı həyat yoldaşının əmisinə qaytarmışdır. Odur ki, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materillarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 14 noyabr 2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin sürətindən görünür ki, Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu X12 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş-ABİYEV FARİZ İMANVERDİ OĞLUNUN vərəsələri: BAKİ ŞƏHƏRİ, YASAMAL RAYONU, ƏSƏD ƏHMƏDOV KÜÇƏSİ, EV 203, MƏNZİL 14 ünvanında qeydiyyatda olan ABİYEVA BİBİXANİM İNTİQAM QİZİ (AA*******, xx.xx.2020 Asan 3, FİN:xxxxxxx, d/t: xx.xx.1983) BAKİ, YASAMAL, Ə.ƏHMƏDOV KÜÇ, EV 203, MƏN 14 ünvanında qeydiyyatda olan ABİYEVA ZEYNƏB FARİZ QİZİ (AZE12569660, xx.xx.2016 Asan3, FİN:80Z765L, d/t:xx.xx.2010) və onların hər biri miras əmlakdan 1/2 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2019 tarixdə ABİYEV FARİZ İMANVERDİ OĞLUNA verilmiş **********22 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən MASALLİ RAYONU, HACİTƏPƏ KƏNDİ ünvanında yerləşən ümumi sahəsi 0.14 ha olan torpaq sahəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022 tarixli qeydiyyat nömrəsi **********PG72902 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək MASALLİ RAYONU, HACİTƏPƏ KƏNDİ ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Reyestrdə 2V-358 № ilə qeyd edilib, informasiya sisteminə daxil edilmişdir. Vərəsəlik işinin nömrəsi: V-125/2022dir. xx.xx.2019-ci il tarixli, FM 1386/F-19 saylı kredit müqaviləsindən görünür ki, “Borc verən” tərəf – İddiaçı ASC Binəqədi filialının direktoru X11 ilə “Borc alan” tərəf - Abıyev Fariz İmanverdi oğlu arasında bağlanmış müqaviləyə əsasən, xx.xx.2013-cü il tarixli, 232/f-13 saylı kredit müqaviləsinə əsasən borcalana 24 ay müddətinə qaytarmaq şərti ilə 10000 manat (on min) məbləğində kredit vermişdir və tərəflər hazırki müqaviləni bağlamaqla vaxtı keçmiş həmin kredit borcunun restrukturaziyası barədə razılığa gəlirlər. Bu məqsədlə bank 12 ay güzəşt mqddəti olmaqla, 60 ay müddətinə qaytarmaq şərti ilə 1881.81 manat (min səkkiz yüz səksən bir manat səksən bir qəpik) məbləğində kredit verməyi, borcalan krediti qəbul edib bu müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin keditə görə hesablanmış faizləri banka qaytarmağı öz öhdəsinə götürür. xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, müqavilə üzrə xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 1 858.42 manat (min səkkiz yüz əlli səkkiz manat 42 qəpik) əsas, 10.59 manat (on manat əlli doqquz qəpik) faiz, 4.39 manat (dörd manat otuz doqquz qəpik) cərimə borcu olmaqla, cəmi borcu 1873.40 manat (min səkkiz yüz yetmiş üç manat qırx qəpik) məbləğində borcun 3 gün müddətində ödənilməsi bildirilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Masallı rayonu, Hacıtəpə kəndi ərazisində yerləşən sahəsi 0.14 ha olan torpaq sahəsi üzərində Abıyev Fariz İmanverdi oğlunun tam hüquqlu payı müəyyən edilməklə mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Bakı şəhəri 19 saylı Notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli, Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsindən görünür ki, X3, X20, X13, Ağayeva Hicranə Bayram qızı Masallı rayonu, Hacıtəpə kəndi ərazisində yerləşən sahəsi 0.14 ha olan torpaq sahəsinin tam hissəsini alıcı - Abıyev Fariz İmanverdi oğlunun mülkiyyətinə verir, alıcı - Abıyev Fariz İmanverdi oğlu satıcılar - X19, X20, X13, Ağayeva Hicranə Bayram qızının satdığı tam hissəsini (0.14ha) 5000 manata alır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Masallı rayonu, Hacıtəpə kəndi ərazisində yerləşən sahəsi 0.14 ha olan torpaq sahəsinin üzərində X19, X20, X13, Ağayeva Hicranə Bayram qızı ümumi birgə hüquqlu payı müəyyən edilməklə mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışlar. Bakı şəhəri 19 saylı Notariat ofisində bağlanmış xx.xx.2024-cü il tarixli, Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsindən görünür ki, Satıcı Abıyeva X6 rayonu, Hacıtəpə kəndi ərazisində yerləşən sahəsi 0.14 ha olan torpaq sahəsini ½ hissəsini alıcı X4 mülkiyyətinə verir, alıcı - X1 - Cavabdeh satdığı ½ hissəni 2600 manata alır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Masallı rayonu, Hacıtəpə kəndi ərazisində yerləşən sahəsi 0.14 ha olan torpaq sahəsinin üzərində X4 tam hüquqlu payı müəyyən edilməklə mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. 8V-125/2022 saylı X14 tərəfindən Bakı şəhəri 19 saylı notariat ofisinə yazılmış ərizədən görünür ki, xx.xx.2022-ci il tarixdə onun ünvan 1 ünvanında yaşamış atası - Abıyev Fariz İmanverdi oğlu vəfat etmişdir. Ondan qalan miras daşınmaz əmlakdan ibarətdir. Göstərilən əmlaka qanun üzrə (vəsiyyətnamə, məcburi paya) vərəsəlik hüququ haqqında şəhadətnamə verilməyini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələri yoxdur. Məlumat üçün bildirmişdir ki, ərizədə göstərilənlərdən Sqaytarmağa hazırdır. Buna görə bütün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Masallı rayonu, Hacıtəpə kəndi ərazisində yerləşən sahəsi 0.14 ha olan torpaq sahəsinin üzərində Cavabdeh ½ hissə hüquqlu payı müəyyən edilməklə mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə, qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Masallı rayonu, Hacıtəpə kəndi ərazisində yerləşən sahəsi 0.14 ha olan torpaq sahəsinin üzərində X14 ½ hissə hüquqlu payı müəyyən edilməklə mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 276536 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Abıyev Fariz İmanverdi oğlu xx.xx.2022-ci il tarixdə “portal hipertenziya” xəstəliyindən vəfat etmişdir. X21 tərəfindən Bakı şəhəri 19 saylı notariat ofisinə yazılmış razılıq ərizəsindən görünür ki, atası - Abıyev Fariz İmanverdi oğlunun ölümündən sonra Masallı rayon Hacıtəpə kəndində yerləşən evin anası – Cavabdeh adına vərəsə olmağına etirazı olmadığını bildirmişdir. xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzinə əsasən məhkəmədə iddia qaldırılması üçün 38.74 manat dövlət rüsumu ödənilmişdir. AZ-İ seriyalı, 640799 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Abıyev Fariz İmanverdi oğlu ilə X5 arasında xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə 16 saylı akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra ərə Abıyev arvada isə Abıyeva soyadı verilmişdir. AZ-İ seriyalı, 342885 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2003-cü il tarixdə Masallı rayonun, İlacıtəpə kəndində anadan olmuşdur. Onun atası qrafasında X8, anası qrafasında isə X2r. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 19 saylı Notariat ofisinin 2- 982 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixində Abıyev Fariz İmanverdi oğlundan miras qalmış əmlaka dair azyaşlı qızı xx.xx.2010-cu il təvəllüdlü X10 ½ hissədə olmaqla 2V-358 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC Binəqədi filialının direktoru X16 ilə “Borc alan” tərəf - Abıyev Fariz İmanverdi oğlu bağlanmış xx.xx.2019-ci il tarixli, FM 1386/F-19 saylı kredit müqaviləsi əsasında kreditor borcluya verilmiş 1881,81 manat məbləğini illik 1% faiz olmaqla, 60 ay müddətində borcun bağlanması şərti ilə kredit verilmişdir. Borcalan borcu və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəmək barədə öhdəlik götürmüşdür. Lakin cavabdeh Abıyev Fariz İmanverdi oğlu xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərdən yayınmışdır. Nəticədə cavabdeh Abıyev Fariz İmanverdi oğlunun 1858,42 manat (bir min səkkiz yüz əlli səkkiz manat qırx iki qəpik) əsas, 9,61 manat (doqquz manat altmış bir qəpik) faiz, 4,29 manat (dörd manat iyirmi doqquz qəpik) cərimə olmaqla, cəmi 1872,32 manat (bir min səkkiz yüz yetmiş iki manat otuz iki qəpik) məbləğində pul borcu yaranmışdır. Göründüyü kimi, cavabdeh Abıyev Fariz İmanverdi oğlu kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Abıyev Fariz İmanverdi oğlu xx.xx.2022-ci ildə vəfat etmişdir. Abıyev Fariz İmanverdi oğlunun vərəsəsi Cavabdeh Bakı şəhəri 19 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixində 2v-358 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas və faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2019-ci il tarixli il tarixli müqavilə üzrə 4.29 manat məbləğində cərimənin müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1858,42 (bir min səkkiz yüz əlli səkkiz manat qırx iki qəpik) manat əsas; 9,61 (doqquz manat altmış bir qəpik) manat faiz; 4,29 (dörd manat iyirmi doqquz qəpik) manat cərimə olmaqla, cəmi 1872,32 (bir min səkkiz yüz yetmiş iki manat otuz iki qəpik) məbləğində pul və ödənilmiş 38,73 (otuz səkkiz manat yetmiş üç qəpik) manat dövlət rüsumu ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1858,42 manat (bir min səkkiz yüz əlli səkkiz manat qırx iki qəpik) əsas, 9,61 manat (doqquz manat altmış bir qəpik) faiz, 4,29 manat (dörd manat iyirmi doqquz qəpik) cərimə olmaqla, cəmi 1872,32 manat (bir min səkkiz yüz yetmiş iki manat otuz iki qəpik) məbləğində pul və ödənilmiş 38,73 manat (otuz səkkiz manat yetmiş üç qəpik) dövlət rüsumu tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-788/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-788/2024
09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver